Ləman Mərih: “İntəhası”

“İntəhası”nı aktrisa Ləman Novruzova deyəcək…

1. Dostoyevski deyir ki, insan onsuz da sonda peşman olur, etdiklərinə və etmədiklərinə görə. İntəhası… Gərək onu da çox dinləməyəsən.

2. Məşhurluq öz arxasınca eqoizmi də sürüyüb gətirir. İntəhası… Özün sürünməsən, nə mənası?

3. Merlin Monro həm aktrisa olub, həm model, həm də müğənni. İntəhası… Xoşbəxt deyildi.

4.”Qələndərli” uğursuz aktyor idi. İntəhası… Aktyor üçün ən çətini yaşamaqdır.

5.”Uşaqlara verdiyimiz adlar bəlkə həyatda yazdığımız yeganə şeirdir…” İntəhası… Gərək o şeiri uşaqlar böyüdükcə qorxu nağılına çevirməyəsən.

6. Bakı hüznlü şəhərdir. İntəhası… Əsl qəhrəmanlıq qəhqəhə çəkməyi bacarmaqdır.

7. Serial izləyicisi həmişə teatr tamaşaçısından daha çox olub. İntəhası…Uğrunda ölən varsa, teatr var.

8. “Sürüklənən bəşəriyyət qadınla yüksələcək”. İntəhası… Kişiləri də gözdən çıxarmaq olmaz.

9. Pis aktrisa öz baldızı üçün oynayır. İntəhası…Yaxşı aktrisanın da çox vaxt baldızı olmur.

10. Nağılların sonunda göydən üç alma düşür. İntəhası…Gözümüzdən insan düşəndə böyüdük.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Bakıda Kino İnkişaf Mərkəzi yaradılıb

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən Kino İnkişaf Mərkəzi yaradılıb. Mərkəz Bakı şəhərində və ətraf qəsəbələrdəki mədəniyyət müəssisələrində yeni kinoteatrların...

Musiqili Teatr “Qodonun intizarında”

Musiqili Teatr Absurd teatrın yaradıcılarından olan fransız əsilli irland yazarı Semuel Bekketin “Qodonun intizarında” əsəri üzərində son məşqlərini tamamlamaq üzrədir. Tamaşanın bədii rəhbəri əməkdar incəsənət...

Sumqayıt Teatrı müsabiqə elan edir

Sumqayıt Dövlət Dram Teatrı truppanın gəncləşdirilməsi, istedadlılara dəstək məqsədi ilə 18-22 yaşlı, aktyorluq qabiliyyətli, teatr sənətinə marağı olan, hazırda İncəsənət Universitetində təhsil alan və...

Recent

Aydın Talıbzadə – AZƏRBAYCANIN QULLİVER TEATRI

Biri vardı, biri yoxdu... Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının milli mədəniyyət şəbəkəsində mövcudluq tarixinin 90-cı ildönümünə həsr edilir. Heç kim nağıllardan məhrum olmaq istəmirdi: hər bir...

Rasim Ocaqovun 85 illik yubileyi

Noyabrın 22-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və Respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 85 illiyi tamam oldu....

Zülmətə hakim “Ağ və qara”

Rusiyanın tanınmış mədəniyyət portalı olan rewizor.ru-da Sergey Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalında nümayiş olunan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “Ağ...