Ana səhifə » Xəbər » Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Afişa
İyun 13, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (13 iyun – 20 iyun)

Müsahibə
İyun 13, 2019

Dağlar Yusif – “dOM” Teatrından reportaj: ”Bu şəxsən mənimçün təzə deyil”

Xəbər
İyun 13, 2019

Bəsti Cəfərova – 60 yaş

Xəbər
İyun 13, 2019

“Leyli və Məcnun” operasının növbəti tamaşası keçiriləcək

Xəbər
İyun 12, 2019

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Xəbər
İyun 12, 2019

Azərbaycanlı rejissor dünyaya səs salan layihəyə imza atdı

Xəbər
İyun 11, 2019

Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq

Xəbər
İyun 10, 2019

“Kubinka” tamaşasının premyerası baş tutacaq

Xəbər
İyun 9, 2019

Rus Dram Teatrı “Tənhalığın komediyası”nı təqdim edib

Xəbər
İyun 8, 2019

“dOM” Teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb

Persona
İyun 7, 2019

Aydın Talıbzadə – “SFİNKS VƏ KONTRABAS”

Xəbər
İyun 7, 2019

Nəsimiyə həsr olunmuş tamaşa Dərbənd qalasında

Xəbər
İyun 7, 2019

Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

Xəbər
İyun 7, 2019

“Qızıl balıq” tamaşasının premyerası oldu

Xəbər
İyun 7, 2019

“Sonuncu”nun kinoversiyası çəkilir

Xəbər
İyun 7, 2019

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Mövqe
İyun 6, 2019

Bayram kimi festival

Xəbər
İyun 5, 2019

YUĞ Dövlət Teatrı bu gün “Novruz” Festivalında çıxış edəcək

Xəbər
İyun 5, 2019

Uşaqların üzünü güldürən festival

Xəbər
İyun 5, 2019

Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları birgə çıxış edəcəklər

Xəbər
İyun 2, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Xəbər
İyun 2, 2019

Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

Mövqe
May 30, 2019

Aynurə Mustafayeva – Niyə biz yaxşı dram yarada bilmirik?!

Xəbər
May 30, 2019

LƏNKƏRANDA I BEYNƏLXALQ TEATR FESTİVALI KEÇİRİLƏCƏK

Müsahibə
May 30, 2019

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Xəbər
May 29, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı keçiriləcək

Persona
May 29, 2019

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Xəbər
May 28, 2019

Akademik Musiqili Teatrı işə qəbul elan edir (R)

Xəbər
May 27, 2019

“Boy çiçəyi” tamaşası İlyas Əfəndiyevin 105 illik yubileyinə həsr olunub 

Xəbər
May 26, 2019

Səhnə “Bizim Don Kixot”undur

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı çərçivəsində Lənkəran Dövlət Dram Teatrının binasında keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb.
Beynəlxalq Teatr Festivalının beşinci – sonuncu günü tamaşaçılara üç səhnə əsəri təqdim olunub.
Birinci olaraq səhnəyə Ərdəbil şəhərinin “Ünvan” Teatrının aktyorları çıxıblar. Onlar tamaşaçılara “Qızıl başmaq” tamaşasını təqdim ediblər. Əli Bəhnunun əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Həsən Şıxzadədir.
İran İslam Respublikasının Ərdəbil şəhərinin “Ünvan” Teatrı 2012-ci ildən fəaliyyət göstərir. Teatrın repertuarında İran və dünya klassiklərinin əsərləri yer alır. “Ünvan” uşaqlar və gənclər üçün tamaşalar hazırlayır. “Qızıl başmaq” tamaşası İranda keçirilən bir sıra beynəlxalq teatr festivallarında nümayiş etdirilib.

Beynəlxalq Teatr Festivalının sonuncu günü Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları ərəb nağılları əsasında səhnəyə qoyulmuş “Əlibaba və qırx quldur” tamaşasını təqdim ediblər.
Klassik nağıl-tamaşaya Şuşa teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimov quruluş verib, səhnə tərtibatçısı Valeh Məmmədovdur. Birhissəli nağıl-tamaşada rolları Emin Sevdimalıyev (Əlibaba), Gündüz Qasımov (Qasım), Zəhra Salayeva (Zeynəb), Günel İmanova (Fatimə) və başqaları canlandırıblar. Tamaşada böyük qardaş Qasımın Əlibabaya qarşı xəsisliyi, hiyləgərliyi önə çəkilməklə pul, varlanmaq həvəsinin doğmalıq, yaxınlıq hislərinin önünə keçdikdə hansı acı nəticələrə gətirə biləcəyi göstərilir. Əlibabanın zəhmətsevərliyi, dürüstlüyü, ədalət hissi sayəsində əsl qəhrəmana çevrilməsi məntiqi nəticəsini tapır.  Qardaşının meşədə odun doğramaq üçün istədiyi baltanı belə ona satan, hətta 3-4 qat artıq pulunu alacağını deyən tamahkar Qasımın başına gələnlər də ibrətamizdir. Hiyləyə əl atan və tamahkarlığı üzündən quldurların əlinə düşən Qasımın yenə də qardaşı tərəfindən xilas edilməsi Əlibabanın xilaskar və mərhəmətli obrazını təsvir edir.
Festivalın son tamaşasını Salyan Dövlət Kukla Teatrı təqdim edib. Teatrın aktyorları tamaşaçıların qarşısına Azərbaycan xalq nağılı əsasında hazırladıqları “Bostançı və Şah Abbas” tamaşası ilə çıxıblar. Tamaşanın quruluşçu rejissoru Rauf Afşarov, rəssamı Xatirə Avşarovadır.
Daha sonra Beynəlxalq Teatr Festivalının bağlanış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, teatrın aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyev və Mədəniyyət Nazirliyinin nümayəndəsi Könül Əliyeva-Cəfərova 5 gün ərzində festivalın tamaşaçılara xoş anlar yaşatdığını qeyd edərək, təşkilatçılara minnətdarıqlarını bildiriblər.
Beynəlxalq Teatr Festivalının sonuncu günü çıxış edən teatr kollektivlərinə Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.

  “Yaşıl çay”

 

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir