Lənkəran Teatrında “Senemar” faciəsinin premyerası olub

N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında iranlı dramaturq Bəhram Beyzayinin “Senemar” faciəsi əsasında hazırlanmış tamaşanın premyerası olub.

Lənkəran Teatrından Open.az-a daxil olan xəbərə görə tamaşaçıların maraqla qarşılaqıqları tamaşada rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Səyyad Əliyev, Aynur Əhmədova, Emin Fərzullayev, Rauf Zeynalov və Amil İbrahimli ifa ediblər.

“Senemar” tamaşasının quruluşçu rejissoru Qərib Mənuçehri, səhnə tərtibatçısı, rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı isə Fərahim Fərəcovdur.

Tamaşanın baş qəhrəmanı Senemar adlı, dünyada məşhur olan memardır. Hadisələr memar Senemarın və ərəb sultanı Nömanın ətrafında cərəyan edir. Maraqlı süjet xətti olan tamaşanın finalı memar Senemarın kədərli həyat hekayəsi ilə başa çatır.

Xatırladaq ki, İranlı müəlliflərin əsərləri Lənkəran Teatrında tez-tez səhnələşdirilir və əsərlərə çox zaman İranlı rejissorlar quruluş verir.

Son dəfə 2015-ci ildə iranlı yazıçı Bəhram Beyzayinin “İlan Sultan” əsəri iranlı rejissor Xeyrullah Təğiyanipurun quruluşunda Lənkəran Teatrında nümayiş olunub.

Lənkəran Teatrı həmin tamaşa ilə İranda keçirilən beynəlxalq Fəcr festivalında çıxış edib.

Ülviyyə Həsənqızı 

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Fəridə Cəlilova – TEATRDA “OLUM, YA ÖLÜM?”Ə CAVAB HƏMİŞƏ “OL”DUR

Təbrikəvəzi Uşaqlığı əziz günlər kimi yad edirəm – 80-cilər, erkən 80-cilər. Maraqla dolu hansısa qeyri-adi həyat yaşadığıma görə deyil, terror və müharibələrlə dolu bugünkü dünya...

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Bakı Uşaq Teatrı hər il teatr mövsümünün açılışı və bağlanışı zamanı iki tamaşa ilə ( böyüklər və uşaqlar üçün) çıxış edir. Bu il teatrımız...

Lənkəran Teatrı mövsümü başa vurdu

İyulun 20-də N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 127-ci mövsümün bağlanış mərasimi keçirilib. Mərasimi giriş sözü ilə aşan Teatrın direktoru Tofiq Heydərov mövsüm ərzində...

Recent

“Danabaşlar” tamaşası Beynəlxalq Muğam Mərkəzində nümayiş olunacaq

5 may tarixində saat 19.00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Danabaşlar" tamaşası Beynəlxalq Muğam Mərkəzində nümayiş olunacaq. Tamaşada Teatr sənəti fakültəsində Dram teatrı...

IX “START” Film Festivalının qalibləri açıqlanıb

Noyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış mərasimi olub. Festival Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında”...

İlin ən yaxşı…

Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci mövsümü yekunlaşmaq üzrədir. Qurumun mətbuat xidmətindən bildirilib ki, mövsümün başa çatması ilə əlaqədar iyulun 3-də sənət ocağında mükafatlandırma mərasimi...