Lənkəran teatrı xarici səfərdən qayıdıb

Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasının Tehran şəhərində keçirilən “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib. Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə, avqustun 14-dən 18-ə kimi davam edən festivalda Lənkəran sənətçiləri iranlı dramaturq Bəhram Beyzayini “Senemar” faciəsi əsasında hazırlanmış tamaşa ilə çıxış ediblər.
Tamaşanın baş qəhrəmanı Senemar dünyaca məşhur memardır. Həm zalımlığı, həm də xeyirxahlığı ilə ad çıxaran Nöman adında ərəb sultanı öz əyalətində tayı-bərabəri olmayan böyük bir saray tikdirmək arzusuna düşür. Bu məqsədlə o, Senemarı ölkəsinə dəvət edir. Senemar hər kəsi təəccübləndirəcək belə bir saray tikəcəyini sultana söz verir. Nömanın ətrafındakı adamlar isə sultanın qılığına girərək memarı onun gözündən salmağa səy göstərirlər. Nöman şah belə bir sarayın analoqu olmasın deyə Senemarın qətlinə fərman verir, son nəticədə memarı tikdiyi sarayın üstündən yerə atdırır. Lakin hadisələrin sonrakı inkişafında tamaşaçı Senemarın qanının yerdə qalmayacağına əmin olur…
Festival iştirakçıları tərəfindən maraqla qarşılanan səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Səyad Əliyev, Aynur Əhmədova və Emin Fərzullayev ifa ediblər.
İranlı rejissor Qərib Mənuçehrinin quruluş verdiyi bu tamaşanın səhnə tərubatçısı rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Festivalın bağlanış mərasimində Lənkəran Dövlət Dram Teatrı təşkilat komitəsi tərəfindən diplom və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Fikrət Sultanov: “Yaradıcılıqla yaşayan insan həmişə maraqlı olur”

Müsahibimiz, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr və kütləvi tədbirlər rejissoru" kafedrasının professoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, rejissor Fikrət Sultanovdur.

İranlı rejissor Lənkəran Dövlət Dram Teatrında “Sinemarın qətli” tamaşasını hazırlayır

Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İran İslam Respublikasının Ərdəbil şəhərindən dəvət olunmuş rejissor Qərib Mənuçöhri teatrın...

Rus Dram Teatrında “Payız sonatası”

Sentyabrın 16-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında İnqmar Berqmanın pyesi və Boris Yerxovun tərcüməsi əsasında səhnəyə qoyulmuş “Payız sonatası” tamaşası göstəriləcək. “Payız...

Recent

Kukla Teatrı bayramı bayrama qatacaq

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 15 iyun – Milli Qurtuluş və müqəddəs Ramazan bayramı münasibətilə iyunun 13-də teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca yetirmələrinin...

Fərid Əliyev: “Həkimlərin ümidinə qalsaydım, indi arabada gəzirdim”

Fiziki məhdudiyyətli aktyorumuz Fərid Əliyevin həyat hekayəsi Son illərdə ölkəmizdə bir sıra özəl teatrlar fəaliyyətə başlayıb. Bu teatrlardan biri də əlilliyi olan və olmayan aktyorlardan...

“İuda” beynəlxalq festivalda

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Akademik Milli Dram Teatrı ölkəmizi Qazaxıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edəcək. 12-16 sentyabr tarixlərində Aktau...