Ana səhifə » Xəbər » Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Xəbər
İyun 15, 2019

Akademik Milli Dram Teatrında Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub

Afişa
İyun 13, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (13 iyun – 20 iyun)

Müsahibə
İyun 13, 2019

Dağlar Yusif – “dOM” Teatrından reportaj: ”Bu şəxsən mənimçün təzə deyil”

Xəbər
İyun 13, 2019

Bəsti Cəfərova – 60 yaş

Xəbər
İyun 13, 2019

“Leyli və Məcnun” operasının növbəti tamaşası keçiriləcək

Xəbər
İyun 12, 2019

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Xəbər
İyun 12, 2019

Azərbaycanlı rejissor dünyaya səs salan layihəyə imza atdı

Xəbər
İyun 11, 2019

Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq

Xəbər
İyun 10, 2019

“Kubinka” tamaşasının premyerası baş tutacaq

Xəbər
İyun 9, 2019

Rus Dram Teatrı “Tənhalığın komediyası”nı təqdim edib

Xəbər
İyun 8, 2019

“dOM” Teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb

Persona
İyun 7, 2019

Aydın Talıbzadə – “SFİNKS VƏ KONTRABAS”

Xəbər
İyun 7, 2019

Nəsimiyə həsr olunmuş tamaşa Dərbənd qalasında

Xəbər
İyun 7, 2019

Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

Xəbər
İyun 7, 2019

“Qızıl balıq” tamaşasının premyerası oldu

Xəbər
İyun 7, 2019

“Sonuncu”nun kinoversiyası çəkilir

Xəbər
İyun 7, 2019

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Mövqe
İyun 6, 2019

Bayram kimi festival

Xəbər
İyun 5, 2019

YUĞ Dövlət Teatrı bu gün “Novruz” Festivalında çıxış edəcək

Xəbər
İyun 5, 2019

Uşaqların üzünü güldürən festival

Xəbər
İyun 5, 2019

Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları birgə çıxış edəcəklər

Xəbər
İyun 2, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Xəbər
İyun 2, 2019

Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

Mövqe
May 30, 2019

Aynurə Mustafayeva – Niyə biz yaxşı dram yarada bilmirik?!

Xəbər
May 30, 2019

LƏNKƏRANDA I BEYNƏLXALQ TEATR FESTİVALI KEÇİRİLƏCƏK

Müsahibə
May 30, 2019

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Xəbər
May 29, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı keçiriləcək

Persona
May 29, 2019

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Xəbər
May 28, 2019

Akademik Musiqili Teatrı işə qəbul elan edir (R)

Xəbər
May 27, 2019

“Boy çiçəyi” tamaşası İlyas Əfəndiyevin 105 illik yubileyinə həsr olunub 

Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

1 iyun 2019-cu il tarixində I Lənkəran Beynəlxalq Teatr festivalı işinə başladı. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən festivalın ilk tamaşası – tədbirin ev sahibi olan Lənkəran Teatrının “Tilsimlənmiş qız” əsəri saat 12.00-da nümayiş olundu. Tamaşanın quruluşçu rejissoru və ədəbi əsasın müəllifi Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Əməkdar artist Sücəddin Mirzəyev (Ata bəy), Aysel Cahangirova (Gülyaz), Arzu Abbaszadə (Gəlincik qız), Qızılgül Quliyeva (Səriyyə, Cadugər qarı), Təranə Fərəcova (Dayə), Məleykə Cəfərova (Zəvzək siçan), Amil İbrahimli (Avara pişik) ifa edirdilər. Varlı ailənin qızı Gülyaz digər həmyaşıdları kimi oynamaq, əylənmək arzusu ilə yaşayır və israr edir ki, atası ona danışan gəlincik alsın. Dayə ilə birlikdə qərara gəlir ki, qulluqçunun qızını gəlincik kimi Gülyaza təqdim etsin. Şən, zarafatcıl gəlincik varlı qızın xoşuna gəlir. Zaman keçdikcə Gülyaz gəlinciyin oyuncaq olmadığını anlasa da, sevimli dostundan ayrılmaq istəmir. Bundan qorxuya düşən Ata qızları ayırmaq üçün cadugərə üz tutur. Amma Zəvzək siçan və Avara pişiyin köməkliyi ilə tilsim pozulur və dostlar xoşbəxt həyatlarına davam edirlər.

Festivalın rəsmi açılış mərasimi isə saat 17.00-da gerçəkləşdi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, teatrşünaslar və jurnalistlərin iştirak etdiyi açılış tədbirində Lənkəran Dövlət Dram Teatrının aktrisası Aynur Əhmədova festival iştirakçılarını və qonaqları salamlayaraq, teatr haqqında qısa məlumat verdi. O qeyd etdi ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq, Azərbaycanda silsilə tədbirlər həyata keçirilib. Bunlara misal olaraq, Beynəlxalq Teatr Konfranslarını, Beynəlxalq Kukla Teatrları, Şəki Beynəlxalq Teatr Festivalını göstərmək olar. “Bu gün keçirilən I Lənkəran Beynəlxalq Teatr festivalı da həmin tədbirlər silsiləsinin davamıdır. Festivalda ölkəmizin 10 sənət ocağı – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və müstəqil “Ol” Teatrı öz tamaşaları ilə qatılacaq. Festivalda həmçinin Böyük Britaniyanın “Two Destination Language” Teatrı, Gürcüstanın “Azadlıq” Teatrı, İranın “Muğan Hünər” və “Mika” Teatrları, habelə “Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri iştirak edəcək”.Aparıcı sözü Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Xalq artisti, professor Azər Paşa Nemətova verdi. Gəncliyində Lənkəran teatrında tamaşa hazırladığını bildirən rejissor bu teatrla bağlı xatirələrini bölüşdü. Bu festivalın məhz Lənkəranda keçirilməsini olduqca əlamətdar hadisə kimi dəyərləndirən Azər Paşa Nemətov festivalın işinə uğurlar arzuladı.Sonra Britaniya Şurasının direktor müavini Nigar Balimova təmsil etdiyi qurumun fəaliyyətindən bəhs etdi. Tamaşanı festivalın proqramına daxil etdiyinə görə, təşkilatçılara minnətdarlığını bildirən N.Balimova Britaniya kollektivinin təqdim etdiyi əsər haqqında qısa məlumat verdi də bildirdi ki, İngiltərə İncəsənət Şurasının və “The Point Eastleigh” teatrının dəstəyi ilə Kolçester İncəsənət Mərkəzinin işi kimi hazırlanan “Near Gone” tamaşası “Pulse Fringe Suitcase” (2013) və İnnovasiya, Təcrübə və Səhnələşdirməyə görə “Total Teatr” mükafatlarına (2014) layiq görülüb.Daha sonra Böyük Britaniyanın “Two Destination Language” Teatrı Şarlot Vinsentin əsəri əsasında hazırlanmış “Near Gone” tamaşası ilə çıxış etdi. Tamaşada rolları Katerina Radeva və Alister Louni ifa edirdi.

Tamaşa ölümün ağuşunda olan gənc qız və oğlanın dueti ilə başlayır. İki aktyor çətin bir hadisəni nəql etməlidir. Real hadisələrdən bəhs edən ifaçılar səhnədə bir saat ərzində sözlə ifadə olunması mümkün olmayan mətləbləri Şərqi Avropanın qaraçı musiqisi altında bir-birini əvəzləyən ritmik rəqsləri ilə deməyə cəhd edirlər. Bolqar və ingilis dillərində nəql olunan hadisə auditoriyaya emosional təsir göstərir və tamaşaçını zamanın sürətli ritmi qarşısında bir anlıq dayanmağa və həyat haqqında düşünməyə dəvət edir.

Seyrçilərin alqışları ilə bitən tamaşadan sonra kollektivə festivalda iştirakına görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin diplomları təqdim olundu. Daha sonra foyedə tamaşaçılarla görüşən britaniyalı aktyorlar onlarla fikirlərini bölüşdülər və xatirə şəkli çəkdirdilər.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir