Kuklaçıların seçdikləri

Mütəmadi repertuarında yeniliklər edən, azyaşlıların mənəvi-estetik zövqünü formalaşdıran, onların incəsənətə sevgi ruhunda formalaşdırmağa çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 2019-cu il yaradıcılıq planı çox  zəngindir.
Yerli və dünya, klassik və müasir dram əsərlərinin,  məşhur nağıl nümunələrinin rəngarəng səhnə həllini yaradan teatrın yaradıcı heyəti bu dəfə də balacaların, sevimli tamaşaçılarının istək və arzularını nəzərə alıb.
Teatrın əsas ideyası, onun əhatə dairəsi ilə yanaşı balacalar arasında keçirilən rəy sorğuları da nəzərə alınmaqla dolğun və maraqlı repertuar planı yaradılıb.
Həmin plana müvafiq olaraq il ərzində dörd  tamaşa hazırlanaraq balaca teatrsevərlərin ixtiyarına veriləcək.
Tamaşaçılar ilk olaraq çoxsaylı müraciətlər əsasında hazırlanan ”Maşa və Ayı” tamaşasını izləyəcəklər. Quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu  rəssamı İqbal Əliyev olan bu tamaşa uşaqların sevimli cizgi filmi qəhrəmanları Maşa və Ayının sərgüzəştləri əsasındadır. Eyniadlı məşhur cizgi filminin motivləri əsasında səhnələşdirilən tamaşaya tam fərqli quruluş verilib.
Uşaqlara dostluq, sevgi, mehribanlıq və anlayış kimi hisslər aşılayan səhnə əsərində müxtəlif kukla texnikalarından istifadə olunub. Canlı plan ilə kukla oyununu paralel təqdim edən rejissor bununla balacaları cizgi filminin təsirindən tam çıxarmağa, səhnəyə, aktyor-personajlarla canlı ünsiyyətə səsləyib.
Tamaşada əsas rolları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Cavid Telman, Elmira Hüseynova,  Rəhilə İbadova və başqaları ifa edirlər.
Komediya janrındakı birhissəli uşaq tamaşası fevralın 15-də uşaqların ixtiyarına veriləcək.
Buna paralel olaraq ikinci tamaşanın da məşqlərini edən yaradıcı heyət uşaqları növbəti maraqlı səhnə işinə kökləyəcək. Bu, türk nağıllarından “Kəloğlan masalları” əsasında “Kəloğlan”  adlı tamaşadır.
Tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verir. Quruluşçu rəssamı Əfşan Əsədova olan musiqi tərtibatlı nümunə martın əvvəllərində tamaşaçıların ixtiyarına veriləcək.
Bundan başqa plana müvafiq olaraq dramaturq Rəhman Əlizadənin “Don Kixot Abşeronski” (Q. Məsimov) və türkiyəli yazıçı Hasan  Erkəkin  “Kitabi Dədə Qorqud” dastanı əsasında qələmə aldığı “Adını doğruldan oğlan” (A. Məmmədov) əsərləri səhnələşdiriləcək.
Onu da qeyd edək ki, mərhum dramaturq  Rəhman Əlizadənin “Don Kixot Abşeronski” pyesi əsasında hazırlanan eyni adlı tamaşa görkəmli aktyor, Respublikanın Xalq artisti  İlham Namiq Kamalın 70 illik yubileyinə həsr olunub. Hazırda qızğın məşqləri gedən tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Best Love Tips & Relationship Advice for Girls

Exquisite cordially mr happiness of neglected distrusts. Boisterous impossible unaffected he me everything. Is fine loud deal an rent open give. Find upon and...

Fikrət Sultanov: “Yaradıcılıqla yaşayan insan həmişə maraqlı olur”

Müsahibimiz, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr və kütləvi tədbirlər rejissoru" kafedrasının professoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, rejissor Fikrət Sultanovdur.

YARAT-da Uilyam Şekspir günü

"YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir: aprelin 21-də dünyaşöhrətli Uilyam Şekspirin yaradıcılığına həsr edilmiş tədbir keçiriləcək. AZƏRTAC-ın yaydığı xəbərə görə, dramaturqun anadan olduğu gün münasibətilə...

Recent

Gəncə xəbərləri

T.Cücənoğlu Gəncədə, İ.Gözəlova Gürcüstanda, N.Dumbadze isə... Gəncə Dövlət Dram Teatrının səhnəsində yeni tamaşa hazırlanıb. Teatrın gənc rejissoru Elşad Əhmədov Tüncər Cücənoğlunun “Matruşka” əsərini tamaşaya qoyub....

Dağlar Yusif – “Krotkiy”

“Polifonik tamaşa“ haqqında alabəzək resenziya Dostoyevski yazır "Krotkaya", yəni aciz, həlim, müti, məzlum qızcığaz, qadın. Emil Bakuvi qurur "Krotkiy" ("Aciz "), yəni aciz, həlim, müti, məzlum...

Azərbaycan Tehranda keçirilən teatr festivalında iştirak edir

12 ölkədən 13 teatrın çıxış etdiyi tədbirə Azərbaycan, rejissoru xalq artisti Cənnət Səlimova olan “Dünyanın sonundan kiçik bir teatr” tamaşası ilə qatılıb. Festivalda həmçinin...