Ana səhifə » Xəbər » “Kubinka” tamaşasının premyerası baş tutacaq

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Afişa
İyun 13, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (13 iyun – 20 iyun)

Müsahibə
İyun 13, 2019

Dağlar Yusif – “dOM” Teatrından reportaj: ”Bu şəxsən mənimçün təzə deyil”

Xəbər
İyun 13, 2019

Bəsti Cəfərova – 60 yaş

Xəbər
İyun 13, 2019

“Leyli və Məcnun” operasının növbəti tamaşası keçiriləcək

Xəbər
İyun 12, 2019

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Xəbər
İyun 12, 2019

Azərbaycanlı rejissor dünyaya səs salan layihəyə imza atdı

Xəbər
İyun 11, 2019

Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq

Xəbər
İyun 10, 2019

“Kubinka” tamaşasının premyerası baş tutacaq

Xəbər
İyun 9, 2019

Rus Dram Teatrı “Tənhalığın komediyası”nı təqdim edib

Xəbər
İyun 8, 2019

“dOM” Teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb

Persona
İyun 7, 2019

Aydın Talıbzadə – “SFİNKS VƏ KONTRABAS”

Xəbər
İyun 7, 2019

Nəsimiyə həsr olunmuş tamaşa Dərbənd qalasında

Xəbər
İyun 7, 2019

Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

Xəbər
İyun 7, 2019

“Qızıl balıq” tamaşasının premyerası oldu

Xəbər
İyun 7, 2019

“Sonuncu”nun kinoversiyası çəkilir

Xəbər
İyun 7, 2019

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Mövqe
İyun 6, 2019

Bayram kimi festival

Xəbər
İyun 5, 2019

YUĞ Dövlət Teatrı bu gün “Novruz” Festivalında çıxış edəcək

Xəbər
İyun 5, 2019

Uşaqların üzünü güldürən festival

Xəbər
İyun 5, 2019

Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları birgə çıxış edəcəklər

Xəbər
İyun 2, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Xəbər
İyun 2, 2019

Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

Mövqe
May 30, 2019

Aynurə Mustafayeva – Niyə biz yaxşı dram yarada bilmirik?!

Xəbər
May 30, 2019

LƏNKƏRANDA I BEYNƏLXALQ TEATR FESTİVALI KEÇİRİLƏCƏK

Müsahibə
May 30, 2019

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Xəbər
May 29, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı keçiriləcək

Persona
May 29, 2019

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Xəbər
May 28, 2019

Akademik Musiqili Teatrı işə qəbul elan edir (R)

Xəbər
May 27, 2019

“Boy çiçəyi” tamaşası İlyas Əfəndiyevin 105 illik yubileyinə həsr olunub 

Xəbər
May 26, 2019

Səhnə “Bizim Don Kixot”undur

“Kubinka” tamaşasının premyerası baş tutacaq

İlqar Fəhminin eyniadlı pyesi əsasında rejissor Əlif Cahangir tərəfindən hazırlanan tamaşanın məşqləri davam edir. İsveçdə yaşayan azərbaycanlı rejissor bildirib ki, tamaşanın məşqləri virtual aparılır: “Mən İsveçə köçənədək iki məşqimiz baş tutmuşdu. Aktyorların tamaşaya olan həvəsi, xüsusilə, məşqlərimə olan diqqəti məni çox sevindirdi. Ona görə layihəni yarıda qoymaq günah olardı. Yaranmış əngəllər həmişə alternativlərə yol açır. İdeya olaraq biz də bu əngəli virtual olaraq aşmağı düşündük. Bu dəqiqə dünyada demək olar ki, münasibətlərin, əlaqələrin 60 faizi virtual qurulur. Belə olan halda müasir texnologiyanın bizə yaratdığı imkandan nədən istifadə etməyək dedik. Beləliklə, məşqlərimizə video görüntü ilə zəng edərək davam etdik. Heyətimizin əksəriyyətini gənclər təşkil edir. Tamaşa demək olar ki, hazırdır. Son tamamlama işləri aparılır. Tamaşanın maddi tərəflərini biz komanda olaraq özümüz qarşılıyırıq. Tamaşanın hazırlanmasında bizə yaxından dəstək olan əməkdar artist Cabir İmanova xüsusi təşəkkür edirəm. Bir təşəkkürümü də YUĞ teatrının rejissoru Mirsahib Ağazadəyə bildirirəm. O da dost kimi dəstəyini məndən əsirgəmir. Tamaşanın dekorasiyasını demək olar ki, bizim üçün pulsuz təşkil etdi. Orda olmadığım üçün çox şeyə o nəzarət edir. Tamaşada sürpriz odur ki, 30 ildən artıqdır ki, səhnədə olmayan istedadlı və çox maraqlı aktyorumuz səhnəyə çıxacaq. Adını açıqlamıram. Ola bilsin ki, ilk baxışdan da görənlər tanımasın. Sonradan biləndə ki, kimdir “A o oğlan, bu kişi imiş?!” deyəcəklər. Tamaşanın ilk baxışını iyun ayının 20-nə planlaşdırmışıq. Böyük premyera isə sentyabr ayına təsadüf edəcək”.

Tragikomediya janrında yazılmış pyesdə hadisələr Bakının Kubinka məhəlləsində baş verir. Kubinkada doğulmuş lakin 18 il Batumidə yaşayandan sonra öz doğma məhəlləsinə qayıdan Məryəmin gəlişi ilə hadisələr bir-birinə qarışır. Rejissor, əsəri şərh edərək söyləyib ki, köhnəlik və yeniliyin mübarizəsi üzərinə qurulmuş tamaşada sonda yenilik, köhnəlik üzərində qələbə qazanaraq, öz məğlubiyyətinə zəmin yaradır.
Tamaşada rolları Məhəmməd Verdizadə, Elşən Əsgərov, Zəhra Bədəlbəyli, Tunar Əlizadə, Şəhanə Yusufova, Mikayıl Bəylərli, İlqar Hüseynzadə, Muşfiq Cəfərli, Beyrək Rüstəmzadə, Mehin Orucova, Nadir Rüstəmli, Əkbər İzzətov və Mübariz Ağayev canlandıracaq.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir