Mozaika Kamal Yaşar, “Yoxsa”...

Kamal Yaşar, “Yoxsa”…

-

TeatrO.az saytının “Yoxsa” 21 ekspress sual layihəsində rejissor Kamal Yaşar

1. Şərq, yoxsa Qərb? Günəşli bəşəriyyət.
2.Teatr, yoxsa kino? Kinoteatr.
3.Aktyor, yoxsa rejissor? Sənətkar.
4.Dublyaj, yoxsa senari? Senaridə dubllar.
5.Ayin, yoxsa oyun? Oyun ayini.
6.Din, yoxsa sənət? Buna ən gözəl cavabı böyük Tarkovski vermişdi: “din və sənət bir medalyonun iki üzü kimidir, olmazsa olmaz kimi”. Ona görə da balaca Kamal sussa yaxşıdı.7.Məkkə, yoxsa Mədinə? Kərbəla.
8.Füzuli, yoxsa Nəsimi? Füzuli rindü-şeydadı, Nəsimi də ki heç də.
9.Fəülün, yoxsa məfaülün? Dəvənin harası düzdü ki?
10. Forma, yoxsa məzmun? Məzmun həmişə var olduğuna görə forma.
11. Məcid Məcidi, yoxsa Kşiştof  Kieslevskiy? Məcidiylə şəxsən görüşmüşəm. Kieslovskiyləsə onun ölümündən sonra tanış oldum. Ölülər daha sirli olur.
12. Alim Qasımov, yoxsa Mohsen Namjoo? İkisi də orijinaldır. Ona görə də qalanı xatirədir.
 13. Pikkaso, yoxsa Modelyani? Modelyani. Sonda dolu gözü tapdığına görə.
 14. Caz, yoxsa muğam? Muğam. Ona görə ki, yoldur, ağrıdır, olar-olmazları var. Cazsa hələ cavandır. Müqayisədə cazı başında kepka, arxasında əzilmiş dəftər dərsdən qaçan bığ yeri yenicə tərləyən cavana oxşadıram. Özünə yığışmalıdı hələ bu avara.15. Mövlanə, yoxsa Şəms Təbrizi? Mövlanəni Mövlanə edən Şəmsdir, amma yenə də Mövlanə.
16. Tərki-düyna, yoxsa əhli-dünya? Tərki-əhl.
17. Fokus, yoxsa Film fiction? Ölməz “Fokus”a sayğılarla “Film fiction”.
18. Mövzu, yoxsa ideya? İdeya. Ona görə ki, hədəf önəmlidir, niyyət vacibdir.
19. Rasionalizm, yoxsa irrasionalizm?  Rasionalizm yaradıcılıqla tərs mütənasibdir. Ona görə də sehirli irrasionalizm.
 20. #həryerədəbiyyat, yoxsa #həryerkərbala? #həryerinsan Ona görə ki, Kərbəlanın qayəsi ali insan idi. Elə dolayısıyla ədəbiyyatın da.
21. Gəncə yoxsa Bakı? Nətər ki, qadanalım?

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik