Jan-Lui Barro – “Teatr haqqında düşüncələr”

(I yazı)

“Teatro.az” sənət portalı “Mədəniyyət”AZ” jurnalına istinadən oxucularının diqqətinə görkəmli fransız aktyor və rejissoru Jan-Lui Barronun (1910-1994) “Teatr haqqında düşüncələr” kitabından tərcümələri təqdim edir. Özünü Antonen Artonun şagirdi sayan və “total teatr”ın tərəfdarı olan, zəngin aktyorluq və rejissorluq təcrübəsinə malik Barronun teatr, bu sənətin təbiəti, funksiyası, aktyorluq sənəti və s. haqqında müşahidə və mülahizələrindən ibarət kitabının anlatdığı mətləbləri ana dilimizdə əxz etmək imkanı qarşınızdadır.

I. Bizim daxilimizdə teatr necə yaranır

Teatr insan qədər qədimdir. O, sanki insanın əkizidir. Onlar bir-birindən ayrılmazdırlar; bundan əlavə, cilddən-cildə girmək bütün canlılara xas olan cəhətdir. İnsan odu kəşf etdi, Dionis və Apollonun adı ilə bağlı olan zərif sənətləri yaratdı və bu onu qeyri canlılardan fərqləndirir. Lakin bir cahə var ki, onlar arasındakı sərhədi itirir – bu, oyundur. Heyvanlar da, dostları insanlar kimi oynamağı bacarırlar. Və o anda ki, fauna aləminin nümayəndəsi oyun çıxarmağa başlayır, onun təxəyyülü işə düşür, halbuki bu vaxta qədər onun belə bir qabiliyyətə malik olduğunu adətən ehtimal etmirik. Köpək şəkil çəkməyi, at heykəl yapmağı bacarmır, pişik isə radiodan Baxın simfoniyaları eşidiləndə ehtizaza gəlmir, qunduz isə öz yuvasını lazımsız əşyalarla bəzəməyi heç ağlına da gətirmir. Amma hisslərini ifadə etməkdən ötrü, ya da özlərini ürkək göstərmək üçün bu canlılar min cür oyun çıxaranda əsl artistə çevrilirlər. Quşları da bu sıraya aid etmək olar.

Köpəyin topla, pişiyin ipə bağlanmış kağız parçası ilə oynamasını müşahidə edin. O, əyləncə predmetinin ətrafında necə şövqlə qaçır: onun davranışında hiyləgərliyin mövcud situasiyaya aid bütün çalarları var. Və birdən o dayanır. Budur, təsəvvür edilən düşmən sanki artıq göz önündədir. Dramatik an, “razvyazka”ya lap az qalıb, meydana olum və ya ölüm məsələsi qoyulub: ya o, ya mən. Diqqət! Düşmən əlçatan məsafədədir. Bir, iki, üç… Budur o! Və köpək günahsız topun üstünə atılır, təxəyyülündə onu düşmən kimi canlandıraraq bayaqdan oynadığı əyləncə vasitəsini amansızlıqla didişdirməyə başlayır, amma onu “öldürmək” fikrindən uzaqdır. Tam bir ruh yüksəkliyində o, topu yuxarı atıb döyüş nidası ilə səslənir və qələbənin dadını çıxararaq topun ətrafında az qala çapır, hərəkətləri ilə hansısa vəhşi qəbilənin qalib döyüşçülərini xatırladır. Beş dəqiqə sonra həmin bu köpək pəncəsini tilişkəyə məruz qoyaraq sizin qarşınızda iztirab hisslərini canlandıracaq. Əlinizdə çamadan gördükdə isə biganəlik nümayiş etdirəcək. Axı əyləncə xatirinə saxtakarlıq etmək və ya əsl reallığı təsəvvür edilən reallıq oyununa çevirmək hər bir canlıya xas cəhətdir, istər insan olsun, istərsə də fauna aləminin nümayəndəsi. Bu təzahürü doğuran nədir?. Ola bilər ki, fərz edilən şəraitlərdə özünü qalib hiss etmək əhvalı. Əslində isə fərz edilən şərait gerçəkdə baş versə, qorunmaq, xilas olmaq instinkti üstün gələr. Həmin situasiya gerçəklikdən uzaq vəziyyət kimi təzahür etsə, cəsarətsizlik əhvalı sezilməz – qorxunu yaradan səbəblər mövcudiyyətdən kənar hallarında necə də cəlbedicidir, biz bu halların hökmü altına necə də məmnuniyyətlə düşürük. Həqiqi qorxu halından həzz almaq necə, mümkündürmü? Əsla yox! Siz gerçək təhlükə ilə üz-üzə qalanda belə bir xassəli həzzin hayında ola bilməyiniz ağlasığmazdır.
“Komediya çıxarmaq” həvəsi çox güman ki, həyatı və onun qarşımızda qoyduğu vəzifələri daha dolğun anlamaq tələbatından doğur. Məhz buna görə həyatın süni şəklini canlandırırıq. Və bu canlandırdırılmış, lakin “təmizlənməyə”, “filtrasiyaya” məruz qalmış gerçəkliyə baş vuraraq hər bir nəsnə barəsində daha sayıqlıqla mühakimə yürütməyə çalışır, bu və ya digər şəraitdə atılmalı olan ən doğru addımı daha tez seçirsən; ani reaksiyanın zəruriliyi sənin gözlərini qamaşdırmır; sən heç bir səhvə yol vermədən həyat elmində məşğələlər keçə bilərsən. Bu, insan həqiqi mənada köməksiz olduğu məqamlarda insana xidmət etməli olan potensial güc məktəbidir. Bu, “enerji” məktəbidir, bir növ, yenidən yüklənmə mənbəyi qismində.
Təbiətimiz etibarilə biz hamımız ikili təbiətə malikik – bu, qəbul edilmiş həqiqətdir – lakin günlərin bir günü bizim çoxsaylı olmağımız aşkarlansa təəccüblənmək lazım deyil. “İnsanda o qədər insan yaşayır ki!”. Lakin hətta əgər biz müxtəlif çoxsaylı insanların məskəni, məkanı kimi xidmət ediriksə belə, daimi olaraq iki əsas sima özünü büruzə verir; buna görə biz özünüzü ikili şəxsiyyətli, ikili təbiətli adlandırırıq.

Rus dilindən tərcümə etdi: Samirə Behbudqızı

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Əli Hacılı – “Köklənmiş piano”

“Kökdən düşmüş piano” (teletamaşa) haqqında düşüncələr   “Məni oxuyanlara bildirmək istərdim ki, bu yazıda canlı-cansız hər nə varsa, hamısı mən özüməm” . Mövlud Süleymanlı Bəzən yazının ilk cümləsini qurmaq dövlət...

“Cəhənnəm sakinləri” Konyada

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Konya şəhərində keçiriləcək “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata...

 “Cavad xan” Opera və Balet Teatrında

Teatrın mətbuat xidmətindən  bildirilib ki, balet Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr edilib. Balet tamaşası XVIII əsrdə Azərbaycanda baş verən tarixi hadisələrdən...

Recent

Erməni artistlər fəxri adlarından imtina edir

Ermənistanda artistlər onlara dövlət tərəfindən verilən fəxri adlardan imtina edirlər. Artıq 30-a yaxın artistin fəxri adlardan imtina etdiyi bildirilir. Aktyor Mkrtiç Arzumanyan "Ermənistanın xalq artisti"...

Seymur Elsevər – Yusif Vəliyev: Hacı Qəmbər, Lenin, Ovod və başqaları…

Elə sənətkarlar var kі, teatr qazandığı uğurlara, yaradıcılıq sіmasını müəyyənləşdіrməyə görə onlara borcludur. Yusіf Vəlіyev  (22 mart 1917-18 mart 1980) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının...

ADMİU SABAH qruplarının rəhbəri Beynəlxalq Teatr Mükafatı qazanıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova İstanbulda “Tiyatro” qəzeti tərəfindən təşkil edilən 5-ci Anadolu Teatr mükafatlarının təqdimetmə...