İtaliyanın tanınmış opera müğənnisi Silvana Fraş Bakıda çıxış edəcək

Mayın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Madam Batterflay” operası təqdim olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTACa bildirilib ki, sənət ocağı ilə İtaliyanın ölkəmizdəki səfirliyinin birgə layihəsi olan səhnə əsərində əsas partiyanı – Çio-Çio-San rolunu tanınmış italyan opera müğənnisi Silvana Fraş ifa edəcək. Şarples rolunu isə Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar Artisti Dmitri Qrişin canlandıracaq.
Bundan başqa, səhnə əsərində Opera və Balet Teatrının solistləri – Əməkdar artistlər Fərid Əliyev, Səbinə Vahabzadə, Əliəhməd İbrahimov, solistlər Tural Ağasıyev və Səbinə Əhmədova da iştirak edəcək.
Opera tanınmış italyan dirijoru, Makedoniya Dövlət Opera və Balet Teatrının dirijoru, professor Yakopo Sipari di Peskasseroli tərəfindən idarə olunacaq.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Nigar Pirimova – Göydən asılmış ünvansız məktublar…

Məktub nədir? Uzaqda yaşayan birinə çatdırılmalı sözümüz olduqda ona göndərilən kağız parçası.  Yaxud da insanlar arasında informasiya mübadiləsi. Düzdür, ta qədim zamanlardan yaranmış məktubu...

Cavid Zeynallı – “Tanrı quşu gəlmədi”

(İki hissəli faciə)  İştirakçılar: Süleyman Mustafa Əfəndi Aynur Toğrul Ərəblinski  Bəxtiyar Barış Falçı Əlamət    Tam işıqlanmayan səhnə. Səhnədə piano, köhnə divan, şkaf, stol-stul var....

“İuda” beynəlxalq festivalda

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Akademik Milli Dram Teatrı ölkəmizi Qazaxıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edəcək. 12-16 sentyabr tarixlərində Aktau...

Recent

Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün “Qızıl balıq” tamaşası hazırlanır

Gənc Tamaşaçılar teatrında Pərvinin “Qızıl balıq” (A.S.Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri əsasında) pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıb. Tamaşanın quruluşçu rejissoru Elşad...

Sumqayıt Teatrı müsabiqə elan edir

Sumqayıt Dövlət Dram Teatrı truppanın gəncləşdirilməsi, istedadlılara dəstək məqsədi ilə 18-22 yaşlı, aktyorluq qabiliyyətli, teatr sənətinə marağı olan, hazırda İncəsənət Universitetində təhsil alan və...

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Bu gün Moskvada B.Şukin adına Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələrin Bakı qastrolu başlayır. Xatırladaq ki, bu qastrol ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq gerçəkləşir....