Ana səhifə » Xəbər » İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Afişa
May 23, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (23 may – 29 may)

Xəbər
May 23, 2019

Ən məhsuldar teatrşünas

Persona
May 23, 2019

İsrafil İsrafilov – Məmməd Cəfərin teatr düşüncələri

Xəbər
May 23, 2019

YUĞ Teatrında Orxan Pamukun romanı səhnələşdirilib

Xəbər
May 23, 2019

ADMİU-da Nazim Hikmətin əsəri tamaşaya qoyulub

Xəbər
May 23, 2019

“dOM” Teatrı Beynəlxalq Festivalda iştirak edəcək

Mozaika
May 23, 2019

Fuad Poladovun 14 il əvvəl çəkildiyi filmindən nadir fotolar…

Xəbər
May 22, 2019

Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir

Xəbər
May 20, 2019

Akademik Milli Dram Teatrında Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək

Mövqe
May 20, 2019

Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə açıq məktub!

Xəbər
May 20, 2019

“Aləmin Nəfəsi: Nəsimi” tamaşası 3 böyük müfakata layiq görüldü

Mövqe
May 20, 2019

Xəyalə Rəis – 25 il gözləməyə dəyərdi…

Xəbər
May 18, 2019

Afaq Bəşirqızıdan məmurlara sərt çağırış – “Cənab məmurlar, siz də ayılın”

Afişa
May 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (16 may – 22 may)

Persona
May 18, 2019

Teatr direktorları “Kaspi” qəzetinin “Teatr” əlavəsini təbrik etdi

Müsahibə
May 17, 2019

Nigar Pirimova – Teatrlarımızın son beş ili

Müsahibə
May 17, 2019

ADMİU-dan reportaj: “Biz “Stanislavski sistemi”ni bilmirik!”

Xəbər
May 16, 2019

“Yarımçıq qalmış” Caspian Awards mükafatına layiq görüldü

Xəbər
May 15, 2019

ADMİU-da Əlisəfdər Hüseynovun “Kinonun fəlsəfəsi” kitabının təqdimatı keçiriləcək

Xəbər
May 15, 2019

Lənkəran Teatrında “Senemar” faciəsinin premyerası olub

Xəbər
May 15, 2019

Teatr Xadimləri İttifaqında “Ezop-Əzab”

Xəbər
May 14, 2019

ADMİU Beynəlxalq Elmi Konfransa dəvət edir

Xəbər
May 10, 2019

Prezident mükafatçıları məlum oldu

Xəbər
May 10, 2019

Prezident fərdi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb

Xəbər
May 10, 2019

“Ey Azərbaycanım”

Xəbər
May 10, 2019

“Danabaşlar” tamaşası nümayiş olunub

Afişa
May 10, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (9 may – 15 may)

Xəbər
May 10, 2019

Rəhman Rəhmanovun səhhəti pisləşib

Mozaika
May 9, 2019

“Kaspi”nin 8 yaşlı “Teatr əlavəsi”

İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

İstanbulun Harbiyə-Muhsin Ərtuğrul səhnəsində görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub. Tamaşa İstanbul Şəhər Teatrları və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilati dəstəyi ilə hazırlanıb. Səhnə əsərinin hazırlanmasında İstanbul Şəhər Teatrlarının direktoru Sedat Çakır tərəfindən mənəvi dəstək verilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, tanınmış şairə Sona Vəliyeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, səfirliyin və konsulluğun əməkdaşları, ziyalılar, media nümayəndələri və digərləri iştirak ediblər.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasova, əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin, baş məsləhətçisi isə filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır.

Baş rollarda Türkiyənin tanınmış aktyorlarından Rıdvan Çələbi, Əmrə Narcı, İskəndər Bağcılar, Şenay Bağ, Nurseli Tırışkan və Çağatay Palabıyık iştirak edirlər.

Səhnə əsərinin musiqisi xüsusi olaraq bu tamaşa üçün Azərbaycanın Xalq artisti, bəstəkar Aygün Səmədzadə tərəfindən bəstələnib.

Bu tamaşada ilk dəfə olaraq “Maping” 3D işıq cihazlarından istifadə edilib. İstanbulun teatr səhnələri üçün ilk olan, kino effekti ilə seçilən bu qurğu tamaşaya xüsusi görkəm verib.

Tamaşaya baxışdan sonra çıxış edən Məlahət Abbasova, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və tanınmış şairə Sona Vəliyeva Hüseyn Cavid kimi dahi bir yazıçını türk, eləcə də dünya tamaşaçısına tanıtmağın vacibliyini qeyd ediblər. Bildirilib ki, “İblis” Cavid dramaturgiyasının şah əsəridir. Əsərin 1918-ci ildə yazılmasına baxmayaraq, mövzu bu gün də aktuallığını qoruyur və təəssüf ki, müasir həyatımızda davam edən qarşıdurmaları özündə əks etdirir.

Çıxışlarda Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri ilə yanaşı, mədəni əlaqələrin də sıx olduğu vurğulanıb. Bu əsərin Türkiyənin ən görkəmli səhnələrindən birində tamaşaya qoyulması yüksək qiymətləndirilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir