Ana səhifə » Mövqe » İqtisadi böhran özəl teatrlara təsirsiz ötüşməyib

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

İqtisadi böhran özəl teatrlara təsirsiz ötüşməyib

Türkiyənin ən böyük şəhəri, dəniz limanı, ölkənin sənaye-ticarət və mədəniyyət mərkəzi olan İstanbulda fəaliyyət göstərən özəl teatrlar birləşmək qərarına gəlib. Türkiyənin “Birgün” mətbuatından Dərya Aydoğanın özəl teatrların gərgin  vəziyyətdə olmasından bəhs edən “Teatrlarda həmrəylik zamanıdır” başlıqlı yazısını sizə təqdim edirik.
İstanbulda fəaliyyət göstərən bəzi özəl teatrlar yaşadıqları bütün çətinliklərə sinə gəlmək üçün birləşmək qərarına gəliblər. Artıq onlar problemləri yardımlaşaraq çözmək niyyətindədirlər. Özəl teatrlar ödədikləri vergilərdən, teatrın menecment və PR işlərinin çətinliklərindən bəhs edərək öz ayaqları üzərində durmaqda çətinlik çəkdiklərini gizlətmirlər. Hazırda Türkiyədə baş verən iqtisadi böhran özəl teatrların vəziyyətini daha da pisləşdirib. Belə olan halda sağ qalmaq uğrunda mübarizə aparmaq özəl teatrlar üçün baha başa gəlir. İstanbulun müxtəlif bölgələrindən özəl teatrlar bir araya gələrək bəlkə də daha əvvəl atmalı olduqları vacib bir addımı ataraq, “Teatrların Kooperativ Təşəbbüsü” adı altında birləşiblər. Özəl teatrların ittifaqına İstanbulda fəaliyyət göstərən 13 teatr – “Altıdan sonra”, “Dasdas”, “Qalata perform”, “İkinci kat”, “Kadıköy ekmek teatrosu”, “Mamart”, “Moda səhnəsi”, “NoAkt səhnə”,  “Oyun atolyesi”, “Semaver kampanya”, “Yolçu”, “Craft”, “Kumbaracı 50”- qoşulub. Özəl teatrlar bir araya toplanaraq yaşadıqları iqtisadi sıxıntıları birgə həll etmək qərarına gəliblər. Teatr rəhbərləri yalnız Teatr kooperativinin qurulması nəticəsində daha geniş bir səhnə əldə edəcəklərini, eyni zamanda, bütün güclərini bir araya toplayacaqları təqdirdə hər hansı nailiyyət əldə edəcəklərini deyirlər. Bu teatr-tamaşa müəssisələri daha güclü bir mədəniyyət ocağı olmağa cəhd göstərirlər. Teatrların birləşməsində əsas məqsəd isə bütün qüvvələri səfərər edib,  özəl teatrları bir arada tutmaqdır.  “Altıdan sonra” teatrının rəhbəri Gülhan Kadim Türkiyə mediasına açıqlamasında bildirib ki, əslində, uzun müddətdir ki, belə bir dəstəyə ehtiyacları vardı: “Uzun müddətdir ki, İstanbulda fəaliyyət göstərən özəl teatrlarda iqtisadi və maddi vəziyyət ürəkaçan deyildi və bu müddətdə hər birimiz ayrı-ayrılıqda sağ qalmaq üçün mübarizə aparırdıq. Bu müddət ərzində texniki işlər bizi çox yordu və bir çox çətinliklərlə üzləşdik. Ancaq gücümüzü birləşdirdikdən sonra İstanbulda fəaliyyət göstərən özəl teatrların daha mükəmməl tamaşalar hazırlayacağını və bu sahədə çox inkişaf edəcəyini düşünürəm. Teatr rəhbəri olaraq çox mənasız və teatrla əlaqəsi olmayan problemlərlə uğraşırdıq. Mədəniyyət nazirliyinin nümayəndələri  isə bizi dinləmədikləri üçün bu problemləri heç kimə danışa bilmirdik və problemlərimizi də gündəmə gətirmək imkanımız olmurdu. Teatr bir sənətdir, bir idarəçilik məkanı deyil. Biz gördük ki, bu sənəti inkişaf etdirmək üçün menecerliyi və PR işlərini daha yaxşı bilmək lazımdır. Kənardan bizə baxanlar hesab edirlər ki, biz ticarət edən, alış-verişlə məşğul olan şirkətlərik. Ancaq teatr bir mədəniyyət ocağıdır, alış-veriş məkanı deyil. Bu mədəniyyət ocağının idarə olunmasını və mədəni şəkildə burada yaradıcılıq prosesinin getdiyini izah etməliyik. Səsimizi heç kimsə dinləmədiyi üçün dərdlərimizi, sıxıntılarımızı yüngülləşdirmək məqsədi ilə digər özəl teatrlarla bir yola çıxdıq”.
Gülhan Kadim fikirlərinə onu da əlavə edib ki, bir çox mövzularla bağlı bir araya toplanmaq mümkündür: “Bizim birləşməyimizin gələcəkdə hansı nəticələr verəcəyini demək tezdir. Mən ancaq sizə bu nöqtədə yola çıxma məqsədlərimizi deyə bilərəm. Nəticədə nə olursa olsun, bir şirkət və bir teatr qrupu olaraq, hər mənada, səviyyəli şəkildə tamaşaçıların qarşısına çıxacağımıza əminəm”.
“Yolcu” teatrının aktyoru Ersin Umut Gülər deyir ki, özəl teatrların uzun müddətdir ki, yığılıb qalan problemlərinə həll tapmaq üçün ən ideal vasitə məhz qüvvələri birləşdirmək idi: “Bundan sonrakı illərdə qarşımıza çıxa biləcək məsələlərə çarə tapmaqda yəqin ki, çətinlik çəkmərik.  Öz ayaqları üzərində  dayanan özəl teatrları hər baxımdan inkişaf etdirmək, bu sahəni daha da profesionallaşdırmaq kimi məqsədlər bizi bir araya gətirdi. Özəl teatrlar Mədəniyyət Nazirliyinin ayırdığı maliyyədən əlavə dövlətdən hər hansı bir vəsait almırlar. İnkişaf etmiş dövlətlər sənəti və mədəniyyəti dəstəkləmək adına özəl teatrlara tamaşanın hazırlanıb oynanılmasına qədər təmənnasız maddi dəstək göstərirlər. Bizdə isə Nazirliyin dəstəyi istənilən səviyyədə deyil. Elə hal yaranıb ki, Nazirlik özəl teatrlara haqqı olan dəstəyi vermir və teatrlara münasibətdə kollektivin peşəkarlıq dərəcəsindən və işinin miqyasından yox, öz istəklərindən çıxış edir. Dövlətin yetəri qədər maddi dəstək vermədiyi özəl teatrların satdığı hər  biletdən 38 faiz vergi tuturlar. Satdığım biletin 38 faizini dövlətə verəcəyəmsə, teatrı necə idarə edəcəyəm? Bundan başqa, teatra əmək verən hər kəsin sosial haqlarından iş sığortasına qədər bütün məsələlərdə bir çox problemləri var. Biz “Yolcu” teatrı olaraq, həyatın hər bir anında bir arada ola biləcəyimiz həmkarlara ehtiyacımızın olduğunu düşünürük. Mövcud problemlərimizi həll etməyə, dövlətlə dialoq qurmağa çalışırıq. Bu sahədə çalışan hər kəsin şərtlərini yaxşılaşdırmaq, hər mənada, rahat bir istehsalat mərkəzi yaratmaq, teatr sənətini və mədəni səviyyəsini daha da önə çəkmək, sərbəst şəkildə çalışa biləcəyimiz bir teatr yaratmaq istəyirik. İstəyimizə bərabər hərəkət edərək çata biləcəyimizin fərqindəyik. Bunu dərk etdiyimiz üçün ehtiyaclarımızı birləşdirdik və uğur əldə edəcəyimizə ümid edirik”.
“Moda səhnəsi”nin aktyoru Onur Ünsal deyir ki, 13 özəl teatrın bir araya gəlməsi heç də təsadüfi deyil: “Teatrlardakı hazırkı iş şərtləri səmərəli deyil. Düşündük ki, biz özəl teatrlar hamımız bir yerdə bu şərtləri yaxşılaşdıra bilərik. Ancaq vəziyyəti yaxşılaşdırmaq üçün maddi qaynaqlarımız yoxdur. Heç bir yerdən dəstək almırıq. Teatrlarımızın iş şərtləri də yaxşı deyil. Bir çoxları nərdivan altında tamaşa hazırlayır. Teatrda çalışan insanların sığortası belə yoxdur. Düşündük ki, özəl teatrlarla bərabər çalışsaq, bir-birimizdən dəstək alsaq, bu problemləri aradan qaldırmağı bacararıq. Nəticədə, qərar verdik ki, bir dam altında birləşməliyik. Bizim özəl teatrlarımız yaşamır. Mən bunu öz teatrımızdan deyə bilərəm. Adi dükanlar, bazarlar pul qazanır, ancaq biz bir mədəniyyət mərkəzi olaraq heç nə qazana bilmirik. Bizə o qədər böyük bir vergi tətbiq ediblər ki… Dövlət heç bununla maraqlanmır da. Nazirliyə etdiyimiz müraciətlərin də heç bir faydası olmur. Ancaq birləşib hamımız birlikdə müraciət edəriksə, təbii ki, səsimizi kimsə eşidər. Hamımız bir nöqtəyə vurduqdan sonra daha çox ciddiyə alınarıq”.

Hazırladı: Xəyalə Rəis

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir