Ana səhifə » Persona » Müsahibə » İntiqam Soltan: “Məqsədimiz yaradıcı heyətin inkişafına zəmin yaratmaqdır”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyun 18, 2019

Sabah “TƏK” Yaradıcılıq Platformasının ilk tamaşası nümayiş olunacaq

Xəbər
İyun 15, 2019

Akademik Milli Dram Teatrında Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub

Afişa
İyun 13, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (13 iyun – 20 iyun)

Müsahibə
İyun 13, 2019

Dağlar Yusif – “dOM” Teatrından reportaj: ”Bu şəxsən mənimçün təzə deyil”

Xəbər
İyun 13, 2019

Bəsti Cəfərova – 60 yaş

Xəbər
İyun 13, 2019

“Leyli və Məcnun” operasının növbəti tamaşası keçiriləcək

Xəbər
İyun 12, 2019

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Xəbər
İyun 12, 2019

Azərbaycanlı rejissor dünyaya səs salan layihəyə imza atdı

Xəbər
İyun 11, 2019

Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq

Xəbər
İyun 10, 2019

“Kubinka” tamaşasının premyerası baş tutacaq

Xəbər
İyun 9, 2019

Rus Dram Teatrı “Tənhalığın komediyası”nı təqdim edib

Xəbər
İyun 8, 2019

“dOM” Teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb

Persona
İyun 7, 2019

Aydın Talıbzadə – “SFİNKS VƏ KONTRABAS”

Xəbər
İyun 7, 2019

Nəsimiyə həsr olunmuş tamaşa Dərbənd qalasında

Xəbər
İyun 7, 2019

Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

Xəbər
İyun 7, 2019

“Qızıl balıq” tamaşasının premyerası oldu

Xəbər
İyun 7, 2019

“Sonuncu”nun kinoversiyası çəkilir

Xəbər
İyun 7, 2019

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Mövqe
İyun 6, 2019

Bayram kimi festival

Xəbər
İyun 5, 2019

YUĞ Dövlət Teatrı bu gün “Novruz” Festivalında çıxış edəcək

Xəbər
İyun 5, 2019

Uşaqların üzünü güldürən festival

Xəbər
İyun 5, 2019

Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları birgə çıxış edəcəklər

Xəbər
İyun 2, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Xəbər
İyun 2, 2019

Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

Mövqe
May 30, 2019

Aynurə Mustafayeva – Niyə biz yaxşı dram yarada bilmirik?!

Xəbər
May 30, 2019

LƏNKƏRANDA I BEYNƏLXALQ TEATR FESTİVALI KEÇİRİLƏCƏK

Müsahibə
May 30, 2019

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Xəbər
May 29, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı keçiriləcək

Persona
May 29, 2019

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

İntiqam Soltan: “Məqsədimiz yaradıcı heyətin inkişafına zəmin yaratmaqdır”

Bakı Uşaq Teatrı “Bir teatr, bir festival” layihəsi çərçivəsində keçirdiyi üçüncü “Bizim teatr festivalı”nı “Nəsimi ili”-nə həsr edib. Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə reallaşacaq və “Nəsimi ili – Nəsimi dili” adlanan festivalın açılışı aprelin 12-də Aktyor Evində gerçəkləşəçək. Festivalın təşkilatı işləri ilə bağlı təəssüratlarını bizimlə bölüşmək üçün Bakı Uşaq Teatrının bədii rəhbəri və direktoru, Əməkdar artist İntiqam Soltana müraciət etdik.

– İntiqam müəllim, “Nəsimi ili – Nəsimi dili” festivalına necə hazırlaşırsınız?

– Teatrımızın yaradıcı heyəti bu festivala çox məsuliyyətlə yanaşır. Artıq teatrdaxili birinci və ikinci turlar başa çatıb. Bu festival bizim üçün çox önəmlidir.  Bilirsiniz ki, bu, “Bir teatr, bir festival” layihəsi çərçivəsində keçirdiyimiz üçüncü “Bizim teatr festivalı”ıdır.  İlk dəfə mono tamaşalar festivalı keçirdik. İkinci festivalımız beynəlxalq tamaşalar festivalı idi.  Bu festivala İrandan, Gürcüstandan və Türkiyədən də qonaqlarımız gəlmişdi. Üç gün ard-arda 15 tamaşa ilə çıxış etdik. Bu dəfə  isə “Nəsimi ili” ilə əlaqədar “Nəsimi ili, Nəsimi dili” festivalı keçirməyə qərar verdik. Məqsədimiz yaradıcı heyətimizin fərdi sənətkarlıq keyfiyyətlərinin inkişafına zəmin yaratmaqdır.  Aktyorlarımız hər biri ayrı-ayrılıqda öz üzərində çalışır. Nəsimi deyəndə hamımızın gözü önündə ilk növbədə onun qəzəlləri və “Nəsimi” filmi canlanır. Əsas məqsədimiz aktyorların fərdi yaradıcılığı və özlərini ifadə etməsidir. Nəsimi qədər böyük bir ümmana baş vurmaq özü bir cəsarət tələb edir. Mən bütün kollektivə festivala qatılmaqda könüllü olduqlarını bildirsəm də teatrın demək olar ki, bütün aktyorları festivalda iştirak etmək arzusundadır.

Bizim festival bir az fərqlidir. O mənada ki, burada məqsəd yalnız əruz vəznini nümayiş etdirmək, onun qaydalarına əməl etmək deyil.  Biz istəyirik ki, bütövlükdə Nəsimi yaradıcılığına səyahət edək, onun şeirlərinin fərqli səhnə yozumlarını, ifalarını görək.  Münsiflər heyəti də iştirakçıları məhz bu yöndə qiymətləndirəcək.  Bu festivalda bizə dəstək göstərdiklərinə görə, Akademik Rus Dram Teatrına, Sumqayıt Dövlət Dram Teatrına, Gənc Tamaşaçıları Teatrına, Akademik Musiqili Teatra, həmçinin,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə, Azərbaycan Milli Konservatoriyası nəzdində Respublika  İncəsənət Gimnaziyasına da təşəkkürümü bildirirəm. Qeyd edim ki, Azərbaycan Dərbənd Dövlət  Dram Teatrının rəhbəri Firdovsi Əkbərovun  iştirakı ilə həmin teatrın nümayəndələri də festivalda çıxış  edəcək. Səsimizə səs verən çoxdur. Təbii ki, belə bir məsuliyyətli layihəni həyata keçirmək istəyiriksə bunun maddi və mənəvi tərəflərinin bütün yükünü də üzərimizə götürmüşük.

– Deyəsən, Bakı Uşaq Teatrının pulu çoxdur?

– Açığı maddi tərəfinin altından necə çıxacağıq,  onu tam olaraq bilmirəm (gülürük). Tamaşalar Azərbaycan Teatr Xadimlər İttifaqının böyük səhnəsində nümayiş olunacaq. Bizə bu şəraiti yaratdıqları üçün AzTXİ-nin rəhbərliyinə xüsusi təşəkkürümü bildirirəm.

– Bəs qınaqlardan qorxmursunuzmu?

– Hansı qınaqlardan?

Ənənəvi qınaqlardan.

– Əgər ortada yaradıcı proses varsa təbii ki, qınaqlar da olacaq.

Deyiləcək ki,  “Uşaq teatrı hara, böyüklər üçün tamaşa hara?”,  “Uşaqların Nəsimi ilə nə əlaqəsi?” -bu kimi qınaq dolu suallara hazırsınız?

–  Bu gün bir neçə bağça direktoru məndən “Nəsimini uşaqlara necə tanıtdıraq?” adlı  layihə istəyib. Bağça uşaqları və Nəsimi. Bunu etmək üçün həm cəsarət, həm səbr, həm də yanaşma metodunu bilmək lazımdır.  O ki, qaldı sualınıza tənqid hər zaman var, istər bunu özünü teatrşünas adlandıran insanlar  etsin, istərsə də qeyriləri. Ümumiyyətlə, tənqiddən qorxan iş görməz. Teatrşünasın işi münasibət bildirməkdir. Ancaq teatr tənqidçilərimiz bəzən təhqirə keçirlər. Əslində, burada heç bir narahatçılıq yoxdur. Haqlı tənqidə hər zaman açığıq. Çox yaxşı olardı ki, tənqid edən insan problemin çıxış yolunu da göstərsin. Əgər bu yolu göstərə bilmirsə, el arasında bunun bir adı var “mız qoymaq”. Uşaq teatrının digər teatrlardan ən böyük fərqi ondadır ki, burda “hamı bir nəfər üçün, bir nəfər də hamı üçün işləyir”. Bizim gücümüz də elə ondadır.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir