Ana səhifə » TARİX » İlham Rəhimli – “20 rejissor haqqında 120 cümlə”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

İlham Rəhimli – “20 rejissor haqqında 120 cümlə”

Baxşı Qələndərli (20.7.1903-14.9.1985. Əməkdar incəsənət xadimi). Azərbaycanın ali təhsil görmüş ilk peşəkar rejissorlarından sayılır, yaradıcılığı əsasən Naxçıvan teatrı ilə bağlıdır. Quruluş verdiyi tamaşalar kompozisiya tamlığı, ideya aydınlığı, ansambl bütövlüyü, ali rejissor məqsədinin dəqiqliyi ilə seçilirdi, əsasən realist səpkili tamaşalar hazırlamağa üstünlük verirdi. Aktyor ansamblının bütövlüyünə və tamaşanın ali məqsədinin aydınlığına xüsusi diqqət verirdi. Mövzu və ideyasından asılı olmayaraq, quruluş verdiyi tamaşalarda dəqiq janr təyini olurdu. Səhnədə verdiyi mizanlar sadə və ifadəli, məntiqli və dəqiq olması ilə aktyor sərbəstliyi üçün geniş imkanlar yaradırdı. Klassik irsə həssas yaradıcı ehtiram göstərməklə yanaşı, teatrın ətrafına yerli müəlliflər ordusu toplamaqla müasirlik üçün geniş meydan açmışdı.

Yusif Yulduz (4.8.1905-7.11.1979). Azərbaycanın Rusiyada ixtisas təhsili almış ilk məşhur teatr rejissorudur, Bakı, İrəvan, Tiflis, Aşqabad, rayon teatrlarında tamaşalar hazırlayıb. Monumental romantik teatr poetikasının milli səhnə sənətimizdə formalaşmasında müstəsna xidmətləri var, konstruktivizm prinsiplərindən cəsarətlə istifadə edən ilk rejissordur. Zəngin və qanadlı fantaziyası, iti və aydın təfəkkürlü, əlvan və cazibəli forma tapıntıları vardı.  Məkan və zaman xronotopunu klassik və çağdaş mövzulu əsərlərdə estetik-fəlsəfi səviyyədə həll edən rejissor kimi tarixiləşib. Milli ovqatı, düşüncə tərzini, psixoloji təfəkkürü səhnədə bütün hüsnü, lətafəti ilə canlandırmaqda mübariz olub və məhz özünəməxsus ənənə yaradıb. Dəqiq janr təyini yaratmaqda, məzmun və formanın estetik səhnə həllində müstəsna uğurları olub.

Ağəli Dadaşov (20.3.1906-7.12.1973. Əməkdar incəsənət xadimi). Azərbaycanın ötən əsrin otuzuncu illərində ali təhsil alan teatr rejissorlarındandır, Akademik Teatrda, Gəncədə və GTT-də maraqlı quruluşlar verib. Monumentalizmə meyl göstərir, klassik səhnə estetikasına üstünlük verir, aydın və məzmunlu ifadə vasitələri tapırdı. Tamaşalarında kompozisiya bütövlüyü, vahid məqsəd ətrafında səfərbər edilən aktyor ansamblı olurdu. Aktyorlarla işləməkdə xüsusi həssaslıq göstərirdi və xeyli nəsr əsərlərini dramaturji tələblər səviyyəsində səhnələşdirib. Yaradıcılıqları formalaşmış məşhur sənətkarlarda da təzə yaradıcılıq xüsusiyyətləri üzə çıxarmaqda məharətli idi. Quruluş verdiyi həm realist, həm də romantik pyeslərin tamaşalarında monumentallıq poetika xüsusiyyətlərinin cazibəsi ilə diqqəti cəlb edirdi.

Soltan Dadaşov (27.5.1906-7.9.1968. Xalq artisti). İxtisas təhsili görmüş ilk Milli Musiqili Teatr rejissorumuzdur. Xalq oyun-tamaşalarının poetika göstəricilərini dərindən bilir və onun bədii-estetik prinsiplərindən məharətlə istifadə edirdi. Klassik muğam operalarımıza, operettalarımıza verdiyi quruluşlar zəngin milli koloriti, meydan teatrının estetik səciyyələri ilə zənginləşirdi. “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarına monumental səpkili, lirik-romantik ruhda quruluşları birinci dəfə o verib. Tamaşaya hazırladığı milli və Avropa müəlliflərinin operalarının partiturasını əzbər bildiyi üçün qurduğu kompozisiya, verdiyi mürəkkəb mizanlar musiqi ilə sözün harmonik, üzvi qovuşuğunun  poetik təcəssümünə xidmət edib. Həssas musiqi duyumu və fenomenal musiqi yaddaşı onun səhnə təfsirlərin