İlahə Həsənova “Ən yaxşı qadın rolu” mükafatına layiq görülüb

XV Beynəlxalq Kazan Film Festivalının “Ən yaxşı qadın rolu” mükafatı Azərbaycana gəlir. İlqar Nəcəfin “Nar bağı” filminin baş rol ifaçısı İlahə Həsənova festivalın qalibi olub.

ONA-nın xəbərinə görə, bu, İlahənin “Nar bağı” filminə görə artıq ikinci beynəlxalq mükafatıdır. Bundan əvvəl o, Türkiyədə keçirilən Antakya Beynəlxalq Film Festivalının “Ən yaxşı qadın rolu”na gərə baş mükafatı almışdı.

Bildirilir ki, Vaqif İbrahimoğlunun tələbəsi olan İlahə karyerasını YUĞ Teatrında başlayıb, indi Akademik Dram Teatrının aktrisasıdır.

Bu beynəlxalq uğura qədər “Nar bağı” filmi Minsk (Belarus), Malatya (Türkiyə), Avrasiya (Qazaxıstan), Asiya və Sakit okean hövzəsi ölkələrinin Kino Akademiyasının əsas mükafatlarını qazanıb.

Filmin ssenari müəllifi Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Minnebo, operatoru Ayhan Salar, bəstəkarı Firudin Allahverdidir.

Film “Azərbaycanfilm” və “Buta Film” kino şirkətinin birgə istehsalıdır.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi qeyd olunub

Aprelin 19-da Lənkəran Dövlət Dram Teatrının truppası Lerik rayon mədəniyyət evinin səhnəsində Üzeyir Hacıbəylinin felyetonları, pamfletləri və hekayələri əsasında mərhum rejissor, Əməkdar incəsənət xadimi...

Bölgə teatrlarının Yeni il “sərgüzəştləri”

Yeni il gəldikdə ətraf bəzənir, hamının üzündə sevinc hiss olunur. Ancaq hamıdan çox körpələr, məktəblilər bayram edir. Uşaqların ən sevimli bayramı olan yeni ili...

Lənkəran Dövlət Dram Teatrı Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edib

Lənkəran Dövlət Dram Teatrının nümayəndə heyəti İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən XXXVII Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrın direktoru Tofiq Heydərov AZƏRTAC-ın bölgə müxbirinə...

Recent

Elçin Cəfərov: “Bizim teatrlar sovet dövründən qalan mexanizmlərlə işləyir “

- Ötən həftə 10-cu Tbilisi Beynəlxalq Teatr festivalından qayıtmısınız. Bildiyim qədərilə dünyanın bir çox ölkələrindən teatr mütəxəsissləri bu festivala qatılır. Necə düşünürsünüz, bu gün...

Paytaxt teatrlarının həftəlik repertuarı (23 may – 29 may)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 24 may V.Səmədoğlu “Generalın son əmri” saat 19:00 25 may A. Saqareli “Xanuma” saat 19:00 26 may A.Tolstoy “Buratino” saat 12:00 İ.Əfəndiyev “Boy çiçəyi” saat...

Teatrda yeni təyinat

Azərbaycan Respublikası Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Elşən (Sərxanoğlu) Hacıyev Sumqayıt Dövlət Dram Teatrının baş rəssamı vəzifəsinə təyin olunub. Hacıyev Elşən Sərxan oğlu...