Ana səhifə » Xəbər » “İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

“Bütün qurumlara müraciət etmişəm. Və etməkdə də davam edəcəm. Bir çox qurumlar məsələnin hələ araşdırıldığını deyirlər. Mən anlamıram ki, nəyi araşdırırlar? Zərərçəkən mənəm. Məni danışdırmaq lazımdır. İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”.

Bu fikirləri Open.az-a açıqlamasında övladı ana bətnində tələf olan, İrəvan Dövlət Dram Teatrının işdən çıxarılan aktrisası Şəbnəm Cəbrayılova deyib.

Şəbnəm Cəbrayılova son zamanlar başına gələn, ölkə mətbuatının işıqlandırdığı məlum hadisədən sonra ağır travma yaşadığını, amma vəziyyətin onun xeyrinə dəyişmədiyi bildirib.

“Mənə son günlərdə kömək etmək istəyən, halıma yanan insanlar çoxdur. Hamıya təşəkkür edirəm. Xalq artisti Afaq Bəşirqızı mənimlə danışdı. Mənə yol göstərdi. Sağ olsun. Bu gün vəkilimlə görüşüb, bu məsələləri bir daha müzakirə edəcəm. Mən çox qorxuram ki, gələcəkdə yenidən ana ola bilməyəcəm. İftixar Piriyev mənim gələcəyimi əlimdən alıb. Biz hansı dövlətdə yaşayırıq? Mənim balamı öldürən, bu qədər haqsızlıq edən adama “gözün üstə qaşın var” deyən yoxdur. Teatrdan o qədər peşəkar insanları uzaqlaşdırdı. Ətrafına onun sözünü təsdiqləyənləri toplayıb. Onun davası odur ki, hamı onun qarşısında ikiqat olsun. İftixar Piriyevin məşhur sözü var. “Bir adamı istəməsəm də üzünə gülürəm”. Hamının üzünə gülə-gülə hər kəsin axırına çıxıb. Mən bütün bildiklərimi məhkəmədə deyəcəm. Həmçinin hörmətli Mehriban xanım Əliyevaya və ölkə başçımız cənab İlham Əliyevə müraciət ünvanlamışam. Bu haqsızlıq yerdə qalmamalıdır. Təəssüf ki, bəzi qurumlar mənim məsələmə etinasız, biganə yanaşırlar. İftixar Piriyev məni işimdən edib. Əmək kitabçamı ləkələyib. Mənə maddi-mənəvi böyük zərbə vurub. Mənim valideynlərim yoxdur. Kirayədə qalıram. Mənim əlimdə bütün sənədlər, səs yazıları var. Haqq mənim yanımdadır. Amma elələri özlərinə havadarlar tapırlar. İrəvan Teatrında çalışmaqla bütün əsəblərimi korladım. Son iki həftədə məni nə günə qoydular. Bütün əsəblərimi pozdular. Övladımı ana bətnində itirdim. Balamı öldürdülər. İftixar Piriyevin cəzalandırılmasını istəyirəm. Mənim hələ dünyaya gəlməyən, ana bətnində ölən balamın qatili odur”.

Aktrisa Şəbnəm Cəbrayılova günahkarın ağır cəza almasını tələb edir: “Son illər İrəvan Teatrında o qədər haqsızlıqlar oldu. Səsini çıxaranların hərəsini bir yolla işdən uzaqlaşdırdı. Hamı yazdı, dedi, danışdı. Amma ona heç nə edən olmadı. Mənim vəziyyətim isə artıq pik nöqtəsidir. İftixar Piriyevin psixoloji durumu yerində deyil. Kaş ki, vaxtında bütün qastrollardan imtina edib, o teatrdan işdən çıxaydım. Teatrın köhnə maşını ilə nə qədər qastrollara getmişəm. Heç zaman onları pis vəziyyətdə qoymamışam. Axırda da belə. Mənim dünyaya gəlməyən balamın ahı onu tutacaq. Heç olmasa vaxtında zəng edib, üzr istəyərdi. Əksinə deyib ki, “Gəlsin və özü ilə sənədlərini gətirib göstərsin. Başıma bu boyda iş gəlib, özünü elə aparır ki, guya mən yalan danışıram. Bu dünyada ona batan yoxdur, amma o dünyada cəhənnəm əzabında yanacaq. Mən susmayacam. Haqqımı sübut edənə qədər bu yolda mübarizəmi aparacam”.

Xatırladaq ki, Şəbnəm Cəbrayılova İrəvan Dövlət Dram Teatrından işdən çıxarıldıqdan sonra ağır stress yaşayıb. Bunun nəticəsi olaraq övladı ana bətnində tələf olub.

Ülviyyə Həsənqızı

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir