I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Lənkəran Dövlət Dram Teatrında davam edən I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən festivalda bu gün Gəncə Dövlət Kukla Teatrı, “OL”  Teatrı və Bakı Uşaq Teatrı çıxış etdi.

Festivalın ikinci günü Gəncə Dövlət Kukla Teatrının “Zınqırovlu pişik” tamaşasının nümayişi ilə başladı. Əhməd Orucun eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Şamil Məmmədli, dekorator rəssamı Sara Məmmədova, kuklaçı rəssamı isə Təranə Cəfərovadır. Rolları Əməkdar artist Xudayat Əsgərov (Anbardar), Səməd Xanəhmədov (Pişik, Sarı pişik), Elmar Vəliyev (Uzunquyruq siçan), Zülfiyyə Əliyeva (Uzunburun siçan) və Nərmin Şərifova (Uzunqulaq siçan) canlandırırdılar. Tamaşada canlı ifalarla yanaşı, kuklalardan da istifadə olunurdu.

Tamaşa taxıl anbarında yaşayan 3 siçanın pişiklərin və anbardarın başına gətirdikləri macəralardan bəhs edir. Balaca siçanları şirin olduğu üçün yeməyən pişik onların tələsinə düşür, nəticədə siçanlar zınqırovu pişiyin boynuna keçirir və pişiyin anbardan qovulmasına nail olurlar.

12:00-da isə “Ol” Teatrının təqdimatında xalq nağılının motivləri əsasında hazırlanmış “Cəsur şahzadə -Məlikməmmədin nağılı” tamaşası baş tutdu.Tamaşanın quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı Xuraman Azəri, musiqi tərtibatçısı isə Əfsanə Bağırovadır.

“Ol” teatrı  “Cəsur Şahzadə Məlikməmmədin nağılı”nı özünəməxsus formada səhnələşdirərək azyaşlı tamaşaçıları təəccübləndirdi. Tamaşa Padşahın öz əbədilik almasını oğurlayan şəxsi axtarması ilə başlayır. Bunu tapmağı oğullarına tapşırır. Məlikməmməd padşahın kiçik oğludur və qardaşlarının ona xəyanəti nəticəsində quyudan yeraltı dünyaya düşür. Burada divlə qarşılaşan Məlikməmməd həmçinin divin əsarətində olan qızı da xilas edərək Simurq quşunun köməkliyi ilə atasının yanına qayıdır.

Tamaşada rolları Fikrət Məmmədov, İlqar Kamal, Əli Balaoğlanov, Züriyyət Şahmuradova ifa edirdilər.

Festivalı ikinci gününün 16:00-da nümayiş olunan sonuncu tamaşası isə Bakı Uşaq Teatrının “Göyçək Fatma” musiqili nağılı oldu. Teatrın bədii rəhbəri Əməkdar artist İntiqam Soltanın səhnəyə qoyduğu nağıl-tamaşanın quruluşçu rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynlidir. Rolları Türkan Şahmarlı (Göyçək Fatma), Niyaz Qasımov (Baba), Sovqat Səmədova (Nənə), Könül Şahbazova (Ögey ana), Niyaz Novruzov (Ata, Aşıq), Nicat Əhmədov (Çirkin Fatma), Gülər Ləzgiyeva (Qarı), Qurban Əhmədov (Şahzadə),  Emin Balayev (Keşikçi) ifa edirdilər. Xalq motivləri əsasında qurulan tamaşa Göyçək Fatmanın başına gələn hadisələrdən bəhs edir. Xeyirxah, göyçək Fatma qarşısına çıxan hər cür çətinlikləri aradan qaldıraraq öz istəyinə nail olur.

Hər üç tamaşanın sonunda festivalda iştirak edən teatr nümayəndələri Mədəniyyət Nazirliyinin Diplomları ilə təltif olundu.

Xatırladaq ki, festivalın üçüncü günü İran İslam Respublikasının “Mika” –Təbriz və “Muğam-Hünər” Parsabad teatrlarının Əli Bərnunun eyniadlı əsəri əsasında qurulmuş “Qırmızı və Vız-vızı”, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Nindza tısbağalar və Kapitan Cekin macəraları” bir hissəli nağıl tamaşası və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Pərvin Nurəliyevanın Səhnələşdirdiyi “Qoğalın sərgüzəştləri” tamaşası göstəriləcək.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Gənc Tamaşaçılar Teatrı yeni ili “Qar Kraliçası” ilə qarşılayacaq

Hər il uşaqlar üçün rəngarəng bayram tamaşaları hazırlayan Gənc Tamaşaçılar Teatrı bu dəfə balacaların görüşünə H.X Andersenin “Qar kraliçası” əsəri əsasında qurulan tamaşa ilə...

Gənc Tamaşaçılar Teatrına yeni direktor təyinatı

TeatrO.az Medeniyyet Nazirliyinə istnadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına direktor təyin edilmişdir. İsmayılzadə Naidə Məbud...

Dünyanın ilk kino məktəbi Bakıya gəlir

8-12 aprel tarixlərində S.A.Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun professor-müəllim heyətindən və tələbələrindən ibarət 40 nəfərlik nümayəndə heyəti Azərbaycanda olacaq. ÜDKİ-nin rektoru, Mədəniyyət və...

Recent

Nigar Pirimova – Göydən asılmış ünvansız məktublar…

Məktub nədir? Uzaqda yaşayan birinə çatdırılmalı sözümüz olduqda ona göndərilən kağız parçası.  Yaxud da insanlar arasında informasiya mübadiləsi. Düzdür, ta qədim zamanlardan yaranmış məktubu...

Akademik Milli Dram Teatrında “Dəli yığıncağı” qurulur

Akademik Milli Dram Teatrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tragikomediyası səhnəyə qoyulur. Teatro.az saytının Open.az saytına istinadən verdiyi məlumata əsasən əsər...

Dağlar Yusif – “Nəzəri-konseptual sayıqlamalar” (II Pərdə)

Bilgə Pippalada deyir ki, "həyat qüvvəti", yəni can, ruh GÜNƏŞ, onu şəkilləndirən, maddiləşdirən isə AYdır. Bilirik ki, Ay saçdığı işığı, əslində, Günəşdən alır. Aktyor və...