Xəbər Hamlet Qurbanovun xatirəsi yad olunub

Hamlet Qurbanovun xatirəsi yad olunub

-

Azərbaycan Teatr Xadimləri İttifaqında milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Əməkdar artist Hamlet Qurbanovun 80 illik yubileyinə həsr edilmiş xatirə tədbiri keçirilib.
Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə reallaşan tədbirdə həmçinin Xalq artisti Gülxar Həsənovanın anadan olmasının 100 illiyi də qeyd olunub.
Görkəmli sənət adamlarının, ziyalıların və sənətkarın doğmalarının qatıldıqları tədbirin iştirakçıları əvvəlcə Gülxar Həsənovanın və Hamlet Qurbanovun yaradıcılıq yoluna həsr edilmiş fotosərgi ilə tanış olublar.
Xalq artistləri Hacı İsmayılov, İlham Namiq Kamal, Ağakişi Kazımov, Rafiq Əzimov, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə və başqaları tədbirdə çıxış edərək sənətkarların həyat və yaradıcılığından söz açıb, mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıblar.
Tədbirdə G.Həsənovanın və H.Qurbanovun ifa etdikləri tamaşa və filmlərdən videogörüntülər nümayiş olunub. Sonda ailənin yaxın qohumu Mail Əliyev çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılara bu görkəmli sənətkarları əziz tutduqları üçün öz minnətdarlığını bildirib.
Xatırladaq ki, Hamlet Qurbanov 1938-ci ildə Bakıda görkəmli teatr və kino aktyoru, Xalq artisti Ağadadaş Qurbanov və opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın ailəsində anadan olub. Mərhum aktrisa, Xalq artisti Gülşən Qurbanovanın ata bir, ana ayrı qardaşıdır.
H.Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitututunu, (indiki Mədəniyyət və İncəsənət Universiteti) Mehdi Məmmədovun kursunu bitirib. O, 1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrında yaddaqalan obrazlar yaradıb. Azərbaycan televiziyasının hazırladığı bir sıra tamaşalarda və “Azərbaycanfilm”in istehsal etdiyi filmlərdə çəkilib.
Hamlet Qurbanov 1995-ci il noyabrın 13-də vəfat edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik