Həmyerlimiz “Aprel baharı” festivalında iştirak edəcək

Rusiya sirk kompaniyasından verilən xəbərə görə, 2018-ci ilin 11 aprel tarixində Koreya Xalq Demokratik Respublikasının paytaxtı Pxenyan şəhərində XXXI Beynəlxalq Bədii Dostluq Festivalı başlanacaq. Festivala dünyanın bir çox ölkəsini təmsil edən sənətçilərlə yanaşı, həmyerlimiz Anar Cəbrayılov da dəvət alıb. “Şlyapalarla oyun” adlı solo-jonqlyor nömrəsi ilə çıxış edən Anar bu janrın dünyada ən yaxşı ifaçılarından sayılır. O, bir çox nüfuzlu beynəlxalq sirk festivallarının mükafatlarına layiq görülmüş, 2015-ci ildə İsrailin Aşdod şəhərində keçirilən Birinci Beynəlxalq Sirk Sənəti Festivalının qalibi olmuşdur.

Anar Cəbrayılov “Aprel baharı” festivalında Rusiya dövlət sirk kompaniyasını təmsil edəcək. Həmin kompaniyanın baş direktoru Dmitri İvanov da bu festivala fəxri qonaq qismində dəvət olunub.

Anara uğurlu çıxışlar, parlaq qələbələr arzulayırıq!

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Mir Sahib Ağazadə: “İntəhası”

"İntəhası"nı  YUĞ Teatrının rejissoru Mir Sahib Ağazadə deyəcək. 1. M.Meterlinq “teatrda sükut səhnə hərəkətinin ən yüksək təzahürüdür” – deyir. İntəhası... bu sükutu səhnədə hərəkətə döndərən sənətkara...

Dağlar Yusif – “Şən keçilərin sevgi odası…”

( komediyavari faciə üçün essevari resenziya ) Sevgi ilahi substansiyadır, enerjidir – hər şey onunla başlayır, hər şey onsuz bitir. Sevgi mədəniyyətdir – insanın təbiətində gəzib...

Yuğ teatrının poetikası haqqında kitab nəşr olunub

Yuğ teatrının poetikası haqqında monoqrafiya nəşr olunub “Yuğ teatrının poetikası və dünya teatr sistemləri” kitabı çapdan çıxıb. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilovanın müəllifi olduğu...

Recent

“Akademik” statusu verilən Musiqili Teatr və Rus Dram Teatrı Prezidentə təşəkkür edib

Prezident İlham Əliyev S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrına və Azərbaycan Dövlət Musiqili Teatrına “akademik” statusu verilməsi haqqında Sərəncam imzalayıb. 5 mart 2019-cu il...

Rasim Aşın – YUĞ Teatrın həmişə var olsun!

Bu gün Azərbaycan teatrının böyük simalarından biri, YUĞ Teatrının yaradıcısı rejissor Vaqif İbrahimoğlunun doğum günüdür. Teatro.az sənət portalının əməkdaşları adından müəllimlərin müəllimi Vaqif İbrahimoğlunun...

Sənətçilərimiz Vyanada “Bulmuşam həqqi” deyiblər

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan şair-mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib. Xalq artisti Mehriban Zəkinin verdiyi məlumata görə,...