Ana səhifə » Persona » Müsahibə » GÜNEL MƏMMƏDOVA: “Belə rolları oynamaq üçün yaşım çoxdan keçib”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

GÜNEL MƏMMƏDOVA: “Belə rolları oynamaq üçün yaşım çoxdan keçib”

Gənc Tamaşaçılar Teatrının tanınmış aktrisası Günel Məmmədova yeni fəaliyyətə başlayan Teatro.az saytının ilk müsahiblərindən oldu. Belə bir saytın yaranmasını yüksək qiymətləndirən aktrisa kollektivimizə uğurlar arzuladı.
Aktrisanın yaradıcılıq yoluna birlikdə nəzər saldıqdan sonra onu narahat edən məsələlərdən və bu gün teatrda yaşanan problemlərdən danışdıq.

– Teatrın həyatınızdakı rolu nədən ibarətdir?
– Teatrın həyatımdakı rolu çox böyükdür. Ağlıma belə gəlməzdi ki, nə zamansa teatr aktrisası olaram. Çünki hər zaman kinoya meylli olmuşam. Uşaqlıq arzularım özümü kino aktrisası və aparıcı kimi görmək idi. Məni teatra müəllimim, Xalq artisti Rafiq Əliyev gətirib. Teatr mənim üçün böyük məktəbdir. İndiyə qədər mən o məktəbi oxuyuram, o məktəbin imtahanlarından keçirəm və hələ də həmin məktəbin imtahanlarına hazırlaşıram. Düzdür, teatrda rejissordan çox şey asılıdır. Yaxşı rejissor keyfiyyətli əsərlərlə işləyəndə aktyor-aktrisa çox inkişaf edir.
– Aktrisa olmasaydınız, hansı sənətlə məşğul olardınız?
– Özümü başqa sənətdə təsəvvür etmirəm. Bəlkə də bu sözüm sizə şablon görünər. Uşaqlıqdan aktrisa olacağımı qarşıma məqsəd qoymuşam. Anamgil deyir, sən uşaqlıqdan söyləyirdin ki, aktrisa olacam, Hollivuda gedəcəm. Düzdür hələ Hollivuda getməmişəm (gülürük). Özümü tanıyandan uşaqları ətrafıma yığıb rəqs edirdim, mahnı oxuyurdum. O ki qaldı sualınıza, bu sənəti atıb başqa sənətlə məşğul ola bilmərəm. Aktrisa olmasaydım, bəlkə də rəqqasə olardım. İkinci sevdiyim sənət məhz rəqs sənətidir. Uşaqlığımdan rəqslə məşğulam. Rəqsi sevirəm və rəqslə məşğul olduqda ruhum dincəlir. Bu mənə çox yaxşı təsir edir. Valideynlərim mənim müəllimə olmağımı istəyirdilər. Mənsə özümü o sənətdə görmürdüm. Düzdür, aktyorluq dərsləri keçə bilərəm. Ancaq başqa sahədə müəllim ola bilmərəm.
– Çox az aktrisa var ki, bir müddət canlandırdığı obrazın təsirində qalırlar. Siz də onlardan birisiniz. Mən dəfələrlə bunun şahidi olmuşam. Bu nədən qaynaqlanır?
– Mən bəziləri kimi yalandan, qlisirinlə ağlamıram. Ustadım Vaqif müəllim (Vaqifv Əsədov-red) həmişə deyir ki, artistlik etməyin, özünüz olun, səhnədə rahat olun. Mən də çalışıram “artistlik” etməyim, sözün əsil mənasında o hissləri yaşayım. Vaqif müəllim həmişə deyirdi ki, “Günel ağlama, ağlat”.
“Yarımçıq qalmış” tamaşasını bir neçə dəfə oynamışıq. Hər dəfə də o tamaşadan sonra bir müddət özümə gələ bilmirəm. Bir həftə bundan öncə həmin tamaşanı yenidən oynadım. Özümdən asılı deyil, tamaşanı ürəkdən oynayıram, o hissləri həqiqi yaşayırammış kimi daxildən əzab çəkirəm. Oynadığım obrazlara bütün varlığımı, ruhumu, cismimi, ən əsası ürəyimi, beynimi, yaşantılarımı qoyuram. Bəlkə də ona görə təsirdən çıxa bilmirəm. Ötən gün, az qala, üstümə təcili yardım gələcəkdi. Bilirəm ki, bu hal heç də düzgün deyil. Hər şey miqdarında olmalıdır. Düzdür, hər tamaşada da belə olmur. Sevmədiyim tamaşalar var ki, onları məcburiyyət qarşısında qalıb oynayıram. Amma həmin tamaşalarda da xaltura etmirəm. Əgər bu tamaşanı mənə veriblərsə, onun yaxşı alınması üçün əlimdən gələni etməliyəm. Elə tamaşalar da var ki, lap ürəyimdəndir. Belə olanda milyon faiz özümü tamaşaya qoyuram. Təbii ki, mən oynadığım obrazlar – Ülviyyə, Viktoriya və b. deyiləm, Güneləm. İndi həyatımda tamam başqa şeylər baş verir. Amma bacardığım qədər onu yaşamağa çalışıram. Canlandırdığım obrazlarımı içimdən keçirib özümünküləşdirirəm.
– Milli Teatr günündə “Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olundunuz. Yəqin ki, bu mükafat sizi daha da ruhlandırar.
– Bu, mənim üçün çox böyük stimul oldu. Gözləməzdim ki, belə bir mükafata layiq görülərəm. Mədəniyyət və Turizm Nazirliyi gəncləri hər zaman diqqət mərkəzində saxlayır. Mən də öz adımdan onlara təşəkkür edirəm, sağ olsunlar ki, məni heç vaxt diqqətsiz qoymurlar. Çalışacam ki, mənə göstərilən etimadı doğruldum.
Teatrla bağlı müəyyən problemlər yaşadığım vaxtda, gözləmədiyim anda bu mənə böyük bir sürpriz oldu. Aktyor-aktrisa nə istəyir? Onu doğru qiymətləndirsinlər.
– Sizi əvvəl daha aktiv və teatrın repertuarındakı bir çox tamaşalarda baş rollarda görürdük. İndi isə çox az tamaşalarda rol alırsınız. Çəkinizi qoruyub-saxlamaq üçün tamaşalardan imtina edirsiniz, yoxsa yeni gələn gənc nəsil baş rollara yiyələnir?
– Açığı 3 ildir ki, yeni tamaşada rol almıram. Bir neçə tamaşanı çıxmaq şərti ilə. Bunun səbəbini isə yəqin ki, tearın rəhbərliyindən soruşmaq lazımdır. Nəinki 3 il, hətta 10 il mənə rol verməsələr belə, bu mənim üçün o qədər əhəmiyyətli olmaz. Amma mənim bioqrafiyam var və hesab edirəm ki, bu bioqrafiyadan 3 il hədər getdi. Nə olsun? Hər zaman öz allahıma arxalanmışam və ona sığınmışam.
O ki, qaldı gənclərlə bağlı sualınıza, təbii, onların özlərinəməxsus rolları var. Mən də bacardığım qədər onlara dəstək olmağa çalışıram. Teatra yeni gələndə mənə dəstək olanlar da, arxamca danışanlar da az olmadı. O illəri çox gözəl xatırlayıram və dəstəyin nə qədər önəmli olduğunu yaxşı bilirəm. Unutmaq olmaz ki, hər aktyorun öz yeri var. Misal üçün, yerli aktyorların adlarını çəkməyəcəm, mən heç vaxt Meril Strip ola bilmərəm. Hər bir aktyorun-aktrisanın öz dəst-xətti, energetikası olur. Mən də Güneləm. Çox şükür ki, bu gün teatrımıza yeni nəsil gəlib, istedadlı gənclərimiz var. Onların istedadlarını gördükcə, həqiqətən də, sevinirəm. Tamaşalarda gözəl performans göstərirlər. Aktrisa nə istəyir, yaxşı rejissorla işləmək, gözəl əsərdə oynamaq və güclü tərəf müqabili. Əgər tərəf müqabilin güclü olmasa, sən nə qədər güclü olursan ol, istər-istəməz o səni aşağı çəkəcək. Yox, tərəf müqabilin güclü olanda, sən ondan ruhlanırsan və gözəl bir komanda alınır.
Tərəf müqabilindən söz düşmüşkən, siz Elnur Kərimovla bir zamanlar teatrın sevimli cütlüklərindən idiniz. Həmin cütlüyü yenidən səhnədə görmək mümkündürmü?
– Teatra 2006-cı ildən gəlmişəm. O ildən Elnurla bir çox tamaşalarda, filmlərdə birlikdə çıxış etmişik. Elnur mənim sənət taleyimə yazılıb (gülürük). Həyatda da dostluğumuz davam edir. Onun ailəsinə böyük hörmətim var. İndiyə qədər çox tərəf-müqabilim olub, ancaq Elnur kimisi olmayıb. Bəlkə də bu, bizim səmimi dostluğumuzdan irəli gəlir. Biz eyni məktəbi və eyni Universiteti bitirmişik. Qismət elə gətirib ki, eyni teatrda da işləyirik. Elnurla, doğrudan da, qəribə sənət bağımız var. Onunla işləmək mənə çox rahatdır. Səhnədə də, həyatda da bir-birimizi anlayırıq. Biz sözsüz belə oynaya bilərik və bir-birimizi başa düşərik. Sonuncu dəfə onunla elə “Yarımçıq qalmış” tamaşasında tərəf müqabili olduq.
– Olubmu ki, bu 3 il ərzində sizə obrazlar həvalə edilə və siz o rollardan imtina edəsiniz?
– İki dəfə roldan imtina etmişəm. Çünki mənə həvalə edilən rol kütləvi səhnə rolu olub. Mənim artıq belə rolları oynamaq üçün yaşım çoxdan keçib. Düzdür, mən teatra baş rollarla gəlmişəm. Amma o vaxtlar, gənc yaşlarımda kütləvi səhnələrdə oynasaydım belə, yenə də fəxr edərdim. İndi isə mənə kütləvi səhnələrdə rol vermək, məni təhqir etməkdən başqa bir şey deyil. Teatra təzə gəlməmişəm ki, belə rollarda oynayım.
– Sizə bu cür rollar təklif ediləndə cavabınız necə oldu?
– Ciddi şəkildə etirazımı bildirdim. Məhz həmin tamaşalardan sonra 3 il mənə rol verilmədi.
– Və 3 ildən sonra “Yarımçıq qalmış” tamaşasında baş rolla yenidən səhnədə göründünüz
– O da Vaqif müəllimin təkidi ilə oldu. Vaqif müəllim bu tamaşada baş rollarda məhz Elnur Kərimovla məni gördüyünü bildirmişdi. Hətta demişdi ki, ya Günel oynayacaq, ya da heç kim. Elə də oldu. Burdan Vaqif müəllimə təşəkkürümü bildirirəm. Hazırda yeni bir tamaşada rol almışam. Bu, uşaq tamaşasıdır, P.Cullifordun “Şirinlər” pyesi əsasında hazırlanır. Həmin tamaşada Şirinə obrazını canlandıracam.
– Sima olaraq əcnəbi xanımlara bənzəyirsiniz. Bunu xarici əsərlərin baş qəhrəmanlarını oynamaq üçün bir üstünlük sayırsınızmı?
– Təbii ki, bir aktrisa olaraq bu mənim üçün sevindirici haldır. Çünki bu mənə çox üstünlükər verir. Bir çox xarici filmlərdə çəkilirəm, dəvətlər alıram. Görünüş baxımdan özümü şanslı hesab edirəm. Məhz bu görünüşüm mənə daha çox qapılar açır. Qəribə üz cizgilərim var. Rejissorlar deyirlər ki, səni bu sima ilə istənilən Avropa xalqının nümayəndəsinə çevirmək olar.     

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir