“Gözəl və cadugər” səhnədən-səhnəyə keçir

Gəncə Kukla Teatrında Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar 2-ci qrant müsabiqəsi” çərçivəsində maliyyələşdirdiyi “Uşaq teatr sənəti” adlı orta məktəblərdə öyrədici pilot layihəsi çərçivəsində “Gözəl və cadugər” adlı tamaşa nümayiş etdirilib. Layihənin əsas məqsədi uşaqların teatr bacarığını inkişaf etdirməklə onların özlərinə inamını artırmaq, kollektivlə işləmək, inandırmaq kimi qabiliyyətlərini aşkarlamaq, bununla bərabər onların asudə vaxtlarını səmərəli təşkil etməkdir. Şagirdlərin bacarığını əks etdirən gözəl ifalar, məktəb səhnələrində aparılan işin nə dərəcədə tərbiyəvi təsirə malik olduğunu bir daha əyani surətdə sübut edib. Gənc ifaçılar özlərinin də keçirtdikləri hissləri tamaşaçılarla bölüşüblər. Dostluq, sədaqət, humanizm və qəhrəmanlıq mözularını birləşdirə səhnə işində xeyirin şərə qələbəsi öz əksini tapır. Birhissəli uşaq tamaşasının müəllifi Səidə Haqverdiyeva, quruluşçu rejissoru Şamil Məmmədlidir. Onu da qeyd edək ki, müəllifin bu pyesi bundan öncə A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasında səhnəyə qoyulub və hazırda studiyanın daimi repertuarında yer alır.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Əlisəfdər Hüseynov – “İki Həsəndən biri…”

İki fotoportret... Sənətdə iki böyük şəxsiyyət – Azərbaycan kinosunun iki böyük aktyoru, iki Həsən… Hər ikisi qrimsizdir. Aktyor qrimsiz özünə daha çox bənzəyir, özünə daha yaxın...

Prezident mükafatçıları məlum oldu

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası...

Tuncər Salman – “Aktyorluq kulisdə başlayır”

  Qonağımız Türkiyənin tanınmış aktyoru Tuncər Salmandır. Onunla “Ol” filminin qala gecəsində qarşılaşdıq. Təqdimatdan sonra köhnə dostu Namiq Ağayevin həm rejissorluq, həm də aktyorluq etdiyi...

Recent

Paytaxt teatrlarının həftəlik repertuarı (25 aprel – 1 may)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 25 aprel N.Qoqol “Müfəttiş” saat 19:00 26 aprel Elçin "Cəhənnəm sakinləri" saat 19:00   Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 26 aprel Ə.Haqverdiyev “Kimdir müəqssir?” saat 19:00 27...

Məleykə Məmmədova – Ağıllı adamlar və axmaq ümidlər

(Rejissor Mehriban Ələkbərzadınin “Müəmmalı qətlin üç versiyası” tamaşası haqqında düşüncələr...) Yapon ədəbiyyatının son klassiklərindən sayılan Akutaqava Rünoske yazır: “Ola bilməz ki, bizim ruhumuz, mənəviyyatımız əsərlərimizdə...

“Bermud üçbucağı”nda – Mehriban Zəki

Üzündəki qırışlar ilmə-ilmə toxuyur adamı... TeatrO.az sənət portalı Könül Əliyeva-Cəfərova və Dağlar Yusifin təqdimatında “Bermud üçbucağı” layihəsinə başlayır. Layihənin ilk qonağı teatr və kino aktrisası,...