Mövqe Geriyə yolu olmayan kulisin mübarək!..

Geriyə yolu olmayan kulisin mübarək!..

-

(xəfif hüznlü təbəssümlə…)

Sən… ruhlarla “siz”lə danışmazlar. Hər şeyi burda qoyub Allah boyda SƏNin bir parçası olmaq necədi, görəsən?! Sən təptəzə həyatını, biz də köhnəlməkdə olan ölümünü yaşayırıq… sən o üzdə, biz bu üzdə.

Torpaqdan olan qət-təzə “dördüncü divar”ın mübarək, Fuad Poladov!..

Nə vaxtsa, hardasa, necəsə gəlmişdi dünyaya Fuad Poladov. Nə vaxtsa, hardasa və necəsə dəyişdi dünyasını… Allah rəhmət eləsin, mən də “xəstə”yəm, məqalə yazıram, tanımadığım və tanımadığımız adam haqda. O adam haqda ki, ən dəqiq məlumatımız bu idi: hardasa, necəsə, nə vaxtsa. Hə də… biz Fuad Poladovun bilinməzliyini sevirdik – bilinməzlik ən simpatik şeydi, ondan nə istəsən qayıra bilərsən – əfsanələr, rəvayətlər, nağıllar, hətta özün üçün TANRI da “yarada” bilərsən. Kimsə sənə “yalan deyirsən!” deyə bilməz, çünki yalan da, gerçək də itib batır bilinməzlikdə.

Göz bəbəyin kimi qoruyub qəbrinə yığdığın bilinməzliyin mübarək, Fuad Poladov!..

Fuad Poladov yalanlarını, gerçəklərini, yaxşısını, pisini, xeyirini, şərini, ehtirasını, sevgisini, xəyanətini öz bilinməzliyində bir-birinə qatıb gizlətmişdi, ört-basdır eləmişdi. Bütün yaxşı və pis cəhətlərindən ibarət bu bilinməzlikdən “yaratmışdı” özünü, öz obrazını. Yaxşı bir tamaşa kimi qurmuşdu özünü Fuad Poladov. Qurdu, oynadı, getdi… Əhsən belə rejissora! Əhsən belə aktyora… bu qədər bitkin, bu qədər bütöv bir tamaşa və möhtəşəm final… qalxın ayağa!!! Qalxın ayaq üstə… kimin zövqü və qeyrəti varsa ayaq üstə alqışlasın!!!

Yoxluğun mübarək, Fuad Poladov!..

Yadımdadır, atıb, tərk edib getdiyi, fəth edib getdiyi teatrın səhnəsində sonuncu tamaşasının, sonuncu nümayişində, baş əyib getdi kulisə. Gördü alqış səngimir, qayıtdı təzədən gəldi və təzədən baş əydi. Amma baş əymək üçün qayıtmamışdı… təzədən bir-bir hamının gözünün içinə baxıb bir də vidalaşmaq üçün gəlmişdi səhnəyə. O, ikona-aktyor idi. Siz heç ikona görmüsüz, onun gözlərinə baxmısız?.. Heç kimə baxmır, amma hər kəs elə bilir ki, ona baxır ikona. Bax, “dördüncü divar”ın arxasından belə boylanırdı Fuad Poladov. Belə boylanmaq üçün gərək ikona qədər dərin, ikona qədər etkin, ikona qədər müəmmasından, bilinməzliyindən əmin olsun adam.

“Böyük aktyor”, “sonuncu mogikan”, “dahi sənətkar”… və bu kimi şeylərin nə əhəmiyyəti var… zatən heç vaxt olmayıb. Əsl aktyor elə bir “cığır”dır ki, bir ucu Allahdadır, bir ucu bəndədə. Fuad Poladov nə birinci idi, nə də sonuncu. Nə dahi idi, nə böyük, nə də balaca. Fuad Poladov, özünün sözü olmasın, sıradan bir aktyor idi – əsl aktyor… cığır kimi aktyor. Bu isə elə bir fenomendir ki, böyük, kiçik, xırda, ortabab, sonuncu, birinci və s. bu kimi anlayışların fövqündə durur.

Üzü Allaha “cığır”ın mübarək, Fuad Poladov!..

Kulis var ki, geriyə yolu var, dönüb bir də baxırsan, kulis də var, geriyə yolu yoxdu… o kulisə ki çatdın, atıb getdiyin teatrda səni sevənlərlə, sevməyənlər, sevib alqışlayanlarla, sadəcə səs-səmir salmaq üçün alqışlayanlar ağla qara kimi seçilir bir-birindən. Seçilib-seçələnib bir ovuc adam qalır səni beyninin, ürəyinin bir küncündə qoruyub saxlayacaq… səni sənin kimi qəbul edib, sənin kimi saxlayacaq adamlar… Onlara Allah bərəkət versin, sənin də…

…geriyə yolu olmayan kulisin mübarək, Fuad Poladov!..

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik