Gənc Tamaşaçılar Teatrından “Tanrıya 14 məktub”

Bu günlərdə Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Erik Emmanuel Şmidtin “Tanrıya 14 məktub” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıb. Oskar adlı 10 yaşlı uşağın xərçəng xəstəliyinə tutulması ağrısı və ölümlə üz-üzə duran balacanın söhbətlərindən ibarət olan əsər insan hisslərinin dərinliklərinə endirir. Tamaşaya teatrın rejissoru, Əməkdar artist Nicat Kazımov quruluş verir. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Əməkdar artist Nailə Məmmədzadədir. Tryukların quruluşu İsa Əsədova, musiqi tərtibatı Şamxal Novruzluya aiddir. Rolları Anar Səfiyev, Nicat Kazımov, Qəmər Məmmədova, Zemfira Əbdülsəmədova, Ramil Məmmədov, Bəhram Həsənov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Təhminə Məmmədova, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Araz Pirimov canlandırırlar.
Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov bu çoxqatlı əsərə müraciət edilməsinin məsuliyyətindən və çətinliklərindən danışıb: “Uzun illərdir ki, mən Erik Emmanuel Şmidtin iki əsəri – “Müsyo İbrahim və Quran çiçəyi”, “Oskar və çəhrayı dama, yaxud Tanrıya 14 məktub” pyesləri ətrafında düşünürdüm. Doğrusu, monopyes kimi qələmə alınsa da, bu əsərlərin səhnə həllini bir qədər ayrı cür görürdüm. Nəhayət, bu il “Tanrıya 14 məktub” əsərinə quruluş vermək qərarına gəldim, daha doğrusu, nə istədiyimi özüm üçün müəyyənləşdirdim və teatrın rəhbərliyi sağ olsun ki, bu ideyanı dəstəklədilər. Söylədiyim kimi, əsər mono olaraq qələmə alınsa da, biz bunu 14 aktyorla, fərqli formada qurmaq qərarına gəldik. Hər zaman söyləyirəm ki, rejissor ən qəliz sözün də hərəkətini tapmalıdır. Əlbəttə, bu əsər hər cəhətdən, həm mövzu, həm də ifadə tərzinə görə qəlizdir və biz artıq stolarxası məşqlərdə belə hərəkətə, dinamikaya ağırlıq verməyə çalışırıq. Aktyorlarımız fiziki hazırlıq da keçirlər. Çağdaş tamaşaçının rahat, yüngül mövzulara meyilləndiyini söyləyirlər, amma hesab edirəm ki, ən ağır mövzuları da tamaşaçının qəbul edə biləcəyi “çəki”də təqdim etmək mümkündür. Rəsul Rzanın “Ana qaz” əsərinə quruluş verəndə, sonralar bu tamaşa böyük uğur qazananda, tamaşaçılar tərəfindən sevgiylə qarşılananda buna bir daha əmin olmuşdum. Ona görə bu şükranlıq aşılayan əsəri – “Tanrıya 14 məktub”u bir az hərəkətli və fərqli formada qurmaq niyyətindəyik. Musiqi tərtibatında Hans Zimmerin ağır musiqiləriylə yanaşı, fransız estradasından yüngül, ritmik, hətta romantik melodiyalara müraciət etmişik. Ümid edirik ki, bu polifonik bir tamaşa olacaq və tamaşaçıların rəğbətini qazanacaq”.
Qeyd edək ki, tamaşanın premyerası mart ayına nəzərdə tutulub.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Paytaxt teatrlarının həftəlik repertuarı (31 yanvar – 6 fevral)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 31 yanvar M.F.Axundzadə “Sərgüzəşti-vəziri-xani-Lənkəran” saat 12:00 1 fevral Elçin “Cəhənnəm sakinləri” saat 19:00 2 fevral K.Abdulla “Bir, iki bizimki” saat 18:00 2 fevral R.Kuni “Zorən şorgöz”...

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

İyulun 14-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 109-cu mövsümünü başa vuracaq. Həmin gün milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə dahi...

Fəridə Cəlilova: “İntəhası”

“İntəhası”nı  sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Fəridə Cəlilova deyəcək. 1. Mişel Fuko yazır ki, intellektualın cəmiyyətdə öndərlik funksiyası itib, insanlar onsuz da hər şeyi bilir və görür....

Recent

The life of the 16th President of the United States, Abraham Lincoln

Commandeered by Neil Armstrong, the Apollo 11 mission was a spaceflight that landed the first two people on the Moon. Following the "Cold War"...

Mehman Musabəyli. “Yük vaqonu”

(İki hissə və dörd pərdədən ibarət dram) İŞTİRAK EDİRLƏR: SARIGÜL MUXTAR ƏŞRƏF ORDUXAN (MAŞİNİST) SARVAN (POLİS) NAĞDALI SÜSƏN RÖVŞƏN (ZABİT) NÜSRƏT BİRİNCİ HİSSƏ Birinci pərdə 1-ci şəkil Çöllükdə qaçqın...

Prezident kino xadimlərini təltif etdi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Xalq artisti” Əliyev...