Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün uğurlarını müzakirə edib, qarşıda duran məsələlər haqqında danışıblar. Teatrın direktoru Naidə İsmayılzadə 91-ci teatr mövsümünün əlamətdar hadisələrindən söz açıb və məzuniyyət müddətində binada görülən işlər haqqında məlumat verib: “Mən hər şeydən öncə bizə verdiyi dəstəyə görə, başda cənab nazir Əbülfəs Qarayev olmaqla Mədəniyyət nazirliyinə minnətdarlığımı bildirirəm. Ötən mövsüm bir çox uğurlara imza atdıq, 8 yeni tamaşa hazırlandı, hər biri də maraqla qarşılandı. Bu mövsüm də başlayar-başlamaz artıq dörd yeni tamaşanın hazırlıqları gedir. Rejissorların, aktyorların rahat işləməsi üçün hər cür şərait yaratmağa çalışırıq. Məzuniyyət vaxtı teatrda müəyyən təmir işləri də görülüb. Dövlətin mədəniyyətə qayğısı göz önündədir, biz də bu şəraitdə əlimizdən gələni əsirgəməməliyik. Bu mənada, gənclərin işinin stimullaşdırılması da çox mühümdür. Ona görə biz elə mövsümün başlanğıcında, fərqlənən gəncləri mükafatlandırmaq qərarına gəldik. Həmçinin teatrımıza dəstək olan, onu təbliğ edən dostlarımız da diplomlarla təltif ediləcəklər. Bu mövsümün sonunda isə yeni təsis etdiyimiz və nizamnaməsini hazırladığımız adlı mükafatlar – Yusif Vəliyev və Firəngiz Şərifova mükafatları veriləcək”.
Sonra teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov mükafatların gənclər üçün xüsusi əhəmiyyətini vurğulayıb: “Bu kimi mükafatlar yaradıcı adamları həvəsləndirir, onları yeni maraqlı işlərə sövq edir. Ona görə biz ötən mövsümdə xüsusi fəallığı, zəhmətkeşliyi ilə fərqlənən gənc əməkdaşlarımızın işini bu şəkildə qeyd etmək qərarına gəldik…”


Əməkdaşların mükafatlandırılmasından öncə teatrın mətbuat katibi Pərvin Nurəliyeva “Ən fəal tamaşaçı” nominasiyasında teatrın daimi tamaşaçısı Sevda Əliyevaya, “Teatrın dostu” nominasiyasında SOCAR şirkəti və Mədəniyyət kanalının nümayəndələrinə diplomları təqdim edib. Mədəniyyət kanalının direktor müavini Riad Quliyev teatrın uğurlarını hər zaman işıqlandırmağa hazır olduqlarını qeyd edib: “Gənc Tamaşaçılar Teatrı həm uşaqların, həm gənclərin, həm də yaşlı nəslin sevdiyi mədəniyyət ocağıdır. Burada sənətin, teatrın inkişafı adına ciddi işlər görülür, biz də Mədəniyyət kanalı olaraq bu hadisələri işıqlandırmağa, geniş tamaşaçı kütləsinə çatdırmağa hazırıq hər zaman. Bu diploma, teatrın dostu statusuna görə də minnətdarlığımızı bildiririk”.
Daha sonra teatrın baş rejissoru Bəhram Osmanov müxtəlif nominasiyalar üzrə diplomları əməkdaşlara təqdim edib. Qeyd edək ki, “Peşəyə sədaqət” nominasiyasında teatrın truppa müdiri Ələsgər Muradxanlı, Ən yaxşı texniki işçi kimi – Zaur Abbasov diploma layiq görülüblər. Həmçinin, Nurlan Xəyyam oğlu Süleymanlı – “Uğurlu debüt”, Ramil Şamil oğlu Məmmədov və Mehriban İsmayıl qızı Hüseynova – “İkinci planda uğurlu rol”, Manaf Məcid oğlu Dadaşov – “İlin ən uğurlu aktyor işi”, Anar Qubat oğlu Səfiyev və Anar Ağaverdi oğlu Seyfullayev – “Mövsümün ən fəal aktyоru”, Telman Şıxı oğlu Şıxıyev – “Mövsümün uğurlu rəssam işi”, Ayla Bəhram qızı Osmanova – “Mövsümün uğurlu eksperimenti” nominasiyalarında təltif ediliblər.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Teatr bir məktəbdir. Kimisi bu məktəbdə zəif performans göstərdiyi üçün dərslərindən geridə qalır, kimisi də bu məktəbi əla qiymətlərlə bitirib istədiyi zirvəyə doğru yol...

Rəşad Əhmədzadə: Onlar artıq bizim gücümüzü görüblər…

-Əvvəla, festivallarda qazandığınız uğurlara görə təbrik edirik. İlk olaraq, sentyabrda baş tutmuş “Xəzərin sahili” festivalı ilə bağlı təəssüratlarınızı bölüşərdiniz. -Kukla teatrı elə teatrlardandır ki, festivalla...

27 Mart – Beynəlxalq Teatr Günü

Bu gün Beynəlxalq Teatr Günüdür. Bu əlamətdar gün UNESCO yanında Beynəlxalq Teatr İnstitutunun 1962-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis...

Recent

Moskva “Müsyö Jordan”a inanır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının IV kurs aktyor tələbələri Moskvadan, iştirak etdikləri “QİTİS - ustad dərsi” teatr festivalından qayıdıb. 21-25 aprel tarixlərində...

M teatr sizə nağıl danışacaq…

“M teatr” seyrçilərinə “Bir gecənin nağılı”nı “danışacaq”. Rövşən Ağayevin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri, Əməkdar artist Vidadi Həsənovdur. Rolları Günay...

Kukla Teatrı mövsümü başa vurur

Bildiyimiz kimi, respublikada fəaliyyət göstərən teatr-konsert müəssisələri artıq mövsümü başa vurmaq üzrədirlər. İl ərzində əldə etdiyi nailiyyətlərinin, ölkə və beynəlxalq miqyasdakı festival və qastrollarda...