Ana səhifə » Xəbər » Gənc Tamaşaçılar Teatrında “Möcüzəli pillələr” hazırlanır

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Xəbər
May 25, 2019

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Afişa
May 23, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (23 may – 29 may)

Xəbər
May 23, 2019

Ən məhsuldar teatrşünas

Persona
May 23, 2019

İsrafil İsrafilov – Məmməd Cəfərin teatr düşüncələri

Xəbər
May 23, 2019

YUĞ Teatrında Orxan Pamukun romanı səhnələşdirilib

Xəbər
May 23, 2019

ADMİU-da Nazim Hikmətin əsəri tamaşaya qoyulub

Xəbər
May 23, 2019

“dOM” Teatrı Beynəlxalq Festivalda iştirak edəcək

Mozaika
May 23, 2019

Fuad Poladovun 14 il əvvəl çəkildiyi filmindən nadir fotolar…

Xəbər
May 22, 2019

Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir

Xəbər
May 20, 2019

Akademik Milli Dram Teatrında Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək

Mövqe
May 20, 2019

Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə açıq məktub!

Xəbər
May 20, 2019

“Aləmin Nəfəsi: Nəsimi” tamaşası 3 böyük müfakata layiq görüldü

Mövqe
May 20, 2019

Xəyalə Rəis – 25 il gözləməyə dəyərdi…

Xəbər
May 18, 2019

Afaq Bəşirqızıdan məmurlara sərt çağırış – “Cənab məmurlar, siz də ayılın”

Afişa
May 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (16 may – 22 may)

Persona
May 18, 2019

Teatr direktorları “Kaspi” qəzetinin “Teatr” əlavəsini təbrik etdi

Müsahibə
May 17, 2019

Nigar Pirimova – Teatrlarımızın son beş ili

Müsahibə
May 17, 2019

ADMİU-dan reportaj: “Biz “Stanislavski sistemi”ni bilmirik!”

Xəbər
May 16, 2019

“Yarımçıq qalmış” Caspian Awards mükafatına layiq görüldü

Xəbər
May 15, 2019

ADMİU-da Əlisəfdər Hüseynovun “Kinonun fəlsəfəsi” kitabının təqdimatı keçiriləcək

Xəbər
May 15, 2019

Lənkəran Teatrında “Senemar” faciəsinin premyerası olub

Xəbər
May 15, 2019

Teatr Xadimləri İttifaqında “Ezop-Əzab”

Xəbər
May 14, 2019

ADMİU Beynəlxalq Elmi Konfransa dəvət edir

Xəbər
May 10, 2019

Prezident mükafatçıları məlum oldu

Xəbər
May 10, 2019

Prezident fərdi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb

Xəbər
May 10, 2019

“Ey Azərbaycanım”

Xəbər
May 10, 2019

“Danabaşlar” tamaşası nümayiş olunub

Afişa
May 10, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (9 may – 15 may)

Xəbər
May 10, 2019

Rəhman Rəhmanovun səhhəti pisləşib

Gənc Tamaşaçılar Teatrında “Möcüzəli pillələr” hazırlanır

Bu günlərdə Gənc Tamaşaçılar Teatrında Xalq artisti Ağaxan Salmanlının ssenarisi əsasında “Möcüzəli pillələr” tamaşasına quruluş verilir. “Möcüzəli pillələr” uşaqlar üçün qurulan bir əsərdir. Burada əsas məqsəd uşaqları teatr mühiti ilə, tamaşanın qurulması prosesi ilə tanış etməkdir. Belə ki yarıbədii, yarı praktik tamaşada uşaqlar özləri də prosesin iştirakçılarına çevriləcəklər. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur. Musiqi tərtibatı Şamxal Novruzluya, rəqslərin quruluşu Nailə Məmmədzadəyə aiddir. Səhnə əsərində Xalq artisti Ağaxan Salmanlı, Mirsənan Kazımlı, Yusif Dadaşov, Ramil Məmmədov, Anar Seyfullayev, Elşən Şıxəliyev, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Müşfiq Əliyev, Anar Səfiyev, Xaliq Bəkirov, Səbinə Məmmədova, Aygün Fətullayeva, Bəhram Həsənov, Nurlan Süleymanlı iştirak edirlər. Əsərin ilk oxunuşunda müəllif Ağaxan Salmanlı belə səpkili təqdimatların gənc nəslin teatra marağının artırılması üçün faydalı olduğunu vurğulayıb: “Müasir dünyada tamaşaçı orijinal, fərqli təqdimatlara meyl edir. Həmçinin çağdaş sənət tamaşaçını prosessin iştirakçısına çevirir. Artıq bütün dünyada bu səhnəarxası məqamların təqdimatı böyük maraq doğrur. Hollivud bu haqda, kinoların çəkiliş məqamları barəsində ayrıca sənədli filmlər hazırlayır və bunlar çox ciddi əks-səda doğurur. Teatr da həmişə tamaşaçı üçün möcüzəli, sehrli bir məkan olub. Dünyanın müxtəlif teatrlarında tamaşaçılar üçün ayrıca ekskursiya günləri olur. Biz düşündük ki, “Möcüzəli pillələr” həm teatr haqqında məlumat verməlidi, həm də səhnənin sirrli məqamlarını açmalıdı. Hər zaman söyləmişəm ki, teatra tamaşaçı bir ovqatda gəlir, amma tamam başqa halda, ovqatda çıxır burdan. Əminəm ki, “Möcüzəli pillələr” balacaları bir sehrli aləmlə bir az daha yaxından tanış edəcək.” Qeyd edək ki, “Möcüzəli pillələr”in təqdimatı may ayına nəzərdə tutulub.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir