Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Bu günlərdə Gənc Tamaşaçılar Teatrı mövsümün son tamaşasını teatrsevərlərə təqdim edib. Tamaşadan əvvəl teatrın əməkdaşı Ötkəm İskəndərov ötən mövsüm ərzində qazanılan uğurlardan, görülən işlərdən danışıb: “Bu gün mövsümün son tamaşasını izləyəcəksiniz və geriyə baxanda biz bu müddətdə necə uğurlar qazandığımızı görürük. Əlbəttə ən böyük uğurumuz odur ki, teatrımızın 90 illik yubileyi çox böyük təntənə ilə keçib. Ölkə Prezidentinin Sərəncamı ilə bir neçə əməkdaşımız fərxri adlara, ordenlərə layiq görülüb. Həmçinin bu mövsümdə teatrımızda 8 yeni tamaşaya quruluş verilib. Həm uşaqlar, həm də böyüklər üçün olan bu yeni tamaşalar böyük maraqla qarşılanıb. Hal-hazırda da Xalq artisti Cənnət Səlimova Mirzə Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsərinə quruluş verir. Əməkdar artist Nicat Kazımov isə “Sindibadın sərgüzəştləri” tamaşasını uşaqlar üçün hazırlayır ki, bunları da yeni mövsümdə tamaşaçılarımıza təqdim edəcəyik. Eyni zamanda ötən il ölkə Prezidentinin yaradıcı adamlarla görüşməsi, teatr işçilərinin maaşlarının 50 faiz artırılması, üstəgəl teatrlara maddi yardımın ayrılmasını da xüsusi qeyd etməliyəm. Bütün bunlar yaradıcı adamlara stimul verən məsələlərdir.” Daha sonra İsveç dramaturqu Lars Norenin “Müharibə” pyesi əsasında, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi eyniadlı tamaşa nümayiş olunub. İki hissəli tamaşanın quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır. Səhnə əsərində əsas rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Səbinə Məmmədova canlandırırlar. 16 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri özündə əks etdirir. Əsərdə müharibədən gözləri kor olmuş, ancaq ümidini itirmədən səbrlə, ən çətin anlarında belə ailəsini, qızlarını düşünən atanın 2 ildən sonra gəlib evinə çıxmasını qəhrəmanın mənəvi qələbəsi saymaq olar. Səhnə əsərində atanın, eləcə də ana və qızlarının həyatına nəzər saldıqda müharibənin bütün ağrı və acılarını, mənəvi sarsıntılarını, daxili əzablarını görmək o qədər də çətin deyil. Qeyd edək ki, sentyabr ayında teatr mövsümü Füzulinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış eyniadlı tamaşa ilə açacaq.
- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Ötən il Musiqili Teatr üçün əlamətdar hadisələrlə yadda qalıb

Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci mövsümü uğurlu və əlamətdar hadisələrlə yadda qalıb. İlboyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Bir...

İsrafil İsrafilov – “Sabah dünən başlayıb”

Yaşadığımız XXI əsrdə Azərbaycan teatrı hansı yolu tutmalıdır? Hansı ideya-bədii meyarlara əsaslanmalı, hansı məqsədlərin realizəsinə prioritet önəm verməlidir? Bu sualların konkret əməllərdə veriləcək cavabları...

Pərvin Nurəliyeva: “İstənilən yenilik yaradıcılığa fayda verməlidir”

Tutduğum yolun məsuliyyətini, qəlizliyini başa düşürəm. Yeni mövsüm yeni nəfəs, yeni ruh deməkdir. Teatrlarımız yeni mövsümdə tamaşaçılarına yeni tamaşalar vəd edir və onların maraqlı mövsümə...

Recent

Mirbala Səlimli – İnsan həmişə seçim qarşısında qalır

“Sərhədsiz teatr” III Beynəlxalq Şəki Teatr Festivalının ilk günündən sonra Şəki Dövlət Dram Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli ilə həm festival...

Gənc Tamaşaçılar Teatrı növbəti premyeraya hazırlaşır

Oktyabrın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Migel de Servantesin “Don Kixot” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib...

Hamam güzgülərini sevən qadının nağılı

Tamaşanın rejissoru Aylin xanımın "güzgü" sözündən xoşu gəlib, tərcümə etmədən saxlayıb. Keçən festivaldan çox bəyəndiyim Şirin xanım oynayır Qadını. İlk dəfədir öz pyesi səhnədə...