Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir

Gəncə Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Nağaddin Məmmədov 22 may 2019-cu ildə, 52 yaşında vəfat etmişdir.

Nağaddin Ağarıza oğlu Məmmədov 1967-ci ildə Göygöl rayonunda anadan olmuşdur. 1987-ci ildə Gəncə Dövlət Kukla Teatrına işıqçı kimi qəbul edilmiş, sonra 2-ci dərəcəli aktyor, 1991-ci ildən 1-ci dərəcəli aktyor, 1998-ci ildən aparıcı səhnə ustası kimi fəaliyyət göstərmişdir. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Əməkdar artist adına layiq görülmüşdür.

N.Məmmədov teatrda işlədiyi müddətdə 100-dən artıq  tamaşada yaddaqalan obrazlar yaratmışdır. M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah”ında Məstəli şah , “Xırs quldurbasan”da Tarverdi, M.Hüseynzadənin “Büllur qəsr”ində Qara Div, N.Gəncəvinin “Xeyr və Şər”ində Şər və s. obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Aktyor 1994-cü ildə Qazaxıstanın Almatı şəhərində “Şərq xalqları kukla teatrlarının festivalı”, 1996-cı ildə Kutaisidə (Gürcüstan) “Beynəlxalq kukla teatrlarının festivalı”, 1999, 2001, 2003-cü illərdə İzmirdə “Kukla və kölgə oyunları festivalı”, 2004-cü ildə Bursada “Beynəlxalq Qaragöz kukla və kölgə oyunları festivalı” (Türkiyə), 2005-ci ildə Bolqarıstanın Tarqovişte şəhərində “Sehrli pərdə uşaq tamaşaları festivalı” və digər festivallarda iştirak etmişdir.

Eyni zamanda fəal ictimaiyyətçi idi. Gəncə şəhər tədbirlərində keçirilən mədəni-kütləvi tədbirlərdə bir sənətçi kimi yaxından iştirak etmişdir.

Allah rəhmət eləsin.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Azərbaycan kinosunun “Nazik”i Məleykə Şahmərdanova vəfat edib

Azərbaycanın tanınmış aktrisası, "Ulduz", "Onu bağışlamaq olarmı" , "Var olun, qızlar" filmlərindən tamaşaçıların yaddaşında olan Məleykə Şahmərdanova (Ağazadə) iki gün əvvəl dünyasını dəyişib. Open.az...

YUĞ-da “Medeya. Sekvensiya 001”

Bu gün saat 19.00-da YUĞ Dövlət Teatrında “Medeya. Sekvensiya 001” tamaşası nümayiş olunacaq. Vladimir Klimin “Medeya Teatrı” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və...

Zaur Əliyev: “Kastinqə getmirəm”

Gənc olmasına baxmayaraq çox iddialı, danışıqlarında, düşüncələrində, hərəkətlərində, ədalarında teatrallıq hiss olunan Zaur Əliyev həm aktyor, həm işıqçı, həm işıq rəssamı olaraq çalışdığı Musiqili...

Recent

Samirə Əşrəf – Müəmmalı bir qətlin dörd versiyası…

Yapon yazıçısı Akutaqava Ryunesko “Cəngəllik” novellasını yazandan altı il sonra intihar elədi. Ziddiyyətli, dramatik həyat yaşayan yazıçının novellalarında nifrət, iblisanəlik, cəhənnəm və cənnət mövzuları...

“Qeyri-ənənəvi teatr elanları”

Satirikon teatrı: “Əziz tamaşaçılar! Xahiş edirik ki, mobil telefonlarınızı söndürəsiniz. Foto və audio-video çəkiliş etmək qadağandır. Ümumiyyətlə, madam ki, teatra gəlmisiz, bəlkə tamaşa gedəndə elektronikadan...

Prezident Teatr Xadimləri İttifaqına 250000 manat ayırdı

Azərbaycan Respublikasında dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən yaradıcılıq ittifaqları və birlikləri milli ədəbiyyatın və ana dilinin inkişafında, xalqımızın zəngin musiqi irsinin...