Ana səhifə » Persona » Müsahibə » Gələcəyi əmin əllərdə olan ADMİU-nun SABAH-ı

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyun 18, 2019

Sabah “TƏK” Yaradıcılıq Platformasının ilk tamaşası nümayiş olunacaq

Xəbər
İyun 15, 2019

Akademik Milli Dram Teatrında Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub

Afişa
İyun 13, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (13 iyun – 20 iyun)

Müsahibə
İyun 13, 2019

Dağlar Yusif – “dOM” Teatrından reportaj: ”Bu şəxsən mənimçün təzə deyil”

Xəbər
İyun 13, 2019

Bəsti Cəfərova – 60 yaş

Xəbər
İyun 13, 2019

“Leyli və Məcnun” operasının növbəti tamaşası keçiriləcək

Xəbər
İyun 12, 2019

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Xəbər
İyun 12, 2019

Azərbaycanlı rejissor dünyaya səs salan layihəyə imza atdı

Xəbər
İyun 11, 2019

Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq

Xəbər
İyun 10, 2019

“Kubinka” tamaşasının premyerası baş tutacaq

Xəbər
İyun 9, 2019

Rus Dram Teatrı “Tənhalığın komediyası”nı təqdim edib

Xəbər
İyun 8, 2019

“dOM” Teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb

Persona
İyun 7, 2019

Aydın Talıbzadə – “SFİNKS VƏ KONTRABAS”

Xəbər
İyun 7, 2019

Nəsimiyə həsr olunmuş tamaşa Dərbənd qalasında

Xəbər
İyun 7, 2019

Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

Xəbər
İyun 7, 2019

“Qızıl balıq” tamaşasının premyerası oldu

Xəbər
İyun 7, 2019

“Sonuncu”nun kinoversiyası çəkilir

Xəbər
İyun 7, 2019

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Mövqe
İyun 6, 2019

Bayram kimi festival

Xəbər
İyun 5, 2019

YUĞ Dövlət Teatrı bu gün “Novruz” Festivalında çıxış edəcək

Xəbər
İyun 5, 2019

Uşaqların üzünü güldürən festival

Xəbər
İyun 5, 2019

Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları birgə çıxış edəcəklər

Xəbər
İyun 2, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Xəbər
İyun 2, 2019

Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

Mövqe
May 30, 2019

Aynurə Mustafayeva – Niyə biz yaxşı dram yarada bilmirik?!

Xəbər
May 30, 2019

LƏNKƏRANDA I BEYNƏLXALQ TEATR FESTİVALI KEÇİRİLƏCƏK

Müsahibə
May 30, 2019

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Xəbər
May 29, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı keçiriləcək

Persona
May 29, 2019

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Gələcəyi əmin əllərdə olan ADMİU-nun SABAH-ı

5 xarici ölkəyə səfər, 4 ölkədaxili qastrol, təkcə SABAH qrupları üçün xaricdən dəvət olunmuş 7 mütəxəssis, 11 tamaşa, xarici və ölkədaxili festivallarda iştirak…

Yenə SABAH, yenə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) gəncləri. Deyəcəksiniz ki, bu dəfə onlar nə edib? Çox yaxşı bir iş görüblər. Daha doğrusu, Universitetin SABAH Mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova onlara gözəl bir gələcək vəd edir. Belə ki, SABAH qrupları 15-20 mart tarixlərində Rusiya Teatr Sənəti İnstitutunda “QİTİS – ustad dərsi” adlı festivalda iştirak edib, U.Şekspirin faciəsi əsasında hazırlanmış “Otello əfsanəsi” adlı mistik ballada ilə QİTİS-in Tədris teatrında çıxış ediblər. Rejissor Gümrah Ömərin quruluş verdiyi tamaşa dünyaca məşhur olan İnstitutda yüksək qiymətləndirilib. Hətta bununla da ürəkləri soyumayıb, tamaşada SABAHın tələbəsi, Otello rolunun ifaçısı Ziya Ağa “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyasını özü ilə gətirib.Səfərlər, tamaşalar və SABAH

Xatırladım ki, bu səfər SABAH-ın ilk xarici təcrübəsi deyil. ADMİU SABAH qrupları artıq Polşa, Rusiya, Moldova, Türkiyə kimi ölkələrdə teatr festivallarında iştirak edib. Bu isə Moskvada MDB dövlətlərinin teatr məktəbləri arasında keçirilən “QİTİS – ustad dərsi” adlı festivala növbəti səfərləri idi. ADMİU-nun beynəlxalq əməkdaşlıq etdiyi ölkələr və ali məktəblər arasında Rusiya teatr sənətləri İnstitutu mühüm yer tutur və elə bu əməkdaşlığın nəticəsi olaraq ADMİU festivala dəvət alıb. Universitet rəhbərliyi SABAH qruplarının sözügedən layihədə iştirakını məhz bu səbəbdən təmin edib. Biz də tələbələri təbrik etmək və onların bu sevincinə şərik olmaq üçün Universitetə yollandıq. Festivalda iştirak edən heyəti bir arada görüb, onlarla söhbət etmək imkanı əldə etdik.
SABAH Mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova bizi Rusiya Teatr Sənəti İnstitutunda “QİTİS – ustad dərsi” ilə daha yaxından tanış etdi: “Ustad dərsləri Rusiya Teatr Sənətləri İnstitutunun professor və müəllim heyəti tərəfindən, aktyor sənəti, səhnə hərəkəti, vokal, səhnə danışığı fənləri üzrə keçirildi. Əslində, dünyanın hər yerində aktyor sənətinin əsasları eyni prinsipə söykənir. Mən bunu əminliklə deyə bilərəm. Universitetimiz beynəlxalq əlaqələrə və təcrübəyə əsaslanan, keyfiyyətli təhsilə üstünlük verir. Bu səbəbdən rəhbərliyinin təşəbbüsü ilə Amerikadan, Rusiyadan, Polşada, İsraildən, Estoniyadan buraya mütəxəssislər dəvət olunur. Tələbələr böyük maraqla bu mütəxəssislərlə ustad dərsi keçir və onların hər birindən nələrisə mənimsəyirlər. Bu sevindirici haldır ona görə ki, müəllimlərimiz özü beynəlxalq təcrübələrdən yararlanır. Müasir dövrdə isə internet resurslarından istifadə edərək də bunu etmək mümkündür. Həm də tələbələrlə yanaşı, biz müəllimlər də ustad dərslərində də iştirak edirik. Yeni metodlar və ya praktiki məşğələləri örnək olaraq qeyd edirik. Müxtəlif ali məktəb tələbələrlə müqayisədə görürük bizim tədris prosesimiz dünyanın nüfuzlu ali təhsil caqlarından heç də zəif deyil”.“Sübut etdik ki, bu mümkündür”

Böyükxanım Məmmədbəyova gələcək üçün ümidverici aktyor nəslinin yetişdiyini deyərək festivalda iştirak edən tələbələri göstərdi. Və fikrinə davam etdi: “Universitetimizdə SABAH qrupları iki ixtisas üzrə tələbə qəbulu aparır. Aktyor sənəti və rejissorluq. Əslində düşünmək olar ki, incəsənət istiqamətli məktəblərdə SABAH qrupları özünü necə təsdiq edə bilər? Amma biz bunu sübut etdik ki, bu mümkündür. İş prinsipimizdə komanda şəklində işləməyə üstünlük verərək buna nail olduq. Müasir dövr bizdən sürətli inkişafa gedən yolu seçməyi tələb edir. İşimizi dinamik qurmaq bacarığı önəmlidir. 2015-ci ildən başlayan fəaliyyətimizi götürsək, 5 xarici ölkəyə səfər, 4 ölkədaxili qastrol, təkcə SABAH qrupları üçün xaricdən dəvət olunmuş 7 mütəxəssis, Britaniya konsulluğunun 3 layihəsi (qeyd edim ki, daha iki layihədə də iştirak planlaşdırılıb), 11 tamaşa, xarici və ölkədaxili festivallarda iştirak və müxtəlif nominasiyalar üzrə təltiflər və s. dinamikliklə yanaşı, inam və səmimi atmosfer vacibdir ki, bu da bizə qısa zamanda bu qədər nailiyyət əldə etməyə imkan verir. Bu gün tələbəyönümlü təhsil önəmlidir. Müasir tələbə yeni təcrübələr əldə etməyə meyllidir. Açıq fikirlidirlər və yeni ideyalara can atırlar, lakin icra mərhələsində sıxılırlar. Tələbəyönümlü təlimlərdən istifadə etdikdə, tələbələrin öyrənmə xüsusiyyətləri və üsulları təyin edildikdə, öyrənmə mərhələləri dəqiqləşdirildikdə, təhsil nəticə yönümlü təhsilə çevrilir. Bizim sənətimizdə yanaşma metodu önəmlidir. Sadalananlara əməl etdikdə düşünürəm ki, öz nəticələrini verir”.
Tələbələrin qastrol səfərlərinin onların dünyagörüşünə təsir etdiyini deyən müsahibimiz bunun nəticəsini də gördüklərini bildirir. Deyir ki, tələbənin öyrənmə prosesi zamanı topladığı təcrübələr nəticə etibarı ilə təsdiqini tapıbsa, bu artıq tələbədə özünə inam yaradır: “Fərqli tamaşaçı auditoriyası ilə üzbəüz qalan tələbə, aktyor məsuliyyətinin, aktyor tərbiyəsinin nə olduğunu bir daha anlayır və deyərdim ki, xarici səfərlərdən sonra tələbə mühüm mərhələ keçmiş olur və böyüyür. SABAHın aktyor tələbələri professional səhnədə dəfələrlə çıxış ediblər.”
Festivalda iştiraklarından danışan SABAH Mərkəzinin rəhbəri ADMİU-nun Rusiya Teatr sənətləri İnstitutu ilə əməkdaşlıqları olduğunu vurğuladı: “Əməkdaşlıq çərçivəsində biz artıq ikinci ildir ki, “QİTİS – ustad dərsi” adlı festivalda iştirak edirik. Keçən il də SABAH qrupları “Müsyo Jordan Dərviş Məstəli şah” tamaşası ilə bu ustad dərslərdə iştirak etmişdi. Bu dəfə Gümrah Ömərin quruluş verdiyi “Otello” haqqında ballada adlı tamaşa ilə getmişdik. Festivalda MDB-dən biz daxil olmaqla 6 ölkə – Özbəkistan, Qazaxıstan, Belarus, Moldova, Ermənistan iştirak edirdi. Biz Bakıda tamaşanın yalnız premyerasını etmişdik, premyeradan sonra dəfə də olsun oynanılmamışdı. Professional səhnədə belə 3-4 dəfə oynanıldıqdan sonra tamaşa öz yerini alır. Tələbələrin ifasında nümayiş olunan 1 saat 10 dəqiqəlik tamaşa maraqla qarşılandı. Qürur hissi duydum ki, SABAH-ın tələbələri Moskva və digər MDB ölkələri qarşısında sərgilədikləri tamaşanı mükəmməl şəkildə təqdim etdilər. Doğrudan da, nümunəvi oldular, başımızı uca etdilər. Çünki orada zəif performans nümayiş etdirmək mümkün deyildi. O müstəvidə hər şey o an hiss olunur. QİTİS-də Rusiyanın tanınmış aktyor və rejissorları dərs deyirlər. Tamaşaya QİTİS-in teatrşünas tələbələri gəlmişdi. Onların qarşısında başımızın uca olmağı məni çox sevindirdi”.Söhbətdən də aydın olur ki, beynəlxalq arenada tələbələrimizin ifasında fərqli bir “Otello” nümayiş olunub. Böyükxanım Məmmədbəyova repertuara baxanda insanların beynində oturuşmuş “Otello” tamaşası görmək keçsə də, ancaq onlar bu dəfə səhnədə başqa bir performans gördüklərini deyir: “Bizim tamaşa səhnədə oynanılanda simalarda çaşqınlıq hiss edirdim, sanki fərqli bir atmosferə düşmüşdülər. Keçən il birinci dəfə idi bu festivalda iştirak edirdik, il ötdükcə daha çox təcrübə toplamağa başlayırıq.
SABAH qruplarında təhsilin bir üstün tərəfi odur ki, tələbənin aktyor kimi yetişməsində müəllimlərin danılmaz rolu var. Hansı ki, bu qruplarda Azərbaycan teatr və kino sənətində sözünü demiş sənətkarlar dərs deyir. Böyükxanım Məmmədbəyova da vurğuladı ki, bu müəllimlərin səyi nəticəsində Azərbaycan tələbələri bu gün QİTİS-in səhnəsində performans nümayiş etdirirlər: “Uzun illərdir, QİTİS ilə qurulan əlaqələr bu səviyyədə deyildi. Onlarla yaxın əlaqələr qurulub, tələbələrimiz üçün bir yol, cığır açılıb. Adətən festivallar müsabiqə xarakteri daşımır. İştirak etmək önəmlidir. Burada da hər kəsin nominasiyası var idi. Bizim tamaşa ən orijinal tamaşa adına layiq görüldü. Tələbəmiz isə “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə qalib oldu. Bu da sevindirici hal idi. Çünki Ziya doğrudan da peşəkarcasına elə bir Otello yaratdı ki, hamının diqqəti ona cəlb olunmuşdu”.“Klassik dramaturgiyanın basqıları altında qala bilməzdik”

Tamaşanın rejissoru Gümrah Ömər təhsil sistemimizdə SABAH layihəsində iştirak edən tələbələrin seçildiyindən və onların özgüvəninin formalaşmasından danışdı: “SABAH, sözün əsl mənasında, ən yeni, ən çağdaş tələbləri, metodikaları özündə əks etdirir. Nə yaxşı ki, ADMİU-nun SABAH qrupları var. Bu qrupa müəllim olaraq dəvət alanda çox şad oldum. Qeyd edim ki, “Otello” tamaşası SABAH qrupları ilə ikinci işimizdir. Onlar 2-ci kursda oxuyanda Cümhuriyyətin 100 illiyi ilə əlaqədar, “Hərə bir qəhrəman” tamaşasını hazırladıq. Bu tamaşa da müsbət rəylər aldı. Müasir yozumumuz, düşüncə tərzimizlə tamaşaçıları təəccübləndirməyi bacardıq. İkinci dəfə isə daha mürəkkəb bir mövzuya müraciət etdik. Bu, Şekspir və onun “Otello”su idi. Biz bunu bir tədris prosesi olaraq düşündük. İstədik ki, tələbələrimiz Şekspir dünyası ilə tanış olsunlar. Dərs prosesində müəyyənləşdirdik ki, artıq onu ifadə etmək üçün son dərəcə sərbəst yanaşmaq lazımdır. Klassik dramaturgiyanın basqıları altında qala bilməzdik. İstədik uşaqların özlərinin yaradıcılıq proseslərinə başlayaq. Qarşımıza bir sıra hədəflər qoyduq və işə başladıq. İlk növbədə, tələbəmizə şəxsiyyət kimi yanaşdıq”.
Festivalda tələbələrin iştirak etdiyi tamaşanın fərqli üslubda hazırlandığını deyən G.Ömər bu səhnə üslubunun bir ilk olduğunu bildirdi: “Tələbələr arasında ilk dəfə idi ki, bütün aktyorlar tamaşa boyu daima səhnədə görünürdülər və hadisələrin içində idilər. Onlar bu tamaşada kulisə keçmədilər. Bütün tamaşa bu səkkiz nəfərin daima səhnədə olması ilə davam etdi. Bu da Şekspir mətni, Şekspir dramaturgiyasını düzgün istiqamətləndirməkdə bizə köməkçi oldu”.“Sənətin kökündə ilk növbədə sevgi dayanır”

SABAH qrupunun müəllimi Xalq artisti Mehriban Zəki ilə də söhbət etdik. Xalq artisti SABAH-ın tələbələrindən danışarkən gözlərindəki işığı görməmək mümkün deyildi. Bu ildən etibarən SABAH qruplarında çalışan sənətçi burada ancaq seçilmiş tələbələrin təhsil aldığını dedi: “Buradakı tələbələrin peşəyə münasibəti məni sevindirir. Çünki bu qrupdakı tələbələr çox böyük məsuliyyət daşıyırlar. Həvəslə dərsə gəlir və dərs prosesində maraqla iştirak edirlər. Verilən hər tapşırığı böyük məmnuniyyətlə yerinə yetirirlər. Moskva səfəri onların istedadlarını, potensiallarını bir daha nəinki bizə, hər kəsə sübut etmiş oldu. Onlar çox tərbiyəli, mərifətli, qanacaqlı uşaqlardır. Bu cür tələbələrlə işləmək çox gözəldir. Bu da o deməkdir ki, SABAH-da yetişən bu gələcək nəsil həm istedadlı, həm bacarıqlı, həm qabiliyyətlidir. Ən maraqlısı da odur ki, tələbələr bir-birilərinə dəstəkdir. Lazım olduqda bir tamaşada digər qrupdan tələbələr də iştirak edə bilir. Bir-birilərinə qarşı çox böyük sevgiləri var. Sənətin kökündə ilk növbədə sevgi dayanır. Sevgi olan yerdə hər zaman uğur var. Hər zaman onlara müəllim olmadığımı, qarşılarında məni bir sənət yoldaşı kimi görmələrini deyirəm. Çünki sabah onlar mənimlə həmkar olacaqlar. Tələbələrlə təcrübələrimi bölüşürəm. Bu sənəti sevən, onu uca tutan, can yandıran hər bir kəs mənim əzizimdir. O adam üçün hər şey etməyə hazıram”.
M.Zəki beynəlxalq festivalların tələbələr üçün böyük bir məktəb olduğunu deyir: “QİTİS Moskvadakı ən tanınmış, nüfuzlu, dünyaca məşhur sənət ocağıdır. Həmin məktəbin təşkil etdiyi bu festivalda tələbələrin çıxış etmələri təbii ki, gözəl haldır. Belə ki, o səhnədə özlərini göstərdilər, eyni zamanda başqalarının səhnə performansını gördülər. Əmin oldular ki, heç də düşüncə baxımından dünyanın bir çox tanınmış incəsənət universitetlərindən geri qalmırlar. Bu həqiqətən qürurverici bir haldır. Festival tələbələrə yaxşı dostlar, böyük çevrə, dünyaya fərqli baxış qazandırdı. Bu festival tələbələr üçün dünyaya açılan bir pəncərə oldu. Tələbələrdə özlərinə inam yaratdı. Bu yaşda tələbələr üçün çox vacib məqamdır. Bu onların gələcəyi üçün tramplindir, irəliyə çıxmaq üçün bir həvəs mənbəyidir”.

Müəllimlərlə söhbətdən sonra festivalda iştirak edən tələbələrlə bir masa ətrafında səfər təəssüratlarını öyrəndik. Onlarla söhbətdən aydın oldu ki, beynəlxalq arenada iştirak edən, böyük teatr mühiti görən bu tələbələrin gözləri bir az erkən açılıb və artıq dünya teatr prosesilə yaxından tanışdılar. O proses ki, biz onlara ancaq internet üzərindən baxa bilirdik. Onlar isə bu mühitin tam içində idilər, nəinki ona toxunub, hətta bu səhnədə həmyaşıdlarına meydan belə oxuyublar.“Tələbəyik, əsas meyarımız öyrənməkdir”

SABAH-ın aktyorluq fakültəsinin üçüncü kurs, tələbəsi Fidan İsmayılova Dezdemona obrazının ifaçısıdır. Deyir ki, bu obrazın onun həyatındakı yeri tamam başqadır: “Bu obraz mənim ən sevimli qəhrəmanlarımdandır. Bu vaxta qədər oynadığım obrazlar içərisində mənə ən yaxın, özünü sevdirən Dezdemona oldu. Dezdemona ilə QİTİS-in səhnəsində özümü çox rahat hiss edirdim. Özümü səhnədə Fidan olaraq deyil, Dezdemona kimi aparırdım və o təəssürat daima mənimlə idi. Mənim üçün çox asan idi. Tamaşaçılar tərəfindən də çox gözəl qarşılandı. QİTİS mənə hər zaman maraqlı gəlib və orada olmaqdan həqiqətən zövq aldım”.Mirsənan Kazımlı tamaşada Yaqo obrazının ifaçısıdır. “Otello” tamaşasını bir dəfə burada, sonra Moskvada oynadıqlarını deyən Mirsənan müsbət rəylər aldıqlarını vurğuladı: “Bu festivallar dünyagörüşümüzü artırır. Ölkəmizdən kənarda hansı teatr prosesinin baş verdiyini göstərir, anlayışlarımız olur. Biz orada təkcə Moskva və Rusiyanın deyil, bir çox ölkələrin tamaşalarına baxdıq. Digər ölkələrin incəsənət universiteti ilə bağlı müsbət fikirlərimiz formalaşdı. İnsanların teatra olan marağını, sevgisini gördük. Başqa bir mühitdə, öz həmyaşıdlarımızla həmsöhbət olmaq həqiqətən maraqlı bir hissdir. Hər tələbənin arzusudur ki, QİTİS-də belə bir festivalda iştirak edə bilsin. Nə yaxşı ki, bu bizə qismət oldu”.Tural Kərimov tamaşada Hersoqu canlandırır. O, G.Ömərin quruluş verdiyi tamaşanın qeyri-adiliyindən bəhs edərək tamaşanın rəngarəngliyindən danışdı: “Müəllimimizin quruluş verdiyi tamaşa bizim ifamızda gözoxşayan idi. Hər birimiz səhnədə idik. Quruluş olaraq da Azərbaycanda bütün qəhrəmanların eyni səhnədə olduğu bir tamaşanın içərisində idik. Bu festivaldan, tamaşadan çox şey öyrəndim. Mən tələbəyəm və əsas meyarım öyrənməkdir. Moskvaya gedəndə şahid oldum ki, biz onlardan geridə deyilik. Tələbələrimiz, aktyorlarımız onlardan nə yaradıcılıq, nə təhsil, nə də düşüncə baxımından heç də geri qalmır. Qarşımıza qoyduğumuz məqsədlərdən biri odur ki, biz müasir teatrın aktyoru kimi yetişək. Müəllimlərimiz bu yolda bizə əlindən gələn köməkliyi göstərirlər. Hər şey bizim özümüzdən asılıdır. Buna görə də çalışmaq lazımdır. Festivalla bağlı təəssüratlarım çoxdur. Moskvanın təhsil sistemi, teatra yanaşması tamamilə fərqlidir. Onlarda teatra həvəs, sevgi, diqqəti gördük. Adi küçə ilə gedəndə hər küçənin başında teatr afişaları, posterlər, reklamlar vardı. Teatrın reklamları nümayiş olunurdu. Bizdə teatr afişaları ancaq teatrların qarşısında olur”.Elçin Əmirov tamaşada Rodriqo obrazını yaradıb. Deyir ki, burada yaxşı çıxış etməkdən əvvəl G.Ömər onlara yeni üsullar öyrədib: “Hansı ki, müasir aktyora onları bilmək mütləqdir. Müasir dövrdə aktyor elə bir üsul tapmalıdır ki, zəmanə ilə ayaqlaşsın. Tamaşada ən önəmli nüans tempi tuta bilmək idi, biz buna nail olduq və nəticədə tamaşamızla bağlı çox yüksək fikirlər aldıq. Burada baş və ikinci, üçüncü dərəcəli rollar yox idi. Hamı səhnədə idi. Gördük ki, biz heç kimdən geri qalmırıq. Hər şeyin başında zəhmət dayanır. Biz çox əziyyət çəkdik və onun bəhrəsini də gördük”.
E.Əmirov Moskvanın sehrli teatr mühitindən ayrılmağın çətinliyindən danışdı: “Bu səfər bizim bundan sonrakı dünyagörüşümüzə təsir edəcək. Biz burda teatr sevgisinin tamamilə fərqli şey olduğunun fərqinə vardıq. Sən demə, teatrı təmənnasız da sevmək olarmış. Tamaşamıza kifayət qədər orta və yaşlı nəslin nümayəndələri gəlmişdilər və çox maraqla baxırdılar”.Brabansionun ifaçısı Toğrul Qasımov sözə “SABAH ailəsinin bir fərdi olmaq ayrıcalıqdır” – fikri ilə başladı və onların üzləşdiyi problemlərə qədər uzun-uzun söhbət etdik: “Belə səfərlərdə olanda adam ixtisasından iki əlli yapışır. Təbii ki, bu daxildə olan sevginin göstəricisidir. Bundan öncə Türkiyədə, İranda festivalda iştirak etmişəm. Rusiyada teatr festivalında olmaq mənim üçün çox böyük bir eksperiment oldu. O ab-havanı görmək özü gözəl hissdir. Tamaşamız bitdiyi zaman hər kəs bizi alqışladı və o an mən tamaşaçıların əllərinə deyil, onların üzlərinə, reaksiyalarına baxırdım. Diqqət etməyə çalışırdım ki, qaşları çatılıbmı, üzlərində təbəssüm varmı? Bu mənim üçün çox önəmli idi ki, etika xatirinə alqışlayırlar, yoxsa həqiqətən də, tamaşamızı bəyəniblər. Simalarından hiss etdim ki, tamaşamız onların könlüncə olub. Tamaşamız baxımlı idi. Bizə əsas onların sistemi maraqlı idi. Düşünürdüm ki, biz onlardan geridə qalarıq. Gördüm ki, əksinə, onlarla ayaqlaşa biləcək teatrımız var. Biz orada həmyaşıdlarımızla söhbət etdiyimiz zaman digər tələbələr bildirirdilər ki, onlardan 4-5 nəfər teatrda çalışırlar. Orada teatra, kinoya işçiləri tələbə vaxtından götürürlər. Bizdə isə elə deyil, burada hər şey tanışlıqladır. Rejissorlar yaxşı bir məhsul ortaya çıxarmaq istəyirsə, kastinq elan edirsə, ora öz qohum-əqrəbalarını yığmamalıdır. Azərbaycanda aktyoru bir İncəsənət Universiteti yetişdirir. Sabah aktyor buranı bitirəndə işsiz qalmasın”.

Kassio obrazını canlandıran Mətləb Abuşov deyir ki, əvvəl tamaşa ona çox çətin gəlib: “Kassio mənim üçün ən yaddaqalan obrazlardan oldu. Moskva səfərim ölkədən ilk çıxışım idi. Düşünürdüm ki, burada digər ölkələrdən zəif performans göstərərik, ancaq o ab-havada olanda bütün düşüncələrim dəyişdi. Bizi hansı sürprizlərin gözlədiyindən xəbərsiz idik. O mühitə çox pis paxıllığım tutdu. Hər tərəfdə teatr reklamları, teatr afişaları gördüm. Tələbələrin iş rejimi ilə tanış olduq. Onların tədris sistemi daha maraqlı idi. Saat 9-dan dərsə gəlirlər və gün ərzində hansı işləri görüblərsə, onu vərəqə yazıb müəllimlərinə təhvil verirlər. Davamlı olaraq öz üzərlərində çalışırlar. Təbii ki, bu proseslə tanış olduqdan sonra onlardan nələrisə özüm üçün örnək götürdüm”.
Hə, indi deyəcəksiniz ki, Otellonun qəhrəmanı Ziya Ağanın fikirləri hanı, onunla söhbətimizi qəzetimizin növbəti sayında geniş şəkildə oxuya biləcəksiniz.
Gənclər sözlərini rahat şəkildə ifadə edir, rahatlıqla öz etirazlarını bildirlər. Onlarla diskussiya etmək mənim üçün də maraqlı idi, çünki bu tələbələr fərqli dünyagörüşə, düşüncə tərzinə sahibdirlər. Bizim zamanımızda bu imkanların, şəraitin yaradılmamağına qısqanclıq hissi keçirdim. Təhsil aldığım zamanla bu günü müqayisə etdikdə tələbələr – “Niyə bizi keçmiş zamanla müqayisə edirsiniz? Siz bizə Moskvada elə QİTİS İnstitutundakı tələbələrlə müqayisə edin. Biz geriyə deyil, irəliyə doğru baxmaq istəyirik” kimi fikirlər səsləndirdilər. Açığı onlara deməyə başqa cavab da tapmadım. Haqsız idilərmi? Haqlıydılar, ancaq və lakin bu ağac böyüyəcək, biz də onların kölgəsində istirahət edəcəyik. Meyvəsini yeyə biləcəyikmi?.. Orasını zaman və şərait göstərəcək.

Tələbələrlə söhbətdən sonra Böyüxanım Məmmədbəyova ilə tələbələrin fikirlərini müzakirə etdik. Bella xanım deyir ki, bu tələbələri həm aktyor, həm də şəxsiyyətdən kimi yetişdirməyə çalışırlar. Ona görə də onların hər birinə fərdi yanaşırıq. Burada “mən”, “sən” yox, “biz” anlayışı var. Çünki “mən” “biz” olanda hər kəs bir-birinin əlindən tutmağa məcbur olur.

Hə SABAH-ın uğurları bununla bitmir. Artıq 33-cü dəfədir ki, keçirilən beynəlxalq Dənizli festivalına yenə dəvət alıblar. Aprelin 27-dən mayın 3-nə qədər keçiriləcək festivalda “Hər bir qəhrəman” adlı maraqlı bir tamaşa ilə çıxış edəcəklər. Bizə isə onlara ancaq uğurlar arzulamaq qalır. SABAH-a böyük ümidlərlə…

 

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir