Fuad Poladov: Mən ölmürəm, gözəgörünməzə qovuşuram

Fuad Poladov müsahibələrinin birində Nodar Dumbadzenin “Darıxma, ana” əsərindən  belə bir misal çəkir: “Necə yaşayırsan yaşa, hansı çətinliklərə düşürsən düş, çalış adamlığını itirmə”.

Uzun müddət ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkən Respublikanın Xalq artisti, 69 yaşlı Fuad Poladov dünən gecə saatlarında dünyasını dəyişib. Mərhum aktyorun nəşi yaşadığı mənzildən götürülüb. Vida mərasimində Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət və media nümayəndələri, həmçinin aktyorun pərəstişkarları iştirak edib. Sənətkarın yaşadığı binanın həyətində cənazə namazı qılınıb və görkəmli aktyor alqışlarla son mənzilə yola salınıb.

Fuad Poladov “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. Deyilənə görə, aktyor illər əvvəl məhz bu qəbirstanlıqda dəfn olunmasını vəsiyyət etmişdi.

Dəfn mərasimində çıxış edən incəsənət xadimləri Fuad Poladov haqqında xatirələrini bölüşüb.

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Hacı İsmayılov: Bu gün biz yerdəyik və bizim yerdə olmağımızın səbəbi görkəmli aktyorumuz Fuad Poladovun bizim qəlbimizdə tutduğu yerdir. Fuad Poladovla biz hələ 50-ci illərin sonu 60-cı illərin əvvəlindən sənətdən qabaq dostluq, yoldaşlıq eləmişik. Bizim dostlarımız Ceyhun Mirzəyev, Əliabbas Qədirov, Kamal Xudaverdiyev, Yaşar Nuri və neçə-neçə görkəmli aktyorlar olub. Biz hələ o vaxtlar sevinidik və fəxr edirdik ki, aramızda iki nəfəri xalq sevirdi – Ceyhun Mirzəyevi “Ögey ana”ya görə Fuad Poladovu çəkildiyi filmlərə görə. Camaat onlara baxırdı və baxıb sevinirdik ki, bizim belə dostlarımız var.

Fuad Poladov müstəsna aktyordur, Fuad Poladov görkəmli aktyordur, o cür dramatik, psixoloji, faciəvi rolları ifa eləmək heç də hər bir aktyora nəsib olan şey deyil. Sənətin zirvəsi Şekspirin Hamlet roludur ki, bu rolu o, şərəflə, çox gözəl ifa elədi. Qacarı, Həsənzadəni oynadı. Mən hesab edirəm ki, Fuad Poladov aktyor sənətinin etalonu idi. Ona baxıb öyrənmək olar ki, necə aktyor olmaq olar, necə insan olmaq, necə səxşiyyət və necə kişi olmaq olar. Çox təəssüf edirəm ki, Fuad Poladovu biz belə yola salırıq, inanın hər birimizin qəlbində Fuad Poladov yaşayacaq.

İnsanlar bu dünyaya gəlir, hərəsi bir peşə seçir, hərəsi bir sənət seçir. Amma elə insanlar var ki, dünyaya gələndə ömrünü, həyatını sənətini səhnəylə bağlayır, səhnədə yaşayır, ömrünü sənətə həsr edir. Və günlərin bir günü dünyadan köçür. Bəziləri heç yada düşmür, bəziləri hərdən yada düşür, bəziləri isə həmişə yada düşür. Fuad Poladov həmişə yada düşən aktyor olacaq. Həmişə onu xatırlayacağıq. Onun əziz xatirəsi hər birimizin qəlbində daima yaşayacaq. Bir görkəmli aktyor kimi, bir insan kimi, bir şəxsiyyət kimi. Allah rəhmət eləsin.

Əməkdar artist Elxan Qasımov: Bu gün Azərbaycan incəsənəti, Azərbaycan mədəniyyəti, Azərbaycan xalqı görkəmli bir şəxsiyyəti, görkəmli bir insanı,  qürurlu bir insanı torpağa tapşırır. Bu müvəqqətidir, bir gün, iki gün, üç gün göz yaşı tökəcəyik, amma dərdi həmişə çəkəcəyik. Çünki aramızdan belə görkəmli bir sənətkar gedir. Ancaq bir təsəllimiz var ki, onun oynadığı obrazlar, çəkildiyi filmlər, yazdığı səslər qalacaq. Onun oynadığı teatr və televiziya tamaşalarıın, filmlərin, lentlərinə baxdıqca görəcəyik ki, o yaşayır. Hamımız bilirik: o bizim üçün yaşayacaq. Fuad Poladov, sözün əsl mənasında, əsl kişi kimi yaşadı. Haqsızlığa əyilmədi, sənətə xor baxanlara, sənətə qazanc mənbəyi, populyar olmaq vasitəsi kimi yanaşanlara əyilmədi. Mən inanıram ki, Fuad indi cənnətdədir. Çünki elə adamlar mütləq cənnətə düşür. Çünki Fuad Poladov ömrü boyu xalqa, sənətə xidmət edib, sənətə ürəyini verib. Fuad, əzizim, Allah sənə rəhmət eləsin, sən həmişə əziz olmusan.

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nur: Bu gün Azərbaycan mədəniyyətinə, Azərbaycan incəsənətinə Hüseyn Ərəblinskinin, Abbasmirzə Şərifzadənin, Sidqi Ruhullanın, Ələsgər Ələkbərovun, Həsənağa Turabovun, Səməndər Rzayevin varis qoyduğu Azərbaycan teatrının sonuncu magikanı ilə vida mərasimidir. Fuad çox nəhəng sənətkar idi, çox nəhəng insan idi, çox böyük teatr xadimi idi. Bəşər tarixində kütləni xalq eləyən, xalqı millət eləyən teatr olub, kino olub. İdmanın da yeri var, musiqinin də, muğamatın da, amma xalqı, kütləni millət edən teatr olub, kino olub. Bu ölməz sənətdir, bu müqəddəs sənətdir. Bu sənəti qorumaq lazımdır. Bu sənətin yolunda nə qədər şəhidlər verib Azərbaycan tarixlər boyu.

Qopub dənə-dənə dönürük dənə,
Dünya həzin-həzin bizi itirir,
Təkliklə-tənahlıq güc verir mənə
Əsil sevimli dostlarım gedir
Bir-bir etibarlı dostlarım gedir

Dostlar itirməyim taleyin qəsdi,
Get-gedə çəkilir ürəkdən isti,
Elə dost var idi – nəfəsi bəsdi,
Şirim, nərim gedir, aslanım gedir,
Bir-bir etibarlı dostlarım gedir.

Hər gün gözyaşımın artır lilparı,
Hər gün bir matəmin gəlir çaparı,
Uçur ümid dağı, düşmən çəpəri;
Azlarım, sazlarım, yazlarım gedir,
Qalmır, etibarlı dostlarım gedir.
Bir-bir etibarlı dostlarım gedir.

Allah rəhmət eləsin!

Foto və video: Razimə İsmayılova 

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Azərbaycan və Özbəkistanın Xalq artisti Firudin Səfərovun 85 illiyi qeyd edilib

Daşkənddə Əlişir Nəvai dına Özbəkistan Dövlət Opera və Balet Teatrının baş rejissoru, Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı Firudin Səfərovun 85 illiyi...

Dağlar Yusif – “Nəzəri-konseptual sayıqlamalar” (II Pərdə)

Bilgə Pippalada deyir ki, "həyat qüvvəti", yəni can, ruh GÜNƏŞ, onu şəkilləndirən, maddiləşdirən isə AYdır. Bilirik ki, Ay saçdığı işığı, əslində, Günəşdən alır. Aktyor və...

“Cəza” Lənkəranda

III Şəki Beynəlxalq Teatr Festivalının milli proqramı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Lənkəranda yazıçı-dramaturq T.Vəliyevanın əsəri əsasında hazırlanmış “Cəza” monotamaşası ilə çıxış...

Recent

V Beynəlxalq Teatr Konfransı qonaqların gözü ilə

Noyabrın 5-də Bakıda V Beynəlxalq Teatr Konfransı işinə başladı.  “XXI əsrin teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında Azərbaycan Dövlət Musiqili Teatrının binasında keçirilən konfransda...

King Oenomaus, son of Ares, driving a Chariot, terracota plaque

Commandeered by Neil Armstrong, the Apollo 11 mission was a spaceflight that landed the first two people on the Moon. Following the "Cold War"...

Tərlan Rəsulov – “Ortodoksal teatr tənbəl aktyor nəsli yetişdirir”

“Poliqon” teatr platformasının və dOM teatrının müəllifi Tərlan Rəsulovla müsahibə.  -Müasir teatrı necə görürsünüz?  -İlk növbədə, teatrı canlı görmək istəyirəm. Teatr adamları adətən deyirlər ki, kino...