Ana səhifə » Persona » Fəridə RƏHİMLİ – Öz dəsti-xətti olan sənətkar

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Fəridə RƏHİMLİ – Öz dəsti-xətti olan sənətkar

Azərbaycan ədəbiyyatının, rejissurasının, jurnalistikasının tanınmış simalarından biri, Prezident mükafatçısı, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun 69 yaşı tamam olur. Ömrünün müdrik çağını yaşayan və böyük məhsuldarlıqla işləyən Ağalar İdrisoğlu həyatdakı uğurlara özünün istedadı, zəhməti, yuxusuz gecələri, dərin biliyi, səbri və yaxşı təşkilatçılığı hesabına nail olub.
Onun həyat tarixçəsi ilə tanış olduqda bunun tam şahidi oluruq. Ağalar İdrisoğlu (Mehdiyev) 1950-cı ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olub. Digah kənd 8 illik və Nəriman Nərimanov adına Masallı şəhər 2 nömrəli tam orta məktəbini bitirib. İlk əmək fəaliyyətinə Masallıdakı Maşın Traktor Stansiyasında dispetçer kimi başlayıb. Sonra iki il ordu sıralarında xidmət eləyib. Hələ orta məktəbdə oxuduğu illərdə Adil Səfərov və Şakir Həsənovun Masallı şəhər Mədəniyyət Evində yaratdıqları Miniətür Teatrında Ağalar İdrisoğlunun həvəskar aktyor kimi çalışması onu 1971-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ( indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini gətirib. Dörd il SSRİ Xalq artisti Mehdi Məmmədovun sinifində təhsil alıb. 1975-ci ildə həmin ali bitirən gənc aktyor təyinatla Şəki Dövlət Dram Teatrına gedib. Lakin altı aydan sonra Sumqayıt Dövlət Dram Teatrı rəhbərliyinin təklifi ilə bu teatra gəlib və aktyor kimi öz işini burada davam etdirib. 1981-ci ildə Moskvadakı A.V.Lunaçarski adına Dövlət Teatr Sənənti İnsitutunun rejissorluq fakültəsinə daxil olub və 1986-cı ildə isə həmin ali məktəbin musiqili teatr rejissorluğu fakültəsini əla qiymətlərlə bitirib.


O, 44 ildir ki, peşəkar teatr sənətində çalışır. Bu vaxta qədər aktyor kimi 40-dan artıq rolda oyanıb və rejissor kimi 120-dən çox bir-birindən maraqlı tamaşalara orijinal üslubda, yüksək peşəkarlıqla quruluş verib.

Ağalar İdrisoğlu 26 il Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasının baş rejissoru, bədii rəhbəri, direktoru vəzifələrində işləyib. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyyətinin üzvü və Sumqayıt Bölgə Şöbəsinin sədri olub. Harada işləməsindən asılı olmayaraq, həmişə çalışıb ki, öz işini yüksək peşəkarlıqla yerinə yetirsin. Məhz buna görə də onun rəhbərlik elədiyi teatrlar Ağalar İdrisoğlunun sayəsində həmişə respublikanın aparıcı teatrları olub.
O, 16 yaşından bədii yaradısılıqla, jurnalistika ilə məşğul olur. İlk miniatürləri və məqalələri 1966-67-cı illərdən “Azərbaycan pioneri” və Masallıda çıxan “Çağırış” qəzetlərində çap olunub. Ömrünün 50 ilindən çoxunu bədii yaradıcılığa həsr eləyən Ağalar İdrisoğlu nasir, daramatur, publisist, jurnalist kimi “Ramiz İslanoğlu sorağında”, “Sərhədsiz dünyamız”, “Ömrün akkordları”, “Şahidin şahidləri, şəhidləri”, “Qaranlığı yaran işıq, “Bir alim ömrünün səlmaməsi” pomanlarının, “Vicdan mühakiməsi”, “Ulu Tanrı və ağ gəmi əhvalatı”, “Bura Vətəndir”, “Kəfənini geymiş qoca”, “Ömür yolları”, “Teatr sənətinin aşiqi” povestlərinin, “Həyatin astanasında”, “Qonaq”, “İnan mənə”, “Məhkəmədən əvvəl məhkəmə”, “Şah İsmayıl”, “İmam Şamil”, “Çarəsiz oyun”, “Öz qanunları olan şəhər, “Hörmüçək toru”, “Qibləgahım Xocalı”, “Azadlığa gedən yol” və başqa pyeslərin, 20-dən artıq teatrlaşdırılmış tamaşa ssenarisinin, 100-dən çox hekayə, esse, elegiya, pritça, novellaların, 1000-dən artıq publisist yazıların, məqalə, oşerkl, ressenziya, portret yazı, müsahibələrin müəllifidir.


Ağalar İdrisoğlunun “İnan mənə”, “Ən xoşbəxt gün”, “Məhkəmədən əvvəl məhkəmə və ya kəfənini geymiş qoca”, “Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı”, “Dünya azərbaycanlıları” (müştərək), “Qaranlığı yaran işıq” ( Maarif Teymurla birgə), “Bir alim ömrünün səlnaməsi”, “Vicdan mühakiməsi”, “Dözə bilmədi” ( Sadıq Murtuzayevlə birgə), “Könüllərdə yaşayan sənətkar” (müştərək), “General Xudu Borçalı” ( Veys Xudiyevlə birgə), “Milyonları xalq üçün xərcləyən İnsan” ( Rəhman Orxanla birlikdə), “İmam Şamil” ( Sadıq Murtuzayevlə birlikdə) kitabları çap olunub. Altı kitabı – “Şah İsmayıl” ( pyeslər toplusu), “Əbləhlərin son oyunu” ( hekayələr, novellalar, esselər, elegiyalar toplusu), “Sərhədsiz dünyamız” sənədli, publisit romanı, “Hər biri bir dünya olan insanlar” ( publisit əsərləri), “Kəfənini geymiş qoca” ( povestlər toplusu) və Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin 70 illik yubileyinə həsr olunan “Teatr sənətinin ağişi” kitabları çapa hazırlanır. 10-dan çox topluda hekayələri, pyesləri, tərcümə etdiyi əsərlər çap olunub. Dünya xalqlarının 10 pyesini dilimizə tərcümə eləyib.
Onun özünün yazdığı pyesləri və tərcümə elədiyi pyeslər Ağdam, Mingəçevir, Füzuli, Gəncə Dövlət Dram Teatrlarında, Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, Dövlət Gənclər Teatrında, keçmiş Sovetlər Birliyinin bir neçə Teatr-Studiyalarında tamaşaya qoyulub.
Ağalar İdrisoğlunun “İnan mənə” pyesi 1985-ci ildə Ümumittifaq gənc dramaturqlar müsabiqəsində 48 dramaturqun pyesləri arasında 3-cü dərəcəli mükafata layiq görülüb. “Şah İsmayıl” pyesi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ( indiki Mədəniyyət Nazirliyi) 2010-cu ildə keçirdiyi müsabiqədə 34 pyesin içərisində 2-ci dərəcəli mükafatını qazanıb (Birinci dərəcəli mükafat isə heç bir pyesə verilməyib). “İnan mənə” pyesi 1986-cı ildə SSRİ daramaturqlarının “Məhəbbət və başqaları” adlı antalogiyası kitabında çap olunub.
Onun quruluş verdiyi tamaşalardan Akif Həsənoğlunun “Yanmış evin nağılı” Osman Mirzəyev adına mükafata və özünün yazdığı “Şah İsmayıl” tarixi faciəsi “Qızıl Dərviş” mükafatına layiq görülüb. Quruluş verdiyi bir neçə tamaşaya görə Mədəniyyət Nazirliyinin pul mükafatı və diplomları ilə təltif olunub.
1980-cı ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində oynadıqları, Feyruz Məmmədovun “Bir bayraq altında” teatrlaşdırılmış tamaşası 15 respublikanın kollektivləri arasında ən yaxşı tamaşa kimi “Qızıl” medala layiq görülüb. Bu tamaşanın quruluşçu rejissoru kimi Ağalar İdrisoğluna da “Qızıl” medal verilib. 2005-cı ildə Ağalar İdrisoğlu ilin ən vətənpərvər rejissoru kimi “Avropa Mətbuu Evi”nin təsis etdiyi “Qızıl” medala layiq görülüb.
O, 50 ildən artıq yaradıcılığı dövründə həmişə çalışıb ki, gedilməyən yollarla getsin. Belə ki, Ağalar İdrisoğlu doğulduğu Masallı rayonunun və yaşadığı Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu, Moskvada təhsil alan ilk peşəkar teatr rejissoru, teatr təşkilatçısı və teatr sahəsində ilk Əməkdar incəsənət xadimidir. Məhz onun böyük təşkilatçılığının, ideyasının sayəsində Sumqayıt Dövlət Dram Teatrı, Musiqili-Dram Teatrı olub və Azərbaycan Nazirlər Kabinetinin əmrilə bu teatra əlavə 90 ştat verilib. Lakin Ağalar İdrisoğlu bu teatrdan işdən çıxandan sonra teatr Musiqili-Dram Teatrı kimi işləyə bilmədiyinə görə həmin 90 ştat Azərbaycan Maliyyə Nazirliyinin əmrilə geri alınıb.

Gənc dramaturq kimi ilk dəfə Azərbaycan respublikasını Riqada, Minskdə, Ukraynada, Maldovada və başqa yerlərdə seminarlarda məhz o, təmsil eləyib.
Ağdam və Sumqayıt Dövlət teatrlarının tarixində ilk dəfə məhz Ağalar İdrisoğlu bədii rəhbər-direktor işləyib..
1977-ci ilin mart ayının 16-da Sumqayıt şəhərinin və Azərbaycan respublikasının tarixində “Ümid” adlanan Teatr-Studiyanı da məhz Ağalar İdrisoğlu yaradıb. 13 il bundan qabaq Şabran rayonunda Mədəniyyət və Turizm Şöbəsinin nəzdində “Şabran” Teatr-Studiyası da məhz onun ideyası və təşkilatçılığı ilə yaradılıb. 2018-ci ildə bu kollektivə Xalq teatrı adı verilib. Hər iki Teatr-Studiyaya uzun illər Ağalar İdrisoğlu özü rəhbərlik eləyib. Orada bir-birindən maraqlı tamaşalara quruluş verib və çoxlu istedadlı gəncləriüzə çıxarıb. Onların peşəkat teatr sənətinə, incəsənətin başqa növlərinə, ədəbiyyat aləminə gəlməsində böyük işlər görüb.


Onun rəhbərlik elədiyi dövrdə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrı Qazaxıstan respublikasının Cambul və Çimkənt vilayətlərində, Gürcüstan respublikasının Qabal, Telavi rayonlarında, Vladiqazqazda və bütövlükdə Dağıstan respublikasında çox böyük uğurla qastrol səfərlərində olub. Bu kollektiv həmin yerlərdə Azərbaycan mədəniyyətini yüksək peşəkarlıqla təmsil edib və çoxlu Fəxri fərmasnlarla respublikamıza qayıdıb.
Ağalar İdrisoğlu Azərbaycan peşəkar teatr səhnəsində Nobel mükafatı laureatları A.Kamyunun, S.Mrojekin, A.Suxovo-Kabılınin, V.Şukşinin, G.Xuqayevin, E.Babrovun, A.İvaşenkonun, L.Juxavitskinin, K.Obalenskinin, O.Ualydın və başqalarının əsərlərini tamaşaya qoyub. O, həmin dramaturqların bəzilərinin pyeslərini dilimizə tərcümə eləyib və bəzilərinin pyeslərinə Azərbaycan teatr səhnəsində ilk dəfə quruluş verib. Eləcə də bir neçə cavan Azərbaycan dramaturqlarının pyeslərinin peşəkar teatr səhnəsinə gəlişində də Ağalar İdrisoğlu az iş görməyib.
2013-cü ildə ona yazıçı kimi Prezident mükafatı verilib. Elə həmin ilin iyin ayının 25-də isə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Ağalar İdrisoğlu (Ağalar İdris oğlu Mehdiyev) Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.
Ağalar İdrisoğlu hazırda olduğu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Tetrinın quruluşçu rejissorudur.  O, eyni zamanda, uzun illərdir ki, şöbə müdiri işlədiyi “Azad Azərbaycan” qəzetinin səhifələrində tez-tez maraqlı hekayələri, məqalələri ilə çıxış edir. “AZpress.AZ”, “Sia. az”, “Axar”az, “AZİM” az, “Təzadlar” az, “Ədalət” az və başqa saytlarda, “Ədəbiyyat”, “Mədəniyyət” , “Ədalət”, “525”, “Səs”, “Azad qələm”, “Sərbəst düşüncə” və sairə qəzetlərdə, “Azərbaycan”, “Ulduz”, “Qobustan”“Naxış” və başqa jurnalında biri-birindən maraqlı əsərləri çap olunur.
Biz də çoxminli oxucularımız, tamaşaçılarımız adından, Respublikanın Əməkdar İncəsənət Xadimi, dəyərli ziyalı, uzun illər həyatını Azərbaycan dövlətinə, dövlətçiliyinə sərf eləyən, bu mövzularda çoxlu maraqlı yazılar yazan, Qarabağ müharibəsinə həsr elədiyi orijinal yazılarında ermənilərin işğalçılıq siyasətini dünya mətbuatına çıxaran və saytlar vasitəsi ilə dünya xalqlarına çatdıran Ağalar İdrisoğlunu ad günü münasibəti ilə təbrik edib, ona həyatda can sağlığı və yaradıcılıqda yeni-yeni uğurlar arzu edirik. İnanırıq ki, Ağalar İdrisoğlu bundan sonra da heç kimə bənzəməyən yaradıcılığı ilə oxucularını, quruluş verəcəyi orijinal üslublu tamaşaları ilə tamaşaçılarını sevindirəcək.

69 yaşınız mübarək, Ağalar müəllim!

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir