Ana səhifə » Resenziya » Fəridə Cəlilova – TEATR ƏHLİNİN XUDPƏSƏND CAZİBƏSİ

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Xəbər
May 25, 2019

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Afişa
May 23, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (23 may – 29 may)

Xəbər
May 23, 2019

Ən məhsuldar teatrşünas

Persona
May 23, 2019

İsrafil İsrafilov – Məmməd Cəfərin teatr düşüncələri

Xəbər
May 23, 2019

YUĞ Teatrında Orxan Pamukun romanı səhnələşdirilib

Xəbər
May 23, 2019

ADMİU-da Nazim Hikmətin əsəri tamaşaya qoyulub

Xəbər
May 23, 2019

“dOM” Teatrı Beynəlxalq Festivalda iştirak edəcək

Mozaika
May 23, 2019

Fuad Poladovun 14 il əvvəl çəkildiyi filmindən nadir fotolar…

Xəbər
May 22, 2019

Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir

Xəbər
May 20, 2019

Akademik Milli Dram Teatrında Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək

Mövqe
May 20, 2019

Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə açıq məktub!

Xəbər
May 20, 2019

“Aləmin Nəfəsi: Nəsimi” tamaşası 3 böyük müfakata layiq görüldü

Mövqe
May 20, 2019

Xəyalə Rəis – 25 il gözləməyə dəyərdi…

Xəbər
May 18, 2019

Afaq Bəşirqızıdan məmurlara sərt çağırış – “Cənab məmurlar, siz də ayılın”

Afişa
May 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (16 may – 22 may)

Persona
May 18, 2019

Teatr direktorları “Kaspi” qəzetinin “Teatr” əlavəsini təbrik etdi

Müsahibə
May 17, 2019

Nigar Pirimova – Teatrlarımızın son beş ili

Müsahibə
May 17, 2019

ADMİU-dan reportaj: “Biz “Stanislavski sistemi”ni bilmirik!”

Xəbər
May 16, 2019

“Yarımçıq qalmış” Caspian Awards mükafatına layiq görüldü

Xəbər
May 15, 2019

ADMİU-da Əlisəfdər Hüseynovun “Kinonun fəlsəfəsi” kitabının təqdimatı keçiriləcək

Xəbər
May 15, 2019

Lənkəran Teatrında “Senemar” faciəsinin premyerası olub

Xəbər
May 15, 2019

Teatr Xadimləri İttifaqında “Ezop-Əzab”

Xəbər
May 14, 2019

ADMİU Beynəlxalq Elmi Konfransa dəvət edir

Xəbər
May 10, 2019

Prezident mükafatçıları məlum oldu

Xəbər
May 10, 2019

Prezident fərdi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb

Xəbər
May 10, 2019

“Ey Azərbaycanım”

Xəbər
May 10, 2019

“Danabaşlar” tamaşası nümayiş olunub

Afişa
May 10, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (9 may – 15 may)

Xəbər
May 10, 2019

Rəhman Rəhmanovun səhhəti pisləşib

Fəridə Cəlilova – TEATR ƏHLİNİN XUDPƏSƏND CAZİBƏSİ

Aprel ayının 13-ü bir neçə dəfə təxirə salınan “İblis oyunları” tamaşası, nəhayət ki, Akademik (artıq akademik!) Rus Dram Teatrının səhnəsində tamaşaçılara təqdim olundu.  Tamaşa Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanıb və yaradıcıları tərəfindən Azərbaycan səhnəsində ilk absurd təcrübəsi kimi dəyərləndirilir.

Absurd teatrının ilk tədqiqatçılarından olan M.Esslin yeni teatr haqqında deyirdi ki, o, əsrlərlə formalaşan mifoloji, alleqorik və fantastik təfəkkür tərzlərindən psixoloji reallığın proyeksiyası kimi istifadə edir. Məşhur “Absurd teatrı”nın müəllifi yazırdı ki, bu teatr müəyyənliyin itirilməsi kimi fəci hissi ifadə edərək, paradoksal şəkildə əsrin dini axtarışlarına yaxınlıq nümayiş etdirir: geniş mənada, həyatın başlıca sirləri ilə əlaqəsini itirərək kütlə üçün Tanrı ölmüşdür və absurd teatrı dövrümüzün əsl sənətkarlarının avtomatizm kimi maneəni dəf etmək, həmçinin real həyat şəraiti haqqında bilikləri bərpa etmək cəhdlərindən ibarətdir. 40-cı illərin sonunda təşəkkül tapan absurd teatrının 60-cı illərdə tükəndiyi söylənilir.

70-ci illərdən isə postdramatik teatrın “hakimiyyəti” dövrü başlayır. Bu dəfə də postdramatik teatrın tədqiqatçısı H.T. Lemann öz məşhur kitabında absurd teatrı ilə postdramatik teatrın bəzi vasitələrinin, daha konkret olsaq, “mənadan imtina”nın ümumiliyini vurğulayaraq, fərqin dünyagörüşü ilə bağlı olduğunu qeyd edir. Lemanna görə, Esslin haqlı olaraq, absurdluğun formal elementlərini dünyagörüşünün təyin etdiyi mövzular kontekstinə yerləşdirir, 80-90-cı illərin postdramatik teatrı üçün isə əvvəllər əmin olduğumuz ideoloji müəyyənliklərin dağılması metafizik həyəcan problemi kimi çıxış etməyib, verilən mədəni şərt qismində qavranılır.

Bəs, Elçinin mətnində biz “mənadan imtina”nın hansı forması ilə qarşılaşırıq? Sözsüz ki, birinci (dramaturq bunu pyesin janr təyinində də göstərir): üçpərdəli absurd. Azərbaycan ədəbiyyatında dramaturgiyası bu qədər modifikasiyaya uğrayan ikinci dramaturq tapmaq çətindir: lirik-psixoloji üslublu “Poçt şöbəsində xəyal” (pyes – dramatik povest – pyes) xəttinin davam etdirildiyi “Qatil” və sosial məzmunlu “Dəlixanadan dəli qaçıb” silsiləsinin komediyaları son illər ekzistensial konfliktə meyl edən pyeslərə keçid alır. Ekzistensial dramaturgiyadan absurda isə bircə addım qalır. Əslində, Elçinin tənqidçi irsi ilə tanış olanlar üçün M.Friş və F.Dürrenmatt yaradıcılığından təsirlənmə təəccüblü görünmür, psixoloji pyeslər isə daha çox konkret dövr və rejissorların zövqlərini nəzərə almaqla yazılıbmış kimi qənaətlərə gətirir.

Dramaturq pyesin əvvəlində verdiyi müəllif qeydində ilk baxışdan müstəqil görünən üç hissəni birləşdirəcək bədii-estetik həllin tapılmasını rejissora həvalə edir. Tamaşanın rejissoru isə Kamran Şahmərdandır. Sözügedən müəllif qeydində birinci hissənin sürrealistik, ikinci hissənin klounada, üçüncü hissənin qrotesk və s. üslublarda hazırlanmasına dair tövsiyə də yer alıb və görünür, rejissor bu məsləhətdən faydalanmağı lazım bilib.

Bu məqamda deməliyik ki, yazımız klassik resenziya qaydalarına uyğun şəkildə pyesin süjet təhlilini, tamaşanın bütün detallarına kimi təsvirini nəzərdə tutmur. Belə ki, məqsədimiz premyeradan sonra potensial tamaşaçıları yeni tamaşa barədə xəbərdar etmək və onun “oxunması” üçün müəyyən açarlar təqdim etməkdən ibarətdir, tamaşanın məzmunun danışılması isə ona olan marağı öldürə bilər.

Beləliklə, Kamran Şahmərdan tamaşanın əvvəlində səhnədə quraşdırılmış monitor vasitəsilə səhnə əsərini Luis Bunüelə həsr etdiyini bildirir. Aqil M.Quliyevin “Burjuaziyanın sadə cazibəsi”ndən sitat şəklində çəkdiyi video-instalyasiya böyük ispan rejissoruna edilən yeganə istinad deyildir, belə ki, xüsusilə pyesin üçüncü hissəsində qəhrəmanlarası münasibətlərdə filmlə müəyyən səsləşmə aşkar duyulmaqda idi.

Kamran Şahmərdanın “Qumsallıqdakı qadın”, “Ağ və qara” kukla tamaşalarından və Akademik Milli Dram Teatrındakı “Teleskop” tamaşasından başqa bəlkə də son 15 ildə Azərbaycanda quruluş verdiyi bütün tamaşalarda iştirak edən Mələk Abbaszadənin burada da rol alması gözlənilən idi. “İbrus”dakı “İnsan səsi” (J. Kokto), Rus Dram Teatrındakı “Torağay” (J. Anuyun əsəri əsasında hazırlanmış bu tamaşaya baxarkən, düşünürdüm: “axı, niyə rejissor qızı belə əziyyətə salıb?!” – aktyor yükü baxımından ağır tamaşa idi), “Cəhənnəm sakinləri” (Elçin) və “İblis oyunları” – yanılmıramsa, bu, rejissorla aktrisanın dördüncü birgə işidir. Tamaşada digər rolları Azərbaycan Respublikasının Xalq artisti Məbud Məhərrəmov, həmçinin aktyorlar Rüfət Nəzərov, Teymur Rəhimov, Bella Safina, Zaur Terequlov, Rumiyə Ağayeva ifa edirlər. Məbud Məhərrəmovun Maestrosu piano arxasında və reklam çarxlarında sanki iki fərqli insandır – qrotesk, klounada və bir çimdik də başqa nəsə. Bütövlükdə, baş rolların ifaçıları tamaşanın uğurlu səhnə həlli üçün nəzərdə tutulmuş təmkinli oyun planından yayınmırlar. Bir qaşıq qatran isə kordebalet olsun, hərçənd mən Azərbaycanda heç bir teatr səhnəsində güclü kordebalet görməmişəm…

Başlıcası, tamaşada atmosfer var idi. Bəzən tamaşada hər şeyin sanki  nəzərə alındığını görürük – pyesin bütün peripetiyaları düzgün müəyyənləşdirilir, rol bölgüsü uğurludur, rəssam işi, musiqi rejissor ideyasına müvafiqdir, amma tamaşa bütünlükdə lazımi atmosferi vermir. “İblis oyunları” tamaşasının nailiyyəti isə atmosfer yarada bilməsindədir.

Bütün bunlara rəğmən, düşünürəm ki, Kamran Şahmərdan rejissurası sayəsində Elçin Əfəndiyev pyesi absurdluqdan çıxıb postdramatikliyə doğru addım atmışdır. Elçin dramaturgiyası absurd ənənəyə uyğun olaraq, müəllifin yaşadığı dövrlə bağlı çaşqınlığını əks etdirməyə və oxucunu (tamaşaçını) bu çaşqınlığın səbəbələri barədə düşünməyə dəvət etməyə yönəlibsə, Kamran Şahmərdan öz tamaşası ilə sanki deyir: “dünya belədir, gəlin ondan bu şəkildə zövq almağa çalışaq”.

“İblis oyunları” tamaşasında çoxlu sitatlarla rastlaşacaqsınız – istər dramaturji, istərsə də rejissor işi baxımından. Qodo burada da gəlmir və dünyada baş verənləri necəsə izah etməyə lüzum görülmür. İnsanların hansısa ali varlığın dünyəvi ədalətə nəzarət etdiyinə inandığı vaxtlar çoxdan keçmişdə qalıb. Gündəlik rastlaşdığınız qəribəliklərin də heç bir ilahi izahı yoxdur. Hərçənd sizə yaşamaq üçün bu cür izah lazımdırsa, bunu İblisin oyunları adlandıra bilərsiniz.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir