Eymuntas Nyakroşüs vəfat edib

Teatr rejissoru Eymuntas Nyakroşüs 66 yaşında vəfat edib. Bu haqda onun yaxın qohumu litva parlamentinin deputatı Arvidas Nyakroşüs öz facebook hesabında bildirib.

Nyakroşüs 1952-ci il 21 noyabrda Litvanın Kaunas mahalının Pajobris kəndində anadan olub. QİTİS-də təhsil alıb, 1978-ci ildə Andrey Qonçarovun rejissorluq sinfini bitirib. Öz karyerasına Kaunass dram teatrında başlayan rejissor Litvada, Rusiya və Avropada 30-dan çox dram və opera tamaşalarına quruluş verib. O, “Stanislavski”, “Qızıl maska”, Avropa Teatrları Birliyinin mükafatlarına layiq görülmüş və bir sıra mötəbər teatr festivallarının  qalibi olmuşdur.

Rejissor SSRİ-nin, Litvanın və Rusiyanın dövlət mükafatı laureatıdır.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

YUĞ Teatrının kollektivi Prezidentin Sərəncamını sevinclə qarşılayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında daha bir Sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan teatr ənənələrinin qorunub...

İlham Rəhimli: “Teatrları uğursuzluqdan “təqaüd oyunu” ilə çıxarmaq mümkün deyil”

Dünyanın heç bir teatrında aktyoru və ya rejissoru yaşının çoxluğuna görə işdən çıxarmırlar. Çünki teatrda (eləcə də, həkimlikdə, müəllimlikdə, rəssamlıqda, ifaçılıqda, elmi işlərdə) əsas...

“Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalı başa çatıb

Azərbaycan Teatr Xadimləri İttifaqının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş “Boş məkanın dolğunluğu” II Eksperimental tamaşalar festivalı...

Recent

“Bremen musiqiçiləri” məşq edirlər

Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” (tərcümə - Nicat Kazımov) pyesi əsasında eyniadlı tamaşanın məşqləri gedir. Qrim qardaşlarının nağıl motivləri əsasında yazılan,...

Azərbaycanlı balerina Polşa teatrında çıxış edib

Varşava Böyük Teatrı və Milli Operasında (Teatr Wielki – Opera Narodowa) Aleksandr Dümanın “Kameliyalı qadın” adlı romanı və görkəmli polyak bəstəkarı F.Şopenin musiqisi əsasında...

Gənc Tamaşaçılar Teatrı növbəti premyeraya hazırlaşır

Oktyabrın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Migel de Servantesin “Don Kixot” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib...