Ana səhifə » NƏZƏRİYYƏ » Emin Əliyev – “Ölü sinif”in rəhbəri-Tadeuş Kantor

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Xəbər
May 25, 2019

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Afişa
May 23, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (23 may – 29 may)

Xəbər
May 23, 2019

Ən məhsuldar teatrşünas

Persona
May 23, 2019

İsrafil İsrafilov – Məmməd Cəfərin teatr düşüncələri

Xəbər
May 23, 2019

YUĞ Teatrında Orxan Pamukun romanı səhnələşdirilib

Xəbər
May 23, 2019

ADMİU-da Nazim Hikmətin əsəri tamaşaya qoyulub

Xəbər
May 23, 2019

“dOM” Teatrı Beynəlxalq Festivalda iştirak edəcək

Mozaika
May 23, 2019

Fuad Poladovun 14 il əvvəl çəkildiyi filmindən nadir fotolar…

Xəbər
May 22, 2019

Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir

Xəbər
May 20, 2019

Akademik Milli Dram Teatrında Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək

Mövqe
May 20, 2019

Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə açıq məktub!

Xəbər
May 20, 2019

“Aləmin Nəfəsi: Nəsimi” tamaşası 3 böyük müfakata layiq görüldü

Mövqe
May 20, 2019

Xəyalə Rəis – 25 il gözləməyə dəyərdi…

Xəbər
May 18, 2019

Afaq Bəşirqızıdan məmurlara sərt çağırış – “Cənab məmurlar, siz də ayılın”

Afişa
May 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (16 may – 22 may)

Persona
May 18, 2019

Teatr direktorları “Kaspi” qəzetinin “Teatr” əlavəsini təbrik etdi

Müsahibə
May 17, 2019

Nigar Pirimova – Teatrlarımızın son beş ili

Müsahibə
May 17, 2019

ADMİU-dan reportaj: “Biz “Stanislavski sistemi”ni bilmirik!”

Xəbər
May 16, 2019

“Yarımçıq qalmış” Caspian Awards mükafatına layiq görüldü

Xəbər
May 15, 2019

ADMİU-da Əlisəfdər Hüseynovun “Kinonun fəlsəfəsi” kitabının təqdimatı keçiriləcək

Xəbər
May 15, 2019

Lənkəran Teatrında “Senemar” faciəsinin premyerası olub

Xəbər
May 15, 2019

Teatr Xadimləri İttifaqında “Ezop-Əzab”

Xəbər
May 14, 2019

ADMİU Beynəlxalq Elmi Konfransa dəvət edir

Xəbər
May 10, 2019

Prezident mükafatçıları məlum oldu

Xəbər
May 10, 2019

Prezident fərdi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb

Xəbər
May 10, 2019

“Ey Azərbaycanım”

Xəbər
May 10, 2019

“Danabaşlar” tamaşası nümayiş olunub

Afişa
May 10, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (9 may – 15 may)

Xəbər
May 10, 2019

Rəhman Rəhmanovun səhhəti pisləşib

Emin Əliyev – “Ölü sinif”in rəhbəri-Tadeuş Kantor

Məşhur “KRİKOT 2” teatrının yaradıcısı, rəssam, səhnə dizayneri, yazıçı və nəzəriyyəçi Tadeuş Kantor 6 aprel 1915-ci ildə Polşanın Vielopole bölgəsində doğulub.
T.Kantorun yaradıcılığı iki dövrə ayrılır: müharibə dövrü və müharibədən sonrakı dövr. Kantor 1934-cü ildən 1939-cu ilə qədər Krakov Rəssamlıq Akademiyasında səhnə dizayneri və rəssamlıq təhsili alıb. Burada oxuduğu müddətdə teatr fəaliyyətinə də başlayıb və 1937-ci ildə akademiyada kukla teatrı təşkil edib. Tələbə yoldaşları ilə Moris Meterlinkin “Tentajilin ölümü” pyesini tamaşaya qoyub. Müharibə illərini Kantor Krakovda rəngsaz işləyərək keçirib, eyni zamanda səhnədə ilk ciddi işlərini görməyə başlayıb.


Bu illərdə o konstruktivizm, dadaizm və informel art-dan təsirlənir və nəticədə ikinci dünya müharibəsi dövründə Müstəqil “Zirzəmi teatrı”nı yaradır. 1942-1944-cü illərdə nasist işğalları ərəfəsində rəhbərlik etdiyi teatrda J.Koktonun “Orfey”, Y.Slovaçkinin “Balladina”, S.Vispianskinin “Odisseyin dönüşü” əsərlərinə quruluş verir. Həmçinin “Gənc rəssamlar qrupu”nu yaradır.
Müharibədən dərhal sonra Krakovda “Köhnə Teatr”da işləməyə başlayır. Bir müddət sonra Rotunda Akademik Teatrında Y.Çexoviçin “Yararlı və yararsız – Tramvayda misteriya tamaşası” pyesinə quruluş verir. Kantor həm də bəzi teatrlarla səhnə dizayneri kimi əməkdaşlıq edir. 1947-ci ildə altı ay Parisdə yaşayır. Qayıtdıqdan sonra Mədəniyyət və İncəsənət nazirliyi Kantora xüsusi təqaüd ayırır. O, eyni zamanda Krakov Rəssamlıq Akademiyasında müəllim kimi işləməyə başlayır. Polşada müharibədən sonrakı ilk sərgisini – müasir rəssamlıq sərgisini təşkil edir.
1950-1955-ci illər
Və günlərin bir günü həyatının dönüş nöqtəsi sayılacaq hadisələr baş verir. Nazirlik sosialist realizminin təbliğinə başladığı andan Kantor rəssamlıq və rejissorluq karyerasına ara vermək fikrinə düşür. Müxalif mövqeyinə görə akademiyadakı vəzifəsini itirən Kantor yenidən “Köhnə Teatr” və “Slovaçki” teatrlarında səhnəqrafiya ilə məşğul olmağa qayıdır. Eyni zamanda bir çox tamaşaların geyimlərini də o dizayn edir. Sonralar Kantor müsahibələrinin birində deyirdi:
“Mən bir neçə il səhnə dizayneri işlədim lakin, bu yalnız ehtiyacdan, yaşayışımı təmin etmək üçün idi. Özümə qarşı ədalətli davranmağa çalışırdım. Əgər başqa yollarla pul qazanmağa çalışsaydım, buna qurşanar və daha yaxşısına doğru can atardım. Amma ümumyyətlə, səhnəqrafiya ilə pul qazanmağa qarşı idim”.


1955-ci il Kantor üçün bir neçə səbəbə görə önəmli il sayılır. Belə ki, həmin il o öz teatrını yaratmaq üçün bir qrup nəzəriyyəçi, tənqidçi və sənət adamlarını ətrafına toplayır. Və nəticə – “Krikot 2” teatrı yaranır.
“Krikot 2” dövrü
“Krikot” polyak dilindən tərsinə oxunduqda “Bu bir sirkdir” mənasını verir. Teatrın ilk premyerası S.Vitkeviçin “Mürəkkəb balığı” əsərinin tamaşası olur. Bu tamaşada Kantorun gələcək teatr estetikasını müəyyənləşdirən bir çox elementlər var idi: səssiz filmlərə xas mühit, aktyorların müqəvva kimi hərəkəti, susqun ifa.
Kantorun bu “ambalaj” yəni, “qutulaşdırma” mərhələsi İnformel teatrı dövründə də davam edir. Belə “avtomatlaşdırılmış” oyun tamamilə improvizə və hərəkətə söykənirdi. İnformel teatrının aktyorları S.Vitkeviçin “Kənd evi” əsəri əsasında hazırlanmış tamaşada öz fərdiyyətlərini bütünlüklə itirmişdilər. Aktyorlar cansız əşyanı xatırladırdı.


Lakin, İnformel teatrı Kantoru tam qane etmirdi. Forma məzmuna yetərincə uyğunlaşmırdı və düzəldilməli çox məqam var idi. Buna görə də Kantor İnformeli “Zero” (“Sıfır”) teatrına dəyişdi. Burada 1963-cü ildə tamaşaya qoyduğu “Dəli və rahibə” (S.Vitkeviç) tamaşası onun ideyalarını daha daha dəqiq ifadə edirdi.
Kantor və onun “Ölüm teatrı” konsepti
Kantorun tamaşaları heç bir pyesin, ssenarinin əsasında hazırlanmırdı. Onun tamaşaları xatirələrindən, yaşadığı əzablardan, şüuraltına yerləşmiş tablolardan qurulurdu. Demək olar ki, əksər tamaşalarında səhnənin bir kənarında durub tamaşanı izləyir, yeri gələrsə müdaxilə edirdi. Tamaşalarının bir çoxunda müqəvvalardan istifadə edir və bu müqəvvalar vasitəsi ilə fikirlərini daha mükəmməl realizə edə bilrdi. Kantor bununla insan ölümünü, müharibənin gətirdiyi dəhşətləri daha qabarıq şəkildə göstərirdi.

“Ölü sinif”
“Ölü sinif” insanın uşaqlığına və keçmişinə geri dönməyin qeyri-mümkünlüyündən bəhs edən hekayədir. Bu tamaşa dünyanın bir çox ölkələrində 1500 dəfədən çox nümayiş edilib və 1976-cı ildə “Newsweek” jurnalı tərəfindən dünyanın ən yaxşı tamaşası elan olunub.
“Ölü sinif”in premyerası Polşada Kristofor qalereyasında 1975-ci il noyabrın 15-də baş tutdu. Bundan öncə isə sentyabrda BTA (Beynəlxalq Tənqidçilər Assosiasiyası) üzvlərinə tamaşadan fraqmentlər göstərilmişdi.
S.Vitkeviçin “Nadobnisie i koczkodany” əsərinin tamaşasından öncə Kantor planlaşdırılmış şəkildə tamaşanı “qapalı” keçirir.

“Ölü sinif” bağlı iş idi. Çünki, açıq teatr dövrü artıq keçmişdə qalmışdı” – Kantor deyirdi.
Rejissor 1978-ci ildə Teresa Betkovska ilə söhbətində deyir:
“Mən həmişə işin qapalı olduqda daha cazibəli göründüyünə inanmışam. Bağlılıq tamaşaçını səhnəyə fokuslanmağa, onları özlərini böyük bir piramidanın kölgəsindəki kimi hiss etməyə məcbur edir. Buna metafizik təsir demək düzgün olmazdı. Belə demək olarsa, bu piramida konkret şüalar yayır”.
Onun bir neçə işi, özəlliklə “Ölü sinif” qapalı iş idi. Kantor bu qapalılığı oyun üçün ayrılmış yeri – səhnəni bağlamaqla izah edirdi: “O, səhnəni tamaşaçılardan iplə ayırır, taxta künclüklər düzəldirdi. Aktyorlarla birgə səhnədə dururdu”.
Köhnə, taxta məktəb partaları onun teatrının ən mühüm detallarından idi.
Kantor tamaşada müqəvvalar üçün vacib rol təyin etmişdi, bu məqam onun “Krikot 2” teatrından öncə də  vardı: “Çəkməçi” və “Balladina” tamaşalarında. Lakin, “Ölü sinif”dəki bu insanabənzər müqəvva-aktyorlar tamaşaçıları əsl şoka salmışdı. Müqəvvalar mum muzeyindəki heykəlləri xatırladırdılar. Qordon Kreqin “fövqəlmarionet” konsepsiyasına istinad edən Kantor bunu “ölüm mesajı” kimi izah edirdi.


Yan Klossoviç yazır: “Tamaşanın tərkib hissələrini nəzərə alsaq, müqəvvalar aktyor və əşya arasındakı bir sərhəddə dururlar. Bu insanabənzər fiqurlar əşya idi, lakin onlar aktyor kimi görünürdülər. Hansısa mebel parçası və ya bir qurğudan daha fərqli təəssürat yaradırdı. Müqəvvalar teatrın metafizik tərəfini açırdı”.
Tamaşa Kantorun öz təxəyyülünün məhsuludur. Hadisələr belə cərəyan edir: Əsərdəki əsas personajlar olan qoca kişilər uzun zaman sonra bel çantaları və onların uşaqlıq çağlarını simvolizə edən müqəvvalarla öz sinif partalarına geri dönürlər. Aktyorların səhnəyə möhtəşəm girişi Fransua Valtzın zəhlətökən, daimi təkrarlanan musiqisi ilə müşayiət olunur. Dərs yaşlı şagirdlərin üzünü büzməsi, bağırtısı və bir-birinə təzyiqi ilə başlanır.
Əsərdə Vitkeviçin “Tumor Mozqoviç” pyesindən, dünya müharibəsindən səhnələr də vardır.
Ziqmund Qren 1977-ci ildə bu səhnə əsəri barədə yazırdı:
“Tamaşada Kantor müharibədə Polşa ərazisində yəhudilərin kütləvi qırğınlarını da göstərmişdir. Oda atılan müqəvvalar bir xalqın məhvini gözlər önünə gətirirdi. Metal top da uşağın çığırtısı gələn beşikdə ritmik şəkildə yellənirdi”.
Tarixi problemlərdən savayı bu tamaşa bir insanın keçmişinə dönməsinin qeyri-mümkünlüyünü göstərirdi və bəlkə də bu səbəbdən dünya “teatr ictimaiyyəti” tərəfindən maraqla qarşılandı.


“Vielopol! Vielopol!”
1979-un payızında Tadeuş Kantor Florensiyadan tamaşa hazırlamaq üçün dəvət alır. Yenə də Kristofor qalereyasında məşqlər başlanır, Florensiyada isə bu məşqlər keçmiş kilsədə davam etdirilir. Premyera 23 iyun 1980-ci ildə baş tutur. Kantor tamaşanın afişasına öz şəhəri Vielopoldakı kilsənin XX əsrin əvvəllərində çəkilmiş ağ-qara şəklini vurur. Bu kilsə onun həyatında mühüm əhəmiyyət daşıyırdı. Lakin tamaşada daha mühüm məqamlar var idi. Onun atası Marian Kantor 1-ci dünya müharibəsində iştirak etmişdi. Tamaşada Kantor bu döyüşdəki piyadaları, sözün əsl mənasında, “canlandırır”. Atasının müharibə zamanı çəkdirdiyi bir şəkil tamaşanın əsas mötivlərindən biri olur. Fotoşəklin özündə atası birinci sırada oturmuşdur. O isə bu tamaşada həmin şəkli canlandırır.
Yerli fotoqraf adlanan bir personaj ailəni rahibin meyidi ətrafına düzüb şəkil çəkdirir. Rahibin meyidini də özü yuyur. Hətta tamaşada elə bir məqam gəlib çatır ki, o öz kamerasını silahla dəyişir.
Ölüm qaçılmazdır!
Kantorun yaddaşında qalan, onu təsirləndirən səhnələrdən biri də rahibin ölüm səhnəsidir. O, 6 yaşında olarkən Rodoneviçin bədbəxt ölümünün şahidi olur. Rahib Vielopolda öz otağında pnevmaniyadan ölür. Balaca Tadeuşun yadında isə rahibin yorğan altından kənara çıxmış, lüt dabanı qalır. Kantor bu səhnəni çarpayı çərçivəsində ayaq şəklində göstərməyi planlaşdırır.
Denis Babletlə söhbətində bu barədə deyirdi: “Çox güman ki, bu mənə böyük təsir göstərmişdi. Uşaq üçün bu çox ağır təcrübədir. Əgər o heç nə anlamırsa belə”.
Kantor həmçinin digər uşaqlıq xatirələrini və ailə üzvlərini də tamaşada personajlaşdırmışdı: anası, atası, qohumları ilə yanaşı əsərdə Balaca rawin – yəhudi keşişi obrazı da vardır. İkinci dünya müharibəsi ərəfəsində Polşada əhalinin yarısını yəhudilər təşkil edirdi. Bu da tamaşaya öz təsirini göstərmişdi.
Hadisələr “Xəyallar otağı” adlanan məkanda baş verir. Yataq, şkaf kimi mebellərin olduğu adi, sakit bir otaq birdən-birə əlində nəhəng xaç tutmuş insanlarla, əsgərlərlə dolur. Burada ailə həyatından səhnələr, müharibə xatirələri İsanın iztirabları ilə əlaqələndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir