Ana səhifə » Pəncərə » Elçin Cəfərov – Tbilisi Loves You

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Elçin Cəfərov – Tbilisi Loves You

(10-cu Tbilisi Beynəlxalq Teatr Festivalı haqqında qeydlər)
Tbilisinin mərkəzi küçələrində şifrəsiz internet şəbəkəsinin (WI-FI) adı belədir. Hər küçəsindən, hər daşından sevgi yağan Tbilisidə olmaq həmişə bayramdır. Xüsusən də, əgər bu şəhərə teatr festivalında iştirak etmək üçün gəlmisənsə.
Bu il artıq 10-cu dəfə keçirilən Tbilisi Beynəlxalq Teatr Festivalı və onun çərçivəsində Georgian showcase (Gürcüstan şoukeysi) baş tutdu. Mən də gündəlik rutin işlərdən qopub festivalda iştirak etdim və özüm üçün kiçicik bir nəfəslik açdım. O nəfəslikdən aldığım tər-təmiz teatr havasını təkcə öz ciyərimə çəkməmək üçün düşündüm ki, mütləq festival haqqında bir yazı yazmalıyam. Təbii, festival çərçivəsində nümayiş olunan bütün tamaşalardan yazmaq real görünmür, əslinə qalsa, şəxsən özümdən ötrü maraqlı da deyil.
Ki, şoukeysin ilk günündə cəmi 4 tamaşa nümayiş olundu. “Çexovun gülüşü” (Teatr Globe Rustaveli 19), “Birə və qarışqa” (N.Dumbadze adına Peşəkar Dövlət Gənclər Teatrı), “Kuraj ana və uşaqları” (Tumanişvili Kino Aktyorları Teatr Studiyası)“Marat/Sad” (İlia Çavçavadze adına Dövlət Universitetinin “İlianu” teatrı).

“Kalbatono Anna Firlinq”
Yəni, “Kuraj ana və uşaqları” (Tumanişvili Kino Aktyorları Teatr Studiyası). B.Brextin dünyaca ünlü pyesi əsasında rejissor Gerogi Sixarulidzenin quruluş verdiyi tamaşa festivalın ən yaxşılarından idi.
Brextin pyesini 55 dəqiqəyə “sığdıran” rejissor mətn üzərində ciddi əməliyyat aparıb, ixtisarlar və əlavələr edərək mətni çağdaş dövr üçün son dərəcə aktual ədəbi əsasa çevirib.
G.Sixarulidzenin tamaşası müharibə haqqındadır. Hər hansı müharibə haqqında yox, ümumiyyətlə müharibə haqqında. Tamaşa müharibə haqqında soyuq mühakimə yürütmür. Əksinə, gündəmə gətirdiyi problemi emosional (hətta bəzən ifrat emosional) şəkildə şərh edir. Oyunçular ifa etdikləri obrazlardan yadlaşdıqları qədər onlara yaxınlaşır, hətta müəyyən məqamda identikləşirlər. Doğrudur, Gürcüstan reallığına o qədər də yaxından bələd deyiləm, ancaq mənə elə gəldi ki, gürcülərin “Kuraj”ı ən çox elə gürcülərin özləri haqqındadır, öz müharibələri, öz tarixləri, siyasi hadisələri haqqında. Hər halda, tamaşada Gürcüstan gerçəkliyinə göndərmələr kifayət qədərdir.

Canlı muzey eksponatları
Tamaşa üçün düşünülmüş səhnə modulu (rəssam Teo Kuxianidze) orijinaldır, olduqca maraqlıdır, çox qısa zaman ərzində transformasiya oluna bilir və bununla da xırda detal dəyişikliyi ilə müxtəlif məkanları simvollaşdırır. Tamaşa başlayan kimi səhnədə rəngarəng ekzpoziyası olan müasir hərbi muzey görürük. Səhnənin kənarlarında içində muzeyin müxtəlif döyüş geyimləri asılmış şüşə otaqları yerləşdirilib. Bu tərtibat gözəgəlimli olduğu kimi, həm də olduqca funksionaldır. Tamaşanın müəllifləri bu moduldan istifadə edərək, əsas ideyanı vurğulayırlar. Bircə dəqiqə öncə tarixin qalığı kimi qavradığımız donmuş muzey eksponatları qarşımızda canlanır və günümüzün insanlarına çevrilirlər. Bununla rejissor, bəlkə də, “Kuraj ana və uşaqları” pyesinə müraciət etməsinin əsas səbəbi olan ideyanı həm də vizual şəkildə tamaşaçıların beyninə yeridir: müharibə heç vaxt köhnəlmir, heç vaxt tarix olmur. Müharibə hər an canlana, yenidən təkrarlana və bizim rəvan həyatımızı alt-üst edə bilər. Eynən Anna Firlinqin ailəsinin həyatı kimi.

Arabasız Kuraj 
Tamaşada “Kuraj ana və uşaqları” əsərinin səhə təcəssümləri üçün ənənəvi hal sayılan arabaya da rast gəlmirik, o arabanın üstünə taxılan “ingilis bayraq”larına da.
Səhnənin arxa hissəsində asılan ekran isə muzeyin videobələdçisi kimi “oxunur”. Ekranda müxtəlif müharibələrdən kadrlar nümayiş etdirilir, müharibənin dəhşəti daha açıq və vizual şəkildə tamaşaçılara çatdırılır.
Hənuz. Ən dəhşətlisi bu deyil. Heç XVII əsrdə baş vermiş otuz illik müharibələrdə, yaxud Cahan savaşlarında milyonlarla insanın ölümü də ən dəhşətlisi deyil. Ən dəhşətlisi odur ki, müharibədə üç uşağını itirmiş bir qadın – Kuraj ləqəbli Anna Firlinq müharibə istəyir. Çünki müharibə ona lazımdır. Kurajın bu sözləri tamaşanın leytmotivi kimi çıxış edir. Müharibə lazımdır.Hamı müharibənin dəhşətlərini duyur, görür, anlayır. Amma buna rəğmən, müharibənin olmasını istəyir. Dünyada müharibənin dəhşətləri haqqında minlərlə əsər var, teatr tamaşası, film var. Lakin bəlkə də bu bədii əsərlərin heç biri Kurajın “Mənə müharibə lazımdır” – sözləri qədər dəhşətli səslənmir. Hərdən adama elə gəlir ki, Kuraj elə Almaniyanın özüdür – müharibə istəyir, müharibəni biznesə çevirir – ancaq müharibədən ən çox əziyyət çəkən də elə özü olur.
Giorgi Xotsitaşvilinin musiqisi, sadəcə, tamaşanın ideyasının açılmasına xidmət etmir, müəyyən məqamlarda hadisələr xətti məhz bu musiqinin üzərində qurulur. Xüsusən, Brextin “zonq”larının ifası zamanı musiqi öz apogeyinə çatır və müharibəyə qarşı üsyan nidalarına çevrilir. Zonqlar tamaşanı Brextin epik teatrına daha da yaxınlaşdırır və yabançılaşma effektinin əldə olunmasına şərait yaradır.

Nineli Chankvetadzenin intellektual empatisi
“Kuraj ana və uşaqları” tamaşasının uğurlu alınması üçün, ilk nöbvədə, Kuraj rolunun ifaçısı tapılmalıdır. Tumanişvili adına teatrda beləsi var – Nineli Chankvetadze. Açığı, bu aktrisanı birinci dəfədir ki, səhnədə görürdüm. Heç əvvəllər də haqqında heç nə eşitməmişdim. Ancaq əminəm ki, Nineli intellektual aktyor tipinə mənsubdur. Çünki Brextin bədii və elmi yaradıcılığına bələd olmadan, onun teatr fəlsəfəsinin mahiyyətini dərk etmədən belə Kuraj oynamaq müşküldür. Aktrisa Anna Firlinqin faciəsini “yaşamağa” çalışmır, buz kimi soyuq, təmkinli ifası ilə səhnədə baş verənlərin və baş verəcəklərin dəhşətini rampanın bu biri tərəfinə ötürür. Emosional ifadə vasitələrindən son dərəcə xəsisliklə istifadə edən aktrisa tamaşaçı zalını passiv müşahidəçi mövqeyindən çıxararaq, hadisələrin iştirakçısına, tənqidçisinə, hətta bəzən hakiminə çevirməyi bacarır.Maraqlıdır ki, bunun üçün heç bir “açıq sistemə”, “bayağı interaktivliyə”, zalla bilavasitə dialoq qurmağa ehtiyac qalmır. İfaçının tamaşaçı zalı ilə ünsiyyəti intellektual empatiyə söykənir. O, seyrçini duyğulandırmaq, onu riqqətə gətirmək, ağlatmaq yox, onu səhnədə baş verənlərlə, deyilənlərlə virtual mühakiməyə cəlb etmək istəyir. Səhnədə aktyorlardan “obraza girmək, ağlamaq, sızlamaq, çığır-bağır salıb emosional partlayış yaratmaq” gözləməyən rejissorun yozumuna söykənən aktyor epik teatrın təhkiyə üslubunu qəbul edib də, “oyun şərtlərinə” uyğun olaraq, hadisələrə rasional yanaşır, təhlil edir, qənaətlər çıxarır və seyrçini də bu əməliyyata cəlb edir.Nəfəs almaq mümkün deyil
Tumanişvili teatrının tamaşasında peşəkar aktyorlarla yanaşı, Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetinin tələbələri də çıxış edir. Əyinlərində kostyum bir dəstə gənc zaman-zaman səhnəyə çıxıb var-gəl edir, yenidən gözdən itirlər. Onların səhnəyə hər gəlişi fərqli “oxunur” və tamaşanın mənalar müstəvisinə yeni çalarlar gətirir. Tələbələr gah muzey ziyarətçilərini, gah müharibə iştirakçılarını, gah şahidləri simvollaşdırır. Səhnəyə növbəti gəlişlərində onların əleyhqaz geyindiklərini görürük. Demək, artıq Almaniyanı, bəlkə də Gürcüstanı, lap elə bütün dünyanı müharibə meydanına, ölüm zonasına çeviriblər. Müharibə hər yanı viran qoyub. Dünyada artıq yaşanılası bir şey qalmayıb. Nəfəs almaq mümkün deyil. Nəfəs almağın mümkünsüzlüyü sanki tamaşanın bütün hüsnünü, tempini, ritmini təyin edir.

(ardı var)

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir