Ana səhifə » Kinoteatr+ » Review » Ədilə Ağayeva – Alman payızı-Suspiria

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Ədilə Ağayeva – Alman payızı-Suspiria

“Xilas olmadım ki; Şərəfimin lazım bildiyi kimi, 19 noyabr,1918-ci ildə beynimə bir güllə sıxdım; mən ölüyəm, içimdə yaşayan mən deyiləm.O gündən bu yana “mən” deyə bir şey bilmirəm… Mən millət üçün öldüm. Bu səbəbdən içimdə yaşayan hər şey yalnız millət üçün yaşayır. Etməli olduğum şeyi edirəm, çünki hər gün ölürəm. Etdiyim şeylər yalnız tək bir gücün xidmətində olduğu üçün, etdiyim hər şeyin kökü o gücdən qaynaqlanır. Bu güc dağılma istəyir, mən də dağıdıb yox edirəm… – Bir imperiya zabiti olaraq, inqilab günündən necə xilas olduğu sualına cavab verərkən Kern bu cür deyir.
(Erix Fromm “İnsanda dağıdıcılığın kökləri”)  

İtalyan rejissor Dario Argento 1977-ci ildə “3 Ana” trilogiyasının əsasını “Suspiria” filmi ilə qoyur. “İnferno” qaranlıqlar anası Tenenbrarum, “Göz yaşları anası” Lachrymarumdan bəhs edirsə, “Suspiria”adı bilinən yeganə ana olan Markosdan – Suspiriorumdan bəhs edir. 2018-ci ildə yenidən Suspiria mövzusuna qayıdan italyan rejissor Luca Guadagninodan sırf Darionun Suspiriasına bənzər və ya onun vizuallığına sadiq bir film gözləyirsizsə, bu ümidləriniz yox olacaq. Qarışıq tənqidi fikirlər səsləndirilən filmdə ssenarist David Kayganich reallıqdan tamam uzaq süjet yaratmaqdan imtina etmiş, ilkin versiyanın yarandığı ildən bəhrələnmişdir və mövzunu “özününküləşdirmişdir”. Rejissor dəyişkən, canlı rənglər əvəzinə rənglərlə oynamaqdan imtina etmiş, “qışsayağı” rəng tonallığı və kölgələrlə qaranlığın rəqsini üstün tutmuşdur. Rənglərin yaratdığı gərginliyi isə süjet xəttinin dərinliyi və hadisələrin bir-birini ötməsi əvəzedir. Lucanın özünün qeyd etdiyi kimi bu bir rimeyk (remake) yox, Argentoya heyranlıq, ona hörmət və sevginin nəticəsidir.

giphy

Tamaşaçını ölüm və Thom Yorkun tilsimli ifasıilə qarşılayan səhnə “Ana” ölümü ilə filmin əsas məğzini özündə birləşdirir. Seyrçini yağışlı,əsgərlərin xaos yaratdığı bir küçəyə atan rejissor bizi gənc bir qızınanlaşılmaz problemi ilə tanış etməyə başlayar. Psixoloq-həkim Klempererinyanına vaxtsız gələn Patricianın(Сloe Moretz) ifritələr barədə fikirləri və gözlənilməz qaçışı ilk gərginliyin əsasınıqoyur. Film boyu müharibənin yalnız filmin atmosferini qorumağa çalışan birvasitə və arxa fon kimi düşünsək də, əslində, əsas xətt qədər önəmli olan bu fon qoca həkim vasitəsilə özünü təsdiq edir. İlk cəhddən həkim Klemperer və Patricia iki cəbhənin nümayəndəsi kimi çıxış edir: müharibə və magiya, köhnə və yeni, kişi və qadın. Bir-birilə çəkişmədə və xaos münasibətində olan bu inqrediyentləri birləşdirən isə güc və daimi mübarizədir. Klemperer və Patricia hərəsi öz cəbhəsinin qurbanı rolundadırlar. Lakin müharibəni kişi, magiyanı isə qadın yaratmışdır. Patricianın gündəliyindən göründüyü kimi, basdırılmış daxili şiddət özünü sosial zorakılıqda (“binalara butulka atmaq”) ifadə edir. Cinslərin və onların güclərinin rəqabətini göstərən film ardıcıl tarixi faktlara toxunur.

512

İlkin versiyanın çəkildiyi 1977-ci il Qərbi Almaniyada “Alman payızı” (Deutscher Herbst) kimi tanınır. Və maraqlısı budur ki, hadisələri bank müdiri Jürgen Pontonun qaçırılması və öldürülməsi başlatmışdı ki, bu hadisəyə qarışanlar Qırmızı Ordu Fraksiyasından (RAF) olan 3 qadın idi (Brigitte Mohnhaupt, Christian Klar və Pontonun vəftiz qızı Susanne Albrecht). Amerikanın Ohayo ştatından Berlinə “Tanz” rəqs məktəbinə gələn gənc qız Suzi (Dakota Johnson) ilk rəqsindən müəllimə madam Blancın (Tilda Swinton) diqqətini çəkməyi bacarır. İlk versiyadan fərqli olaraq, cadugərlərin həyat tərzini, onların həyatını, məişətini ilk dəqiqələrdən öyrənirik. Və sən demə, bu qruplaşmada Madam Blanc və Ana Markos tərəfdarları arasında ədavət mövcuddur. Eyni zamanda Suzi və Blanc arasında incə və gizli münasibət yaranır. Filmin əvvəlində Patricianın həkimə onların – cadugərlərin şah damarı olmaqdan imtina etməsini bildirməsinə qarşılıq olaraq, Suzi “əllər” olmağa qərar verir. Filmdə daha bir şiddətli və maraqlı səhnə var ki, Patricianın hissəsini oynamaqdan imtina edən və içindəki nifrəti və cadugərlər haqqında düşündüklərini açıqca ifadə edən Olga (Elena Fokina), voodoo sayağı magiya ilə eynilə Suzinin ifadə etdiyi rəqs parçasını paralel olaraq təkrar edərək bədəninin deformasiya olunmasına gətirib çıxarır. Maraqlısı isə burasındadır ki, dəhşətli bədən deformasiya texnikasını Elena Fokina komputer qrafikası müdaxiləsindən imtina edərək özü icra etmişdir.  

Taylandlı operator Mukdeproomla işləyən Guadagninonun filmində bəzən Dogma 95-i xatırladan və çəkim qaydalarını göz ardı edən kadrları, bəzən isə bəsit dərəcədə olan slow-motionları görürük. Uzun çəkimlərlə bərabər attraksionların montajından geniş istifadə gərginliyi pik həddə çatdırır.  

Suzinin rəfiqəsi olan Anna (Mia Goth), ən azı, onun qədər önəmli rol oynayır. Klempererin Annaya həqiqətləri deməsindən sonra mühafizəkar Anna özü 
ona həyatı bahasına başa gələcək həqiqəti araşdırmaq qərarına gəlir. Suziyə onun Blanc tərəfindən tilsimləndiyini bildirdikdə isə, o, qəti şəkildə etiraz edir. Birinci şübhə artıq buradan yaranır. Patricianın axtarışını təşkil edən polislərin tilsimlənib aşağılandığına şahid olmuş Suzinin bundan şübhələnməməsi təəccüb doğuracaqdı. Müharibənin bu qapalı binaya daxil olması isə ya televiziya xəbərləri, ya da pəncərədən gələn səslər vasitəsilə reallaşır. Tarixi fakta əsasən, RAF keçmiş nasist olan Hanns Martin Schleyeri qaçıraraq, 11 nəfər tərəfdarlarının həbsxanadan buraxılmasını, digər yandan isə 4 nəfər ərəbdən ibarət qrup Lufthansa təyyarəsini qaçıraraq Türkiyədə tutulan fələstinlilərin azad olunmasını tələb edirdi. Nəticədə, təyyarə tapılaraq ərəblər öldürüldü, həbsxanada olanlar isə sui-qəsd edilərək kütləvi intihar adı ilə təqdim olundular. Bu azadlıq və qurban edilmə mərasiminin filmin sonunda daha bir təkrarlanmasını görəcəyik:lakin qadınlar tərəfindən. Müharibə və ifritələr arasında daha bir oxşar məqam isə manipulyasiya gücünün silahdan daha önəmli rol oynamasıdır.

Tilda-Swinton-in-Suspiria

Müharibənin digər carçısı isə həkim Kemplererdir ki, onun gündəlik həyatına, hətta ən xırda detallı hərəkətlərinə belə hörmətini nümayiş etdirən rejissor həqiqi prototipi olan psixoanalitik Lutz Ebesdorfun çəkiliş meydançasına gəlməsini təkid etməmişdir və bu rolun öhdəsindən Tilda Swinton gəlmişdir.  Filmin sonrakı aktında Damien Jaletin Les Médusées xareoqrafik əsərinin əsasında “Volk” rəqsi oynanılır. Filmin ilkin versiyasından fərqli olaraq burada nəinki rəqsə geniş yer ayrılmışdır, hətta, adi balet rəqsindən fərqli olaraq eksperimental rəqs də əlavə edilmişdir (contemporary dance). Senarist Kayganich qeyd edir ki, rəqs konsepsiyasında alman ekspressionist rəqqasları Mary Wigman və Pina Bauschdan təsirlənmişdir. Ritualı xatırladan bu xaotik rəqsi izləməyə həkim Kemplerer belə gəlmişdir. Annanın binanın alt mərtəbələrinə enərək cəhənnəmin dibindən çıxardığı həqiqət, onun vəhşiyə çevrilmiş Olga və Patricia ilə qarşılaşmasına səbəb olur. Ayağını sındıran Anna Blancın tilsimi altında rəqsə dönür və bu ibtidai vəhşiliyi təmsil edən rəqs tilsimin qırılması və Annanın əbədi itirilməsi ilə nəticələnir. Film boyu ifritələrin 2 gecə gəzintisi və birlikdə şam yeməyinə şahid oluruq ki, bunların hər ikisində Suzi iştirak edir. Sonuncu isə 2-ci şübhənin yaranmasına səbəb olur. Baxışlarla danışan Suzi Blanc-a meydan oxuyarcasına hakimiyyəti ələ keçirir.

367173

Əfsanələr boyu güclü qadının – pis niyyətli qadın olaraq tərənnüm edilməsini nəzərə alaraq, filmin son aktında Hind mifologiyasında vəhşi və qaniçən ilahə olan Kalini xatırlamaq lazımdır ki, bu da birbaşa şiddət və ana mövzusu ilə əlaqəlidir. Dünyadakı fəlakətlərin qabağını ala bilməyən Tanrılar dualar edərək, ilahə Durganın ortaya çıxmasına səbəb olurlar. Düşmənlərlə mübarizədə gücünü itirən Durga  (Helena Markos) özünü Kaliyə (Suspiriorum) dəyişir. Qurbanvermə ritualı gərgin və tilsimli rəqsilə müşayiət olunur və həkim Kemplerer çılpaq halda bu ritualda iştirak etməyə məcbur edilir. Qadın gücünü nümayiş etdirən bu proses kişi cinsi tərəfindən şahidlik tələb edirdi. Helena Markosa qurban gələn Suzi məhv olacağını və hərşeyi qəbul etdiyini bildirir. Lakin, öncə o ilk addımı atmalı və öz anasını xəyalında öldürməlidir: bu prosesə qarşı çıxan Blanc isə Markos tərəfindən öldürülür. Süjet boyu ölüm yatağında olan ananın xatirələrini bir neçə dəfə görsək də, onun ölüm anı gerçəkləşmir, lakin onun dilindən bir ifadə eşidirik: “Mən peyğəmbər dünyaya gətirdim”. Ölümü çağıran Suzi Mater Suspiriorum olduğunu elan edir və Markos tərəfdarlarını onun əli ilə öldürür. Patricia, Olga və Annanın ölüm arzularını həyata keçirən Suzi növbəti gün Kemplerer’in evinə gedir. 35 il müddətinə həyat yoldaşının xatirəsi, Patricianın problemləri, Annanın ölümə məhkum olması fikri Suzinin xilas əli ilə ona əzab vermiş bütün qadınları yaddaşından silir. Və filmin sonu fırtınadan sonrakı ölü sakitliyi xatırladır:heç vaxt baş verməmiş, lakin heç zaman unudulmayacaq hadisələri. 

4.5

Ədilə Ağayeva

Luca Guadagnino “Suspiria”(2018) filmi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir