Ana səhifə » Persona » “Dünyanın teatr xəritəsinə Azərbaycanın adını yazdıran aktyor” – Qasım Nağı

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

Müsahibə
İyun 20, 2019

Xəyalə Rəis – Səhnədə 400 qərənfili öldürən ingilis tamaşası 

“Dünyanın teatr xəritəsinə Azərbaycanın adını yazdıran aktyor” – Qasım Nağı

Soldakı şəkildə gördüyünüz məşhur Amerika teatrşünası və rejissoru, Nyu York Universitetinin professoru Riçard Şexnerdir. Bu gün dünya səviyyəsində teatr sənətinin ən mahir bilicisi kimi tanınır. 
Sağdakı şəkildə gördüyünüz isə Vaqif İbrahimoğlunun yetirməsi, YUĞ Dövlət Teatrının aktyoru, Humay Milli Mükafatı laureatı Qasım Nağıdır. Bu iki şəxsi nə birləşdirə bilər axı, sualının yaranması təbiidir. 
Ancaq bilənlər bilir, bilməyənlərə bəlli olsun ki, YUĞ Tatrı 2009-cu ildə Eksperimental Teatr Festivalında Məhəmməd Füzulinin poeziya nümunələri əsasında hazırlanmış “Rəhm” (quruluşçu rejissor – Tural Mustafayev) və “Ya Rəbb” (quruluşçu rejissor Mir Sahib Ağayev) tamaşası ilə çıxış edib. Həmin tamaşanı izləyənlər arasında olan Riçard Şexner Qasım Nağının ifasını çox bəyənib. Maraqlıdır ki, az qala, bir əcnəbi teatrşünasla eyni dəhlizdə təsadüfən üz-üzə gəldiyini də, fəxarətlə ağızdolusu danışan, birin üstə beş qoyub özündən deyən sənətçilərimizdən fərqli olaraq Qasım Nağı bir dəfə də olsun bu barədə danışmayıb. Bəs, mən haradan bilirəm? Aydın Talıbzadədən eşitmişəm, daha doğrusu, oxumuşam.

Aydın Talıbzadə “Qahirənin festival dodekafoniyasi və ya Afrika üçün siyasi teatr” adlı məqaləsində yazır: “Tamaşadan sonra biz bir-birimizə təbriklər söyləyirik… Elə bu məqamda bir nəfər Qasım Nağıya yaxınlaşır və məndən xahiş edir ki, onun dediklərini ingiliscədən azərbaycancaya çevirim. Həmin bu adam Qasım Nağıya müraciətən: “Sizin dilinizi bilmirəm. Amma mən Sizin ürəyinizi gördüm. Sizin ifanız çox təsirli və səmimi idi”. Növbəti gün festivalın gündəliyində bu adamın şəklini tanıyıb onun Riçard Şixner olduğunu yəqinləşdirirəm. Bu ki balaca bir uğurdur, uşaqlar! Azından bizi gördülər, qeyd elədilər: festivalın yaddaşına düşdük: “Yuğ” dünyanın eksperimental teatr xəritəsinə Azərbaycanın da adını yazdı”.

Sizi bilmirəm, məndə belə bir sual yarandı: dünyanın eksperimental teatr xəritəsinə Azərbaycanın da adını yazdıran, Riçard Şexner kimi teatr bütünün diqqətini çəkən bir aktyor necə olub ki, Azərbaycan teatrında o qədər də çox diqqət çəkməyib? Necə olur ki, ömrünün 25 ildən artıq vaxtını teatra həsr edən sənətçinin heç bir fəxri adı yoxdur? Səbəb olduqca sadədir. Bu zatən ləyaqətli adamın təvazökarlığı. Təcrübə göstərir ki, çox təvazökar olmaq da bir şey deyilmiş. Nədən ki, ağlamayana pəpə yoxdur. 
Amma və lakin… Nə yaxşı ki, Azərbaycan teatrında Qasım Nağı kimi “ağlamayan”, ləyaqətli və istedadlı sənətçilər var. Bu gün Qasım bəyin 45 yaşı tamam olur. “Teatro” kollektivi adından sənətkarı təbrik edir, möhkəm cansağlığı və yeni yaradıclıq uğurları arzulayırıq.

Oxşar yazılar

1 Comment

  1. Aydın Aydın dedi ki:

    Qasım Nağı Azərbaycan aktyor sənətində yeni oyun üslubunun təmsilçisidir. “Əbədi mürid”, “sənət divanəsi” və “küçə dilənçisi” diskurslarında açılan aktyordur. Oynadığı rollarda həmişə kədərlə sarkazm arasında rəqs edir. Reaksiyaları hər zaman dəqiq olur, nəyi nə cür ifa edəcəyini yaxşı bilir. Sakit, üzüyola görünməsinə rəğmən qənbərdən bərkdir, kükürd kimi çırtıltı ilə yanmağı da var. Vaqiv İbrahimoğlu yaradıcılığının son mərhələsinin ən ideal aktyoru Qasım Nağı idi.
    Bu qısa portret-qeydlər sənin olsun Qasım Nağı! Ad günün mübarək!!!
    Aydın Talıbzadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir