Ana səhifə » Xəbər » Dünyanın ilk kino məktəbi Bakıya gəlir

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

Müsahibə
İyun 20, 2019

Xəyalə Rəis – Səhnədə 400 qərənfili öldürən ingilis tamaşası 

Dünyanın ilk kino məktəbi Bakıya gəlir

8-12 aprel tarixlərində S.A.Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun professor-müəllim heyətindən və tələbələrindən ibarət 40 nəfərlik nümayəndə heyəti Azərbaycanda olacaq. ÜDKİ-nin rektoru, Mədəniyyət və İncəsənət tədris müəssisələri assosiasiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, Rusiya Təhsil Akademiyasının akademiki, professor Vladimir Malışov rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə V.Arxipov, A.Zakirov, İ.Klebanov, V.Menşov, E.Rusinova, V.Fokin, V.Xotinenko, T.Yakovleva, Y.Yaromenko kimi məşhur pedaqoqlar, o cümlədən İnstitutun 25 tələbələsi daxildir.

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkil etdiyi tədbir  “MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu (VQİK) günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində həyata keçirilir.

9 aprel tarixində saat 11.00-da ADMİU-nun Elmi Şura otağında tədbirin açılış mərasimi və mətbuat konfransı baş tutacaq. Açılış mərasimində həmçinin iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq müqaviləsi də imzalanacaq.

VQİK günləri çərçivəsində bir sıra maraqlı tədbirlərin həyata keçirilməsi gözlənilir.

Belə ki, aprel ayının 9-da Nizami Kino Mərkəzində Rusiyanın Xalq artisti, SSRİ Dövlət Mükafatı və “Oskar” mükafatı laueratı Vladimir Valentinoviç Menşovun yaradıcılıq gecəsi baş tutacaq.

Məşhur sovet teatr və kino və televiziya aktyoru, kinorejissor, ssenarist, prodüser V.Menşov 17 sentyabr 1939-cu ildə Bakıda doğulub. Rusiya Federasiyasının Xalq artisti, SSRİ Dövlət Mükafatıdır. “Moskva göz yaşlarına inanmır” filminə görə “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə Amerika Kino Akademiyasının “Oskar” mükafatına layiq görülüb. Növbəti gün – aprelin 10-da isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun professoru, aktyor emalatxanasının rəhbəri, Rusiyanın Xalq artisti, RF Əməkdar incəsənət xadimi Vladimir Petroviç Fokinin A.M.Volodinin əsəri əsasında quruluş verdiyi “Beş axşam” tamaşası nümayiş olunacaq. ADMİU-nun mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov Teatro.az sənət portalına verdiyi açıqlamada deyib: “V.Fokinin tələbələrlə hazırladığı tamaşanı ADMİU-nun həm müəllimləri, həm də tələbələri səbirsizliklə gözləyir. Hələ ki, tamaşa haqqında ətraflı məlumatımız yoxdur. Əlimizdə yalnız tamaşanın annotasiyası var. Annotasiyada deyilir:

“Nə də olsa, həyat zalımdır. Birini sındırır, digərini əzir” – bu sözləri pyesin qəhrəmanlarından biri olan Slavik deyir. Əlbəttə ki, həyat zalımdır, amma insanın həyatdan daha yaxşı heç nəyi də yoxdur. Məsələ yalnız onun necə sərf edilməsindədir. Yaşca məndən çox da böyük olmayan Slavik körpə ikən müharibəni, hətta blokada həyatını yaşayıb, amma öz taleyi müqabilində onu bu həyatda saxlamış bibisini anlaya bilmir.Odur ki, bu günün gəncləri haqqında nə deyə bilərik ki… onlar üçün bizim müharibə Kulikov döyüşünə bənzəyir, müharibədən sonrakı illər “fokusdan kənar” qalıb, müxtəlif teleşoularda əks siyasi və sair qütblərin nümayəndələri bir-birini gəmirir.

Mənim A.Volodinin pyesini “mükəmməlləşdirmək” kimi bir niyyətim olmayıb. Məqsədimiz ən azından bu pyesin dərinliklərinə qədər enib mənasına çatmaq, gənc aktyorlara öz personajlarını mum muzeyi fiqurları kimi deyil, diri insanlar qismində görməyə yardımçı olmaq, onların ağrılarını dərk edib özününküləşdirmək, aza qane olmaq və ən əsası, onların sevmək bacarığını aşkarlamaqdır. Məhz bu, illərlə sağalmaq bilməyən sevgi insana bəxş edilən və ona müharibənin dəhşətindən, blokadanın cəhənnəmindən, Stalin repressiyalarının qarabasmasından keçmək və insan olaraq qalmaq üçün güc verən nəsnədir.Tamaşaya parlaq mahnı və şeirlərini bəxş edən, bununla da nəzərdə tutulmuş ideyanın gerçəkləşməsində son dərəcə mühüm qatqısı olan Veronika Dolinaya və Yuliy Kimə dərin təşəkkürlərimizi, şeirləri ilə tamaşamızı bəzəyən rus şairlərinə ehtiramımızı çatdırırıq!”

Layihə çərçivəsində bir çox ustad dərsləri, seminarlar, treninq və məşğələlər, dəyirmi masalar, sərgilər, konsertlər, film nümayişləri və ÜDKİ-nin məzunları ilə görüşlər keçiriləcək. Bu günlərdə ADMİU-da ÜDKİ-nun kinoklubu da açılacaq.

Qonaqlar həmçinin ADMİU-nun tələbəsi Raulya Türkkanın hazırladığı “Səmavi” tamaşasına da baxa biləcəklər.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir