“Dovşanın ad günü”nə hazırlaşanlar

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası bu teatr mövsümünə də premyera ilə yekun vuracaq.
Belə ki, iyulun 3-də (saat 12.00) teatrda “Dovşanın ad günü” adlı uşaq tamaşasının nümayişi olacaq.
Tamaşa Azərbaycanın məşhur uşaq yazarı, balacalar üçün yazılan onlarla şeir, poema və səhnə əsərinin müəllifi Xanımana Əlibəylinin 100 illiyi münasibətilə səhnələşdirilib.
Müəllifin eyniadlı əsəri əsasında hazırlanan əsəri səhnələşdirən studiyanın bədii rəhbəri Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruuluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, xoreoqrafı Ramiz Qəmbərov, rejissor assistenti Gülər Məlikovadır.
Uşaqlara dostluq, sədaqət, dürüstlük və ən əsası sevgi, humanizm aşılayan birhissəli tamaşada rolları studiyanın istedadlı yetirmələri Aysu və Uğur Cəbrayılovlar, İbrahim Laçın, İnci Mustafalı, Mələk İsabalasoy, Vüsal Davudlu, Tuncay Bəxtiyarov, Ömər Akın, Adil Əlizadə, Hüseyn Quliyev, Nəzrin Süleymanlı və İlqar İbrahimli ifa edirlər.
Xeyriyyə məqsədli tamaşada BMT-nin Azərbaycan nümayəndəliyinin xətti ilə ölkəmizdə yaşayan suriyalı qaçqın uşaqlar, UAFA təşkilatında qeydiyyatda olan daun va autizm sindromlu balacalar da iştirak edəcəklər.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Bakıda 2-ci M.A.P. Beynəlxalq Teatr Festivalı

YARAT Müasir İncəsənət Məkanı cari ilin 6-11 noyabr tarixlərində 2-ci M.A.P. Beynəlxalq Teatr Festivalını təqdim edəcək. Ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi üçün platforma kimi...

Oskar Yelinek – Aktyor (hekayə)

Gənc aktyor Ernst Lüdviq anasının ağır xəstəliyi barədə teleqramı təzə rolun mətni ilə eyni vaxtda aldı; mətni və teatrın ünvanına göndərilən teleqramı ona kuryer...

I Like Talking About Food

Yourself required no at thoughts delicate landlord it be. Branched dashwood do is whatever it. Farther be chapter at visited married in it pressed....

Recent

Bakı Uşaq Teatrında premyera

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı mövsümün sonuna yaxın daha bir yeni tamaşa ilə çıxış edəcək. Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında...

“Qızıl açar və yaxud Buratino”

Böyük teatr ənənələrinə malik olan Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu mövsümdə balaca dostların görüşünə gəlir. Teatrın gənc rejissoru Elməddin Dadaşov “Buratino” əsərinə müraciət edib. “Qızıl...

Xalq teatrları və dram dərnəkləri

Xəbər verdiyimiz kimi, 23 may 2018-ci il tarixində Yevlax şəhər Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və Bərdə Regional...