“Danabaşlar” tamaşası nümayiş olunub

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə Cəlil Məmmədquluzadənin  əsəri əsasında “Danabaşlar” tamaşası nümayiş olunub. Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində həyata keçirilib.

Tamaşanın quruluşçu rejissoru kurs rəhbəri Əməkdar artist Yaqut Paşazadə, səhnələşdirmənin müəllifi Mir Sahib Ağazadə, kursun səhnə danışığı müəllimi dosent Nadir Hüseynovdur.

“Danabaşlar” tamaşası Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu” əsərləri və bir neçə felyetonun səhnələşdirməsi əsasında hazırlanıb.  Səhnələşdirmə, çox təəssüf ki, bu gün də öz aktuallığını saxlayır. Belə ki, Mirzə Cəlildən bu yana novruzəlilərin avamlığını, kor-koranə itaətini, məmmədhəsənlərin mövhumatını, xudayarların zülmü-istismarını, qazilərin, şeyx nəsrullahların uydurma fitvaları ilə avtoritetini saxlamasını, şəriəti rəzilliklərinə vasitə etməsini  inkişaf etmiş, müasir texnologiyalara yiyələnən orta statistik azərbaycanlının həyatında hələ də görmək olar. Tamaşa qəmli komediya janrında hazırlanıb. Bu janr təyinini Mirzə Cəlilin bütün yaradıcılığına şamil etmək olar. Çünki ömrünün sonuna qədər qələmi istehzalı, gözü isə yaşlı olan Mirzə Cəlil son günlərini də tragikomik bir vəziyyətdə, əlyazmalarını sobada yandırıb istisinə qızınaraq keçirib.

Tədbirin sonunda çıxış edən tamaşanın quruluşçu rejissoru Əməkdar artist Yaqut Paşazadə bütün iştirakçılara təşəkkürünü bildirib.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Sizcə bu kədərlidir?

İnklüziv ƏSA Teatrı əlilliyi olan şəxslərlə bağlı növbəti sosial çarxını təqdim edib. “Sizcə bu kədərlidir?” adlanan sosial video vasitəsilə hər kəsi sosial mesajlarına qoşulmağa...

“Hellados” beynəlxalq festivalda

Gəncə Dövlət Dram Teatrı Gürcüstanda keçirilən Nodar Dumbadze adına II Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Gəncəlilər festivala Nodar Dumbadzenin “Hellados” əsəri əsasında teatrın baş...

Paytaxt teatrlarının həftəlik repertuarı (24-30 yanvar)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 24 yanvar Ç.Aytmatov “Manqurt” saat 19:00 25 yanvar Y.Polyakov “Sinif yoldaşları” saat 19:00 26 yanvar L.Tolstoy “Buratino axmaqlar ölkəsində” saat 12:00 L.Tolstoy “Buratino axmaqlar ölkəsində”...

Recent

Gələcəyi əmin əllərdə olan ADMİU-nun SABAH-ı

5 xarici ölkəyə səfər, 4 ölkədaxili qastrol, təkcə SABAH qrupları üçün xaricdən dəvət olunmuş 7 mütəxəssis, 11 tamaşa, xarici və ölkədaxili festivallarda iştirak... Yenə SABAH,...

Rejissor Ədalət Ziyadxanov vəfat edib

Uzun sürən ağır xəstəlikdən sonra tanınmış rejissor Ədalət Ziyadxanov 72 yaşında vəfat edib. Ə.Ziyadxanov 1946-cı il fevralın 23-də Bakı şəhərində anadan olub. M.Əliyev adına...

Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısını daha da artırmaq məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1....