“Danabaşlar” tamaşası Beynəlxalq Muğam Mərkəzində nümayiş olunacaq

5 may tarixində saat 19.00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Danabaşlar” tamaşası Beynəlxalq Muğam Mərkəzində nümayiş olunacaq. Tamaşada Teatr sənəti fakültəsində Dram teatrı və kino aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru kurs rəhbəri Əməkdar artist Yaqut Paşazadə, səhnələşdirmənin müəllifi Mir Sahib Ağazadə, kursun səhnə danışığı müəllimi dosent Nadir Hüseynovdur.

Səhnə əsərində Əlirza Kənani (Mirzə/Uçitel), Tunar Əlizadə (Xudayar bəy), Əbülfəz İsgəndərov, Fərid Bağırov (Qazı), Romən Hüseynov (Kefli İsgəndər),  Asim Mərdanov (Vəli bəy/Kəblə Mirzalı), Elnur Tağıyev (Vəli bəy/Kəblə Fətəli), Fərid Abbasov (Nəçənnik/Poçtalyon), Aksana İskəndərova (Madmazel/Fatmanisə/Səbzalı), Çimnaz Bağırova (Məmmədhəsənin arvadı/Mustafa), Rəhimə Abdinova (Əhməd/Gülpəri), Səbinə Məmmədova (Şaban nənə/Səkinə) və Ayan Məmmədova (Əsəd) çıxış edir. “Danabaşlar” tamaşası Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu” əsərləri və bir neçə felyetonun səhnələşdirməsi əsasında hazırlanıb. Səhnənin ortasında qara örtü ilə örtülən kitab isə müəllifin “Anamın kitabı” əsərini simvolizə edir.

Səhnələşdirmə, çox təəssüf ki, bu gün də öz aktuallığını saxlayır. Belə ki, Mirzə Cəlildən bu yana novruzəlilərin avamlığını, kor-koranə itaətini, məmmədhəsənlərin mövhumatını, xudayarların zülmü-istismarını, qazilərin, şeyx nəsrullahların uydurma fitvaları ilə avtoritetini saxlamasını, şəriəti rəzilliklərinə vasitə etməsini  inkişaf etmiş, müasir texnologiyalara yiyələnən orta stasistik azərbaycanlının həyatında hələ də görmək olar. Tamaşa qəmli komediya janrında hazırlanıb. Bu janr təyinini Mirzə Cəlilin bütün yaradıcılığına şamil etmək olar. Çünki ömrünün sonuna qədər qələmi iztehzalı, gözü isə yaşlı olan Mirzə Cəlil son günlərini də tragikomik bir vəziyyətdə, əlyazmalarını sobada yandırıb istisinə qızınaraq keçirib.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Mixail Çexov online oldu

Görkəmli rus aktyoru və teatr nəzəriyyəçisi Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri” kitabının onlayn versiyası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Açıq kitab” adlı...

Prezident teatrlara bir milyon iki yüz min manat pul ayırdı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam...

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Bu gün Moskvada B.Şukin adına Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələrin Bakı qastrolu başlayır. Xatırladaq ki, bu qastrol ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq gerçəkləşir....

Recent

Rənglərin dilində danışan insan

29 iyun tarixində görkəmli teatr rəssamı, Xalq rəssamı, Dövlət mükafatı laureatı, Akademik Milli Dram Teatrının baş rəssamı Nazim Bəykişiyevin 70 yaşı tamam olur. TeatrO.az-ın...

Sahib Ağayevin işdən azad edilməsinin məsuliyyəti tamamilə teatrın özünə aiddir

YUĞ Dövlət Teatrının rejissoru Sahib Ağayevin (Mir Sahib Ağazadənin) işdən azad edilməsi haqqında xəbər vermişdik. Məsələ ilə bağlı Yuğ Dövlət Teatrının direktoru İslam Həsənovla...

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Danışır - Dağlar Yusif, danışdırır – Emin Əliyev Yaşadığımız ilin 19 iyun tarixində “TƏK” Yaradıcılıq Platforması öz varlığını ictimaiyyətə bəyan etdi. Platformanın ilk tamaşası rejissor Asiman Ağa...