Ana səhifə » Resenziya » Dağlar Yusif – “Şən keçilərin sevgi odası…”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Dağlar Yusif – “Şən keçilərin sevgi odası…”

( komediyavari faciə üçün essevari resenziya )

Sevgi ilahi substansiyadır, enerjidir – hər şey onunla başlayır, hər şey onsuz bitir.
Sevgi mədəniyyətdir – insanın təbiətində gəzib dolaşan urvatsız instinktlər maskalanıb, qrimlənib davranış müstəvisində zühur edir.
Sevgi oyundur – teatral ehtiras oyunu…
Sevgi parıltıdır – gözlərini elə işıqlandırır ki, kor olursan…
Sevgi tuneldir, keçiddir – təbiətdən mənəviyyata yoldur.
Və sair və ilaxır…
Asan deyil… sevgi haqda yazmaq da, çəkmək də, qurmaq da çox çətindir, amma mümkündür.

Məsələn, Şekspir yazıb, Nofəl Vəliyev də tələbələrlə  (“Sabah” qrupları, dram-kino aktyorları, lll kurs;  dram-kino aktyorları IV kurs və b.)  qurub, daha doğrusu, quraşdırıb məhşur “Romeo və Cülyetta”nı  – sevgi haqqda yazılmış, söylənmiş ən gözəl və ən bəzəkli nəğmələrdən, əhvalatlardan birini.

Aldı görək nə soyladı…

Elə ondan başlayaq ki, niyə “qurub” yox, məhz “quraşdırıb”. Ona görə ki, tamaşa REJİSSOR İDEYASInın üç ölçülü məkana proyeksiyasıdır. Yəni ki, rejissor deyilən yaradıcı şəxsiyyət öz İDEYASINI pyesin mətninə bükür, tamaşanın işarələr sisteminə, ifadə vasitələrinə hörür. Beləcə, rejissorun konsepsiyası işarələr və teatral elementlər vəhdətində şəkillənir. Bu olur pyesin rejissor həlli – tamaşanın  konseptuallığı.  Nofəl Vəliyevin “Romeo və Cülyetta”sında isə vəziyyət bir başqadır. Belə ki, rejissor-pedaqoq əsərə, demək olar ki, yozum verməyib, sadəcə pyesin ƏLA vizual-teatral konstruksiyasını quraşdırıb.  Bununla da nəzər-diqqətimizi  rejissor işindən yayındırıb, aktyor oyununa – tələbələrin məharətinə yönəldib.

Elə isə biz də aktyor oyununun təhlil mozaikasını yaratmağa çalışaq.

Tamaşanın strukturunu iki fərqli sferaya bölmək olar:  1) əsərin düyün (zavyazka) nöqtəsinə, yəni Tibaltın (Orxan İskəndərli) Merkusionu (Hilal Dəmir), Romeonun (Corc Qafarov)  Tibaltı qətlə yetirdiyi səhnəyə qədər davam edən komik-romantik sfera (şərti olaraq , “ilk sevgi” sferası); 2) düyün nöqtəsindən sonra cərəyan edən hadisələr zənciri – fəci-dramatik sfera.

Tamaşa  iki zadəgan nəslin konfliktini  görüktürən dava-dalaş səhnəsiylə başlayır. Qısa pauza verib gənc aşiqləri dalaşanların qələbəliyində gəzdirən rejissor eşqin, sevginin hər bir konfliktdən, hər cür söz-söhbətdən yüksəkda dayandığını bəyan edir. Yaxşı səhnədir – məsələnin mahiyyətini və pyes içindəki mənəvi kontrastı faş edir. Ümumiyyətlə isə, Nofəl Vəliyev pyesin hər bir faktını konfliktə çevirməyi, beləcə, tamaşa içində mikrokonfliktlər zəncirini yaratmağı bacarıb. Bu, tamaşaya olduqca dinamik temporitm gətirir və sən Şekspirin ritorik dil ümmanında, öyüd-nəsihət ilğımında itib-batmırsan . Mikrokonfliktlər və hadisələr (faktlar) labirintinə düşüb finala tələsirsən. Amma hələ finala çox var…

Bayaq dedim axı,  sevgi parıltıdır. Gözlərini elə işıqlandırır ki, kor olursan.  Özündən qurtulur, öz həqiqətlərindən arınırsan. Hər şeyə “Məcnunun gözü”ndən baxmağa başlayırsan. Unudursan ki, taleyin əlində oyuncaqsan sən.

Corc Qafarov Romeo – oyuncağın və ya “oyuncaq Romeo”nun yaşantılarını məharətlə bədənləşdirir, özünün iç həssaslığı, səmimiyyəti ilə oynayır. Elə oynayır ki, sən ürkmürsən, diksinmirsən, bezmirsən –  səhnədə Corcu, Corcda Romeonu sevirsən.  Demək olar, bütün “emosional pik”lərdə qışqırmasını, bağırmasını nəzərə almasaq, Corcun oyununu əla kimi qiymətləndirmək olar. Niyə bu bağırmaq məsələsini ağardıram?.. Ona görə ki, səhnədə xırda emosional frazaları bağırmaqla, çığırmaqla həll etmək aktyorun ən sonuncu və ən pis variantı, ən fərsiz özünüifadə üsuludur.  Hələ-hələ əgər sən bir tamaşada beş dəfə bağırır və seyrçinin zəhləsini tökürsənsə, demək, bu haqda ciddi cəhdlə düşünməyinə dəyər.  “Zəhlə tökmək” məsələsini Corcun Romeosuna aid etmək ədalətsizlik və qəddarlıq olardı, amma iki tamaşa boyunca onun  oyununda sezdiyim bu yüngülvari nöqsanı qeyd etməyi özümə borc bildim. Bu çatışmazlığın səbəbi nədir?..  Səbəbi odur ki, aktyor-tələbə obrazın emosialar sistemi ilə düzgün işləyə,  seyrçi ilə emosional mübadilənin ierarxiyasını qura bilmir. Əgər aktyor səhnəyə göz yaşları və ya dolmuş gözlərlə çıxırsa, demək, bədxərclik edir və emosiyaları vaxtından əvvəl xərcləyib qurtarır. Buna görə də birinci sferada ( “ilk sevgi” sferası) emosiyalarını xərcləyib qurtaran Corc ikinci sferada (fəci-dramatik sfera)  bütün kartları açılmış oyunçu halına gəlir. Rolu “dartmaq”da , gətirib finala çıxarmaqda çətinlik çəkir.  Tamaşa ağırlaşır, atmosfer dumanlanır.  Bunu tək Corca yox, demək olar, bütün iştirakçılara aid etmək mümkündür. Ümid edək ki, gənc və istedadlı dostlarımız bu məsələyə daha yaradıcı yanaşacaqlar.

Sevgi həll olmaqdır – yarını axtaran yarısını axtarır. Hər kəs düşüncələrində, qavrayışında, xəyallarlında qarşı cinsin ideallaşdırılmış (fikri) modelini daşıyır. Qavrayışda ideallaşdırdığın modelə reallıqda rast gələndə sevirsən – idealını (əslində, özünü sevir, özünə vurulursan, qavrayışına vurulursan…) sevirsən, onda həll olub bütövləşirsən. Romeonun Cülyettada (Çilənay Əliyeva) bütövləşdiyi kimi. Çilənayın oyunu tamaşanın  atmosferinə adekvatdır, səhnə danışığı və davranışı  Şekspir dramaturgiyasının hüsnünə biçilib  Tamaşanın ən yaddaqalan fraqmentlərindən biri Romeo və Cülyettanın “eyvan səhnəsi”dir, olduqca orijinal həll edilib. Deməli, səhnə və parter məkanı tamamiylə mənimsənilib, hər tərəfə sevgi və həsrət səpələnib. Seyrçi salonunun ab-havasından sevgi yağır… adamın lap sevməyi gəlir…

Bayaq söhbət Şekspir dramaturgiyasının hüsnündən və aktyorun səhnə davranışından düşdü … tamaşanın ən yaralı yeri elə buradır. Aktyor-tələbələrin əksəriyyətinin yaşantısı, personajlar üçün təyin etdikləri ovqat partiturası baxımlı və xoşagələn olsa da, bədənləri, səhnə davranışı və danışığı, plastik hazırlığı Şekspir dramaturgiyasının kriteriyalarına adekvat deyil.  Hüseynağa Aslanovun (Benvolio) – səhnə danışığı səliqəli və yaşantısı yerindədir, di gəl ki, plastikası və bədəni Şekspir dramaturgiyasına qeyri-adekvatdır;  Məhəmməd Musayev (rahib Lorenso) – oyunu ət tökmür, baxılır, qəbul edilir, səhnə danışığı və plastika mədəniyyəti isə qüsurludur. Eyni zamanda nəzmdə oynayır, Şekspirin dilində itib batır, dili oyuna çevirə bilmir. Orxan İsgəndərli (Tibalt) , Sevgin Rzayeva və Anaxanım Sultanova (Senyora Kapuletti), Rizvan Əbdüləziz (Montekki), Süsanə Məmmədova (Sinyora Montekki), Elvin Musayev (Hersoq), Hüseyn Həsənov (Baltazar), Nurlan Süleymanovun (Əczaçı) oyununa da yuxarıda sadaladığımız müsbət və mənfi tərəfləri aid etmək olar.

Hilal Dəmir (Merkusio), Xədicə Məmmədova (Dayə) və Asiman Ağayev (Kapuletti) tamaşanın sayılıb-seçilən simaları arasındadırlar.

Merkusio tipik renessans faciəsi içində meydan estetikasının rudiment (qalıq) elementidir. Simmetrik faciənin assimetriyasıdır. Hilal personajı karnaval estetikasında, qrotesk parametrlərində və rok-n-roll temporitmində oynayır, öz oyununu tamaşanın fenomeninə, energetik nüvəsinə çevirməyi bacarır.  Əlbəttə, digərləri kimi onun da oyunu diletantlıq səviyyəsində gəlişir. Amma müasir teatrın aktyoru üçün peşəkarlıq və konseptuallıqla yanaşı səhnə cazibəsi, səhnə energetikası da ən vacib xüsusiyyətlərdən biridir ki, bu xüsusiyyətlər də Hilalda daha parlaq təcəlla edir.  Digər tərəfdən, Hilalın komizmi ilə tamaşa faciənin emosional orbitindən çıxır, atmosfer dağılır və demək olar ki, finala qədər bərpa olunmur. Bu, digər aktyorların işini xeyli çətinləşdirir.

Xədicə Məmmədova da öz energetikası və səhnə cazibəsiylə dayəni tamaşanın aparıcı personajlarından birinə çevirməyi bacarır .

Asiman Ağayev (Kapuletti) səhnədə olduqca maraqlı görünür. Asiman oyunuyla səhnəyə düşmənçilik və konflikt ab-havası gətirsə də, tərəf-müqabilindən (Rizvan Əbdüləziz – Montekki) bu implusları ala bilmir. Nəticədə, Kapuletti – Montekki konflikti baş tutmur. Bu, tamaşanın suggestiyasına xələl gətirir . Bundan əlavə Asimanın dilindən mətn yanıltmac kimi səslənir…  yəqin  gənc aktyorumuzun bir tələsən yeri var…

Tamaşada italyan xalq musiqilərindən, Çaykovski, Alfred Şnitke və xüsusən, Yan Kajmarikin bəstələrindən uğurla istifadə edilib (musiqi tərtibatçısı Nofəl Vəliyev).
Tamaşanın plastik-xoreoqrafik həlli qrupun aktyor sənəti müəllimi Ruslan İsmayılova,
döyüşlərin quruluşu Ceyhun Dadaşova aiddir.
Yuxarıda sadaladığımız tənqidi və tərifli fikirlərlə yanaşı, onu da qeyd etmək gərək ki, başda Nofəl Vəliyev olmaqla “Romeo və Cülyetta”nın bütün kollektivi tamaşanı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti gerçəkliyi(miz)ndə bu ilin mədəniyyət fenomeninə çevirməyi bacardı!..
Resenziyanın adındakı “şən keçilər” dən diksinmək lazım deyil…
Vəssalam, namə tamam!..

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir