Ana səhifə » NƏZƏRİYYƏ » Dağlar Yusif – “Nəzəri-konseptual sayıqlamalar: bios bədən və loqos bədən”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Dağlar Yusif – “Nəzəri-konseptual sayıqlamalar: bios bədən və loqos bədən”

Bədən tamaşanın ən funksional, orqanik elementidir. Teatr bədəndən başlayır, qalan hər şey onun cazibəsində, ona nəzərən quraşdırılır. Saf (fenomenal, çılpaq) bədən mədəniyyət içindəki yeganə “təbiət hadisəsi”dir. Təbiət üçün ağac, kol, ay, su, günəş nədirsə, bədən də odur. Bədən özlüyündə ideya deyil, materiyadır və mədəniyyət onun bu “təbiiliyi” ilə heç bir zaman barışmayıb. Təbiətin obrazlar sistemi daimilik içində mövcuddur. Bu obrazlar insanın müdaxiləsinə məruz qalmasa, heç zaman dəyişməyəcək, prinsipial olaraq heç bir məna ifadə etmədən əzəli-əbədi harmoniya içində həyatını yaşayacaq.

Amma mədəniyyət hər zaman təbiəti udmaq, ört-basdır eləmək, loqosa, fikrə, mətnə çevirmək arzusuyla yaşayıb. Mədəniyyətin obrazları isə dəyişkəndir, zamana, məkana, fikrə, təxəyyülə, qavrayışa görə dəyişir. Karl Yaspers deyir ki, insan heç vaxt tamamlana bilməz, mövcud olmaq üçün o zamanla dəyişməlidir. İnsanın zamanla dəyişməsinin fasiləsizliyi onu göstərir ki, “insan nədir” sualı həmişə aktual olacaq. Deməli, insan təxəyyülünün zaman içindəki dinamikası onu özü və yaşadığı obyektiv aləm haqda daim düşünməyə, hər gün yeni qənaətlər əxz eləməyə vadar edir. Belə olan halda, təbiətin obrazları heç vaxt insan qavrayışında tamamlanmayacaq, daim dəyişkənliyə məruz qalacaq. İnsan daim təbiətlə münasibətdə dərketmə vəziyyətindədir.

Buradan belə nəticəyə gəlirik ki, təbiətin obrazlar sistemi daimi, mədəniyyətin obrazlar sistemi dəyişkəndir. Təbiətin obrazlar sistemi üçün heç bir inkişaf tarixindən danışmaq mümkün deyil, inkişaf deyilən şey nisbi anlayışdır və təxəyyülün məhsuludur. Buna görə də, yalnız mədəniyyətə və onun obrazlar sisteminə aid edilə bilər. Teatr sənətində də bədən mədəniyyətlə təbiət arasındakı əsas “münaqişə nöqtəsi”dir. Teatr sənəti bədəni təbiətdən təcrid etmək, özününküləşdirmək üçün onu əvvəlcə loqosa çevirir, özünün instinktiv şəcərəsindən qoparır.

Tamaşa içində bədənin iki layı, iki qatı var. Bunlardan birincisi təbiətin məhsulu olan bios-bədəndir (oxu: çılpaq, saf, fenomenal bədən), digəri isə mədəniyyətin estetik fakta çevirdiyi loqos-bədən. Ona görə də teatr və onun nəzəriyyəsinə loqos-bədən maraqlıdır. Bəs, loqos-bədən nədir? Loqos-bədən mədəniyyətin, düşüncənin bios-bədənin üstünə yazdığı fikirdir, mətndir, işarələr sistemidir. Dedik ki, teatrın lap ibtidasında bədən mikrokosmosla makrokosmos arasında yeganə mediator idi və vertikal ünsiyyəti gerçəkləşdirirdi. Ritualın emosional çənbərində, hələ ki, bədən özünü “mən” kimi qavrayıb təbiətdən sıyrılmamış, təbiətə yadlaşıb onun haqqında düşünməyə başlamamışdı, hələ ki, özünü təbiətin bir hissəsi kimi qavrayırdı. Daha sonra loqos (oxu:fikir, ideya) bədəni öz əsarəti altına aldı, onu özünün çərçivələrinə salıb sərgilədi, bədənə hopdu və min üzlü Tanrı kimi onda təcəlla eləməyə, ondan özünün lövhəsi kimi yararlanmağa başladı.

“İnsanın təbiəti hər zaman özgürlüyə (öz instiktlərinə) yönəlir. İnsanın fərdiyyətini mətnləşdirən, güzgüləyən bədən teatr sənətinə yaramır. Teatrda insan bədəni maddi olaraq istifadə edildiyi üçün, o, təsadüfi və qeyri-şüuri informasiyalarla doludur. Lakin sənət heç bir təsadüfilik tanımır, qeyri-şüurilik tanımır. Ona görə də, aktyorun bizə səhnədə öz başına təqdim etdiyi şey sənət deyil” (Qordon Kreq). Bu fikir Qordon Kreqin fövqəlmarionet ideyasının təməlidir. Yəni, insanın bios-bədənindən gələn bütün informasiyanı öldürmək, onu estetikləşdirmək və rejissor fikrinin ifadə vasitəsinə – loqos-bədənə çevirmək. Əcəba, mümkündürmü?

Bios-bədəndən loqos-bədənə keçid olduqca mürəkkəb prosesdir. Bu prosesin birinci mərhələsi şərti olaraq “bədənsizləşən bədən” adlanır. Bu, bios-bədənin “öldürülməsi” və loqos-bədənin substansiyası halına gətirilməsidir. “Bədəsizləşən bədən” nə bios-bədəndir, nə də loqos-bədən. O, bu iki fenomen arasındakı keçid mərhələsidir. O, nə zehni, koqnitiv qavrayışı, nə də emosional dışavurumu mətnləşdirir. Bədənsizləşən bədən neytral maskadır, bədənin sanki plastlinə, xammala çevrilməsidir.

Amma bədəni tamamilə “bədənsizləşdirmək”, bios-bədəni tamamilə yox etmək mümkün deyil. Çünki “seyrçinin aktyorun enerjisini oxuması aktı bilincdışı gerçəkləşir” (E.Barba).

Bəs, enerji nədir? Bu haqda Şərq və Qərb teatrının nəzəriyyəçilərindən, ustadlarından olduqca maraqlı və müxtəlif fikirlər oxumaq mümkündür. Amma biz düşünmürük ki, seyrçiylə aktyor arasında doğrudan-doğruya hansısa dalğa mövcuddur. Bu iki fərd arasında yalnız hansısa informasiya mübadiləsi baş verə bilər. Enerji assosiasiyadır, assosiasiya isə dərk edilməmiş, yəni şüuri (bilincli) deyil, qeyri-şüuri (bilincsiz) şəkildə dəyərləndirilmiş informasiyadır. Deməli, bilavasitə məkanda enerji dediyimiz şey mətnin (burda: bədənin) assosiativ planından fışqıran informasiyadır, hansı ki, seyrçidə müxtəlif emosional titrəyişlərə gətirib çıxarır və hətta bəzən onun tamaşaya münasibətini diqtə edir.

 

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir