Ana səhifə » Resenziya » Cövhər Xeyrullayeva – … Və “Kəloğlan”

Son yazılar

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Xəbər
Aprel 21, 2019

“Narkomaniyanın faciələri” adlı tədbir keçiriləcək

Xəbər
Aprel 20, 2019

Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi qeyd olunub

Persona
Aprel 20, 2019

Əlisəfdər Hüseynov – Eldəniz Zeynalov paradoksu

Xəbər
Aprel 19, 2019

“Tuğanlıq – 2019” Festivalına həsr olunmuş mətbuat-konfransı keçirilib

Müsahibə
Aprel 19, 2019

Rövşən Almuradlının Ədil İsgəndərova olan əhd borcu – “Sənət əbədidir, ömür amanat…”

Xəbər
Aprel 19, 2019

Bakı Uşaq Teatrı qastrol səfərindədir

Xəbər
Aprel 19, 2019

Qabil Quliyev: “Özümü həmişə olduğu kimi hiss edirəm”

Xəbər
Aprel 19, 2019

Teatrda yeni təyinat

Xəbər
Aprel 19, 2019

Gənc Tamaşaçılar Teatrında “Möcüzəli pillələr” hazırlanır

Xəbər
Aprel 19, 2019

Qax Dövlət Kukla Teatrının direktoru: Prezidentimizin son Sərəncamı teatrların inkişafına güclü təkan verəcək.

Xəbər
Aprel 18, 2019

“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirələr davam etdirilir

Xəbər
Aprel 18, 2019

Adanada Gəncə Teatrının tamaşasını çox bəyəniblər

Mozaika
Aprel 18, 2019

Cövhər Xeyrullayeva – Sanduq əl-əcaibin Qax nağılları

Müsahibə
Aprel 18, 2019

Bəxtiyar Xanızadə – Peşəni öyrədərəm, amma heç kimə insanlığı öyrədə bilmərəm”

Mövqe
Aprel 18, 2019

Azərbaycan məktəbliləri Beynəlxalq Məktəblərarası Teatr festivalında iştirak edir

Afişa
Aprel 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (18 aprel – 24 aprel)

Resenziya
Aprel 18, 2019

Fəridə Cəlilova – TEATR ƏHLİNİN XUDPƏSƏND CAZİBƏSİ

Xəbər
Aprel 18, 2019

Tovuzda üçüncü respublika xalq teatrları festivalının növbəti seçim mərhələsi keçirilib

Xəbər
Aprel 18, 2019

İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

Xəbər
Aprel 17, 2019

YUĞ Teatrının kollektivi Prezidentin Sərəncamını sevinclə qarşılayıb

Sərəncam
Aprel 17, 2019

Prezident teatrlara bir milyon iki yüz min manat pul ayırdı

Xəbər
Aprel 17, 2019

Dağıstanda Beynəlxalq Milli Teatrlar Festivalı keçiriləcək

Müsahibə
Aprel 17, 2019

Gələcəyi əmin əllərdə olan ADMİU-nun SABAH-ı

Müsahibə
Aprel 17, 2019

Meral Konrat: “Azərbaycanda məni çox sevirlər”

Müsahibə
Aprel 16, 2019

Ziya Ağa: “Kino saçımı tumarlayır, teatr ruhuma sığal çəkir”

Xəbər
Aprel 16, 2019

Sənətçilərimiz Vyanada “Bulmuşam həqqi” deyiblər

Təhsil
Aprel 16, 2019

Məryəm Əlizadə – “Teatr dünyasına açılan pəncərə…”

Xəbər
Aprel 15, 2019

Akademik Milli Dram Teatrında “Dəli yığıncağı” qurulur

Mövqe
Aprel 15, 2019

Jan-Lui Barro – “Teatr haqqında düşüncələr”

Xəbər
Aprel 14, 2019

Sumqayıt teatrının aktyorunun vəziyyəti pisləşib

Cövhər Xeyrullayeva – … Və “Kəloğlan”

Mart ayı bitməyən bayramları ilə davam etməkdədir. 1-9 mart tarixlərini “Boş məkanın dolğunluğu 2” festivalı ilə başa vurub 10 mart milli teatr gününü də premyerada qeyd elədik. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı məşhur türk xalq nağıllarından “Kəloğlan masalları” əsasında “Kəloğlan” adlı tamaşa ilə qarşımıza çıxdı. Tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Əfşan Əsədovadır.

Tamaşaya mənimlə birlikdə gedən balaca seyrçimdən təəssüratlarını soruşuram:

– Tamaşa xoşuna gəldi?

– Hə, amma, div, şir, ayı daha çox xoşuma gəldi.

-Bəs, Kəloğlan?.

-TRT Çoçukdakı daha yaxşıdır.

Balaca seyrçimizin bu cür analogiya aparması bizə çox sadəlövh görünə bilər.  Bu baxımdan məsələyə aydınlıq gətirmək lazımdır. Çağdaş azyaşlıların izlədikləri  süjetlər iki qismə bölünür: türkdilli telekanallarda yayımlanan cizgi filmləri və “youtube” kanallarında “uşaq videoları” adı ilə yerləşdirilən qısamüddətli videolar. Nümunələrin hər ikisində sözçülükdən imtina edilərək, əsas etibarilə əmələ yer verilir. Bu videolar ardıcıl olaraq nəyisə öyrədir, hər hansı bir əşyadan istifadəni, müəyyən vəziyyətlərdən çıxış yollarını göstərir. İzlədikləri nəsnə davamlı hərəkətdə olur, dinamikdir, uşaqların darıxmağa qoymur.

Bəs, istər Kukla teatrının, istərsə də paytaxtın digər teatrlarının repetuarında yer alan uşaq tamaşalarında müasir uşaqların tələbləri nəzərə alınırmı? Uşaqların dəyərləndirmə qabiliyyəti bu cür fərqli yöndən inkişaf etdiyi halda, nədənsə, biz “uşaqları necə olsa, aldatmaq olar” düşüncəsi ilə yaranan tamaşalara daha çox rast gəlirik. Tamaşalarda bu axıcılıq və dinamikliyə “qaraqışqırıqla” nail olmağa çalışırıq. Belə hallar daha çox Yeni il və Novruz şənliklərində “nəyəsə xatir” ərsəyə gələn tamaşalarda müşahidə olunur. Məsəli “Kəloğlan”dan uzaq…

Məsələnin ikinci tərəfi də var: Qorxulu və aqressiv obrazlar azyaşlıların sevimlisinə çevrilib. Yazının da əvvəlində balaca seyrçimin məhz div, ayı, şir obrazlarını bəyəndiyini qeyd etmişdim. Evində azyaşlı olan hər kəs çox yaxşı bilir ki, kiçik yaşlarından asudə vaxtlarını texnologiya ilə keçirən körpələrə daha sonra bu sahədə qadağalar qoymaq müşkül məsələdir. İlk öncə, düşünürük ki, onların izlədikləri öyrədicidir, faydalıdır, lakin, nəzarətsiz qoyduqda tamamilə ürküdücü, qorxunc motivli görüntülərə yönəlir. Təhlükə də məhz buradan başlayır. Bir haşiyə çıxaq. Son günlərdə dünya gündəmini zəbt edən “Momo” oyunu Meksika, Yaponiya, Latın Amerikası və Fransanı ən çox narahat edən məsələlərdən birinə çevrilərək Türkiyəyə çatıb və bizə daha da yaxınlaşıb. “Momo” animasiya oyunu azyaşlıların izlədikləri “uşaq videoları” sırasından çıxaraq onlara oyun oynamağı təklif edir. Amma öncə, kəsici alətlərin harada yerləşdiyini və onlardan özünə və başqasına necə xətər toxundura biləcəyini öyrədir. Bunu etmələri üçün təkid edir, əks tədqirdə onları tapacağı ilə hədələyir. Uşaqları birbaşa intihara aparan bu oyunlar  ispandilli ölklərdən birində yaranaraq, qısa müddətdə milyonlarla baxış toplayıb. Momo obrazı isə Yaponiyada sərgilərdən birində nümayiş olunan əsərdən götürülüb. Hazırda məsələnin həlli üçün mümkün tədbirlərin icrasına başlanıb. “Google” və “youtube” bu videoları şiddət motivli video olaraq aradan qaldırır. Sosial şəbəkələr “Yaxşı ki, gəldin, Momo” başlığı altında uşaqlarına zaman ayırması üçün valideynlərə çağırışlar edir.

Nəzərə alsaq ki, teatr həmişə valideynlərin uşaqlarına ayırdığı zamanın bölüşdürülməsində səmərəli çıxış yolu olub, mənim də uşaqları könül rahatlığı ilə dəvət edə biləcəyim məkan Abdulla Şaiq Adına Kukla Teatrı və “Kəloğlan” tamaşasıdır. Kəloğlan Türk və Altay mifologiyasında ortaq obraz hesab olunur. O, nənəsi ilə birgə yoxsulluq içində yaşayan Anadolu dəliqanlısıdır.  Xaraktercə tənbəl, oyunbaz, düşdüyü çətinliklərdən yumor hissi ilə, hazırcavablığı ilə çıxan, özü də bilmədən şans üzünə gülən bir obrazdır. Tamaşada isə Kəloğlan, əsasən, zəka və hazırcavablıq nümunəsi kimi təqdim olunur (baxmayaraq ki, mənim balaca seyrçim bu obrazı ideal hesab etmədi).

Tamaşanın musiqi tərtibatı seyrçinin tamaşadan gözləntilərini artırır. Qurban Məsimovun nağılçı səsi, ayrı-ayrı türk xalqlarının musiqisi, şaman üslubunda dekorasiya və estetikliyi ilə seçilən kuklalar yüngül xoş hisslərin ab-havasını yaradır. Nənəsinin baş bəlası Kəloğlan öz macərasına keçilərin axtarışına çıxmaqla başlayır. Bu yolda qarşısına ağlağan şah qızı, ayı, şir, ilan, div kimi maneələr çıxır. Hamısını yüksək zəkası ilə dəf edir. Evə isə keçilərin və divin  bəxşiş verdiyi nar ilə geri dönür. “Biri var idi, biri yox idi…” kəlməsi ilə başlayan masal Kəloğlanın düyün mərasimi ilə bitir. Kuklalar qədim türk musiqisi altında toy məclisinin iştirakçılarına çevirlirlər. 35 dəqiqə davam edən “Kəlaoğlanın masalları” lakonikliyi ilə həm azyaşlıların, həm də böyüklərin tamaşadan xoş təəssüratla ayrılmasına yardımçı olur.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir