Ana səhifə » Mozaika » Cövhər Xeyrullayeva – Sanduq əl-əcaibin Qax nağılları

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Xəbər
May 25, 2019

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Afişa
May 23, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (23 may – 29 may)

Xəbər
May 23, 2019

Ən məhsuldar teatrşünas

Persona
May 23, 2019

İsrafil İsrafilov – Məmməd Cəfərin teatr düşüncələri

Xəbər
May 23, 2019

YUĞ Teatrında Orxan Pamukun romanı səhnələşdirilib

Xəbər
May 23, 2019

ADMİU-da Nazim Hikmətin əsəri tamaşaya qoyulub

Xəbər
May 23, 2019

“dOM” Teatrı Beynəlxalq Festivalda iştirak edəcək

Mozaika
May 23, 2019

Fuad Poladovun 14 il əvvəl çəkildiyi filmindən nadir fotolar…

Xəbər
May 22, 2019

Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir

Xəbər
May 20, 2019

Akademik Milli Dram Teatrında Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək

Mövqe
May 20, 2019

Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə açıq məktub!

Xəbər
May 20, 2019

“Aləmin Nəfəsi: Nəsimi” tamaşası 3 böyük müfakata layiq görüldü

Mövqe
May 20, 2019

Xəyalə Rəis – 25 il gözləməyə dəyərdi…

Xəbər
May 18, 2019

Afaq Bəşirqızıdan məmurlara sərt çağırış – “Cənab məmurlar, siz də ayılın”

Afişa
May 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (16 may – 22 may)

Persona
May 18, 2019

Teatr direktorları “Kaspi” qəzetinin “Teatr” əlavəsini təbrik etdi

Müsahibə
May 17, 2019

Nigar Pirimova – Teatrlarımızın son beş ili

Müsahibə
May 17, 2019

ADMİU-dan reportaj: “Biz “Stanislavski sistemi”ni bilmirik!”

Xəbər
May 16, 2019

“Yarımçıq qalmış” Caspian Awards mükafatına layiq görüldü

Xəbər
May 15, 2019

ADMİU-da Əlisəfdər Hüseynovun “Kinonun fəlsəfəsi” kitabının təqdimatı keçiriləcək

Xəbər
May 15, 2019

Lənkəran Teatrında “Senemar” faciəsinin premyerası olub

Xəbər
May 15, 2019

Teatr Xadimləri İttifaqında “Ezop-Əzab”

Xəbər
May 14, 2019

ADMİU Beynəlxalq Elmi Konfransa dəvət edir

Xəbər
May 10, 2019

Prezident mükafatçıları məlum oldu

Xəbər
May 10, 2019

Prezident fərdi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb

Xəbər
May 10, 2019

“Ey Azərbaycanım”

Xəbər
May 10, 2019

“Danabaşlar” tamaşası nümayiş olunub

Afişa
May 10, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (9 may – 15 may)

Xəbər
May 10, 2019

Rəhman Rəhmanovun səhhəti pisləşib

Cövhər Xeyrullayeva – Sanduq əl-əcaibin Qax nağılları

Günlərin bir günü rejissor Elşad Rəhimzadə və rəssam Mais Abdullayev  eksperiment xarakterli tamaşa hazırlamaq məqsədi ilə Qax rayonunda yerləşən 3 saylı məktəbə yollanır və məktəbin azyaşlıları ilə görüşürlər. Rejissor uşaqlardan “Qırmızı papaq” nağılında gördükləri bütün obrazları təsvir etmələrini istəyir. Baş rəssam isə uşaqların təqdim etdiyi təsvirlər içərisindən bir neçəsini seçərək təkmilləşdirir və bitkin eskiz halına gətirir. Nəticədə isə, ilk baxışdan uşaq təxəyyülünün məhsulu olduğu aşkar sezilən obrazlar meydana çıxır. Qaxda “Qırmızı papaq” nağılının tamaşaya qoyulma əhvalatı belə baş verir.

Burada Qırmızı papaq kimi, digər kuklaların da öz məxsusi yaranma tarixçəsi var. Müxtəlif əhvalat həvəskarları bu cür tarixçələr dalınca ölkənin bir başından digərinə getməyə də hazırdır. Elə bizim gənc teatrşünas Cövhər Xeyrullayeva kimi. Kukla teatrları üzrə ixtisaslaşan Cövhər Xeyrullayeva ərinmədən, yorulmadan Bakıdan Qaxa qədər yol qət edib və Qax Kukla Teatrı haqqında xeyli təssürat, bol-bol fotoşəkil və xeyli maraqlı məlumatla qayıdıb. Sağ olsun, bu məlumatların bir qismini də yazıya köçürüb. Beləliklə, “Teatro.az” sənət portalı Cövhər Xeyrullayevanın Qax Dövlət Kukla Teatrından reportajını təqdim edir:

Bu günlərdə Qax Dövlət Kukla Teatrı ilə tanışlıq məqsədi ilə Qaxa yola düşdük. Şəhər mərkəzinə yaxın,  qədim tarixə malik Mərkəzi Cümə məscidinin qonşuluğunda Qax Kukla Teatrının binası yerləşir. Bina teatr məqsədi ilə tikilməmiş, sonradan kukla teatrının kollektivinin ixtiyarına verilmişdir.

“Göyçək Fatma”sı, “Xeyir və Şər”i, “Turp”u və daha nələri-nələri olan Qax Kukla Teatrının bu gün paytaxtdan kənarda müstəqil yaradıcılıq yolu ilə getdiyini qeyd edə bilərik. Teatr Azərbaycanda digər kukla teatrlarından fərqli, çuxuru olan səhnəyə malikdir. Buna uyğun olaraq, tamaşalar da yalnız troslu kuklalar ilə qurulur.

Qax Kukla Teatrı fəaliyyətinə 1974-cü ildə Səməd Vurğun adına rayon mədəniyyət evində kukla dərnəyi olaraq başlayıb. Bu dərnəyin əsasının qoyulmasında teatrın ilk rejissoru İsako Zeynalaşvilinin xidməti vurğulanır. 1974-cü ildə baş rejissor İsako Zeynalaşvili kollektivin digər üzvləri ilə birgə E.Çernyak və E.Gilodinin “Güllü və Güloğlan” nağıl-pyesinin məşqlərinə başlayıb, 1975-ci il 15 may tarixində tamaşanın premyerası baş tutub. 1976-cı ildə kollektiv Xalq Kukla teatrı və 1992-ci ildə dövlət teatrı statuslarına layiq görülüb. İlk qastrol səfəri 1997-ci ildə Gürcüstan Respublikasında baş tutan teatr bu günə qədər Türkiyə, Estoniya, Rusiya və Ukraynada keçirilən festivallarda çıxış edib. 2008-ci ildə I Respublika Kukla Teatrları həftəsində uğur qazanaraq, 2010-cu ildə II Respublika Kukla Teatrları həftəsinə ev sahibliyi edib. Teatrın kollektivi 2011 və 2013-cü illərdə respublikamızda keçirilən I və II Beynəlxalq Kukla teatrları festivalında iştirak edərək, hər iki festivalın diplomlarına layiq görülüb. 1992-ci ildən bu günə qədər teatrda 76 tamaşa hazırlanıb.

Teatrla tanışlıq ərəfəsində direktor Nazim Mahmudov, baş rejissor Yusif Abdurahmanov və baş rəssam Mayis Abdullayevlə görüşüb teatrın gördüyü işlər və gələcək planları haqqında məlumatlandıq. Hazırda aprel ayı üçün repertuarda yeddi tamaşa yer alır. Növbəti aylarda Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış “Karlson”, “Mauqli” tamaşaları balaca seyirçilərin ixtiyarına veriləcək. Teatrın direktoru Nazim Mahmudov qeyd edir ki: “Mauqli obrazı hər kəsə tanış obrazdır. Bu cür çevik, dinamik obrazın kuklaya gətirilməsinin çox çətin proses olması bəllidir. Lakin, bizim quruluşçq rəssam artıq obraz üzərində işə başlayıb və tezliklə buna nail olunacaq”.

Bir neçə il öncə nümayiş olunmuş, daha sonra repertuardan çıxarılmış “Qoğal” tamaşasının da indi yeni quruluşda təqdim olunması nəzərdə tutulur. Bu tamaşa 2010-cu ildə Estoniyada keçirilmiş “Çamadanda teatr” festivalında iştirak etmiş və diplomla təltif olunmuşdur. Tamaşada iki şəxs – nağılçı (canlı aktyor) və 8 kuklanı idarə edən kuklaçı iştirak edir. Mono tamaşanın ifaçı-aktyoru teatrın baş rejissoru Yusif Abdurahmanov olmuşdur. Hazırda tamaşanın daha geniş versiyası kollektivin digər aktyorları ilə birlikdə işlənib hazırlanır.

Teatrda olduğumuz iki gün müddətində  “Göyçək Fatma” və “Xeyir və Şər” tamaşalarını izləyə bildik. Hər iki tamaşanın quruluşçu rejissoru Yusif Abdurahmanov, quruluşçu rəssamı Mayis Abdullayevdir. Nizami Gəncəvinin eyniadlı əsərinin motivləri əsasında hazırlanan “Xeyir və Şər” tamaşası iki canlı aktyor – Orxan Əminov, Nuru Mustafayev və 4 kukla obrazın pantomim ifası ilə nümayiş olunur. Yaş məhdudiyyəti olan tamaşa 14+ seyirçilər üçün nəzərdə tutulmuşdur. Xeyir və Şər obrazlarının kukla vairantları maksimal sadəliyə malik olsa da diqqət çəkir. Obrazlar xeyir və şərin simvolu olan ağ və qara rənglərdə təsvir olunub. Rəssam bildirir ki,  kimsə xeyir və şəri hər hansı konkret obrazda təsvir edə bilməzdi. Biz də, düşündük ki, simvolik obrazlardan istifadə edək.

Nəzərə alsaq ki, Qax rayonu kiçik əraziyə malikdir və cəmi 60 kəndi əhatə edir, həmin səbəbdən tamaşaçı çatışmazlığı da müşahidə olunur. Bu çatışmazlıq isə öz növbəsində repertuarı daim yeniləmək ehtiyacını yaradır. Nəticədə, azsaylı kollektiv və azsaylı tamaşaçı münasibətlərində uğurlu tamaşalar meydana gəlir. Teatrın yetərincə keyfiyyətli quruluşları sırasında “Turp”, “Tıq-tıq xanım”, “Hacı Qara”, “O, olmasın bu olsun”, “Ələddinin sehirli çırağı” tamaşalarının adlarını çəkmək olar.

Teatrın həm keçmiş uğur və nailiyyətləri, həm də yeni tamaşalara hazırlıq posesləri kollektivin bütün problem və məhrumiyyətlərə baxmayaraq davam edən yaradıcılıq eşqindən xəbər verir. Teatr binasının standartlara uyğun olmaması, texniki problemləri, kukla hazırlanması prosesində lazımi materialların çatışmaması kollektivi ruhdan salmır. Onlar mövcud şəraitdə mükəmməl işlər ortaya qoymağı da bacarırlar. Lakin, düşünürəm ki, mədəniyyət və incəsənət  sahələrinin inkişaf etdiyi, maddi təminatının yaxşılaşdırıldığı zamanda bölgə teatrları bu prosesdən kənarda qalmamlıdır.

Tanışlıq və çəkiliş və üçün bizə şərait yaradan teatrın direktoru Nazim Mahmudova, tamaşalar və teatrın uğurları haqqında məlumat verən baş rejissor Yusif Aburahmanova, kukla hazırlanma texnikası, teatrın sexləri və digər məkanları ilə bizi tanış edən baş rəssam Mayis Abdullayevə, adlarını çəkmədiyim aktyorlara və kollektivin bütün digər üzvlərinə nümayiş etdirdikləri qonaqpərvərliyə, mehriban münasibətə görə təşəkkürümüzü bildirir, yeni yaradıcılıq uğurları arzulayırıq.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir