Ana səhifə » Mozaika » Cövhər Xeyrullayeva – “PARAD” – Dörd avanqardistin birgə məhsulu

Son yazılar

Afişa
Avqust 23, 2019

3-cü M.A.P Beynəlxalq Teatr Festivalı başlayır

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Cövhər Xeyrullayeva – “PARAD” – Dörd avanqardistin birgə məhsulu

1911-ci ildə əsası qoyulan və dövrünün ən önəmli fiqurlarını ətrafında cəmləyən “Sergey Dyagilevin Rus Baleti” truppası nəinki Rusiya, eləcə də, dünya xoreoqrafiya sənətinin inkişafında əsaslı rol oynamışdı. Sergey Pavloviç Dyagilev yaratdığı kompaniyaya Mixail Fokin, Vatslav Nijinski, Serj Lifar, Cocr Balançin, Leonid Myasin, Leon Bakst, Aleksandr Benua, Anri Matiss, Koko Şanel, Pablo Pikasso, Rixard Ştraus, Sergey Prokofyev, Erik Sati kimi dahiləri cəlb edə bilmişdi.
Yazını bu truppanın teatr tarixində önəmli hadisəyə çevrilən ilk sürrealist tamaşa – “Parad” birpərdəli baletinə həsr edirik. Premyerası 18 may 1917-ci ildə Şatle teatrında keçirlən bu balet dörd nəhəng avanqard sənətçinin ortaq işi idi. Əsərin mətni Jan Koktoya, musiqisi Erik Satiyə, xoreoqrafiyası Leonid Myasinə, səhnə tərtibatı isə Pablo Pikassoya aid idi. Giyom Apolliner baletin premyerası üçün “Yeni ruh” adlı manifest yazaraq tamaşa haqqında “həyatın özündən doğru” təyinini işlətmişdi. G.Apolliner məqaləsində müharibənin təsirindən təzəcə çıxmaqda olan Paris tamaşaçılarını “yeni ruh”u izləməyə çağırırdı.

Tamaşa səyyar balaqan sirk artistlərinin meydan tamaşasından öncəki paradını əks etdirirdi. Onlar nümayişdən qabaq insanların diqqətini cəlb etmək üçün çıxış edir və tamaşaçıları toplayırdılar. Sirk mövzusu daha öncə O.Domiye, J.Syora, T.Lautrek tərəfindən işlənmiş olduğundan rəssamlıqda elə də böyük yenilik sayılmasa da, balet sənəti üçün sirk artistlərinin həyat həqiqətini əks etdirməsi baxımından yenilik sayılırdı. Obrazlar çinli sehrbaz, amerikalı və fransız menecer, amerikalı qız, at və akrobatlardan ibarət idi.

Balet Pikassonun kubist üslubda dizayn etdiyi pərdə önündə oynanırdı. Sərt akkordların müşayəti ilə qalxan pərdə açdığı mənzərə ilə tamaşaçıların əhvalında gərginlik, narahatlıq ab-havası yaratmalı idi. Dəstənin önündə kostyum geyinmiş, əlində tənbəki tutmuş, 2,5 metr hündürlükdə nəhəng fransız menecer addımlayırdı. O, çinli sehirbazı səhnəyə çağırır, çinli sehirbaz gəlir, Şərq musiqisi altında nömrə göstərir və yenidən pərdə arxasında gözdən itirdi. Daha sonra isə Nyu-Yorku təmsil edən göydələn kostyumunda, əlində “Parad” yazılı tablo və səsgücləndirici olan amerikalı menecer səhnəyə çıxırdı. Hər kəsdə təəccüb, hətta ikrah doğuran bu geyimlər Pikasso tərəfindən üçölçülü kubist tablo kimi yaradılmışdı. Bəzi tənqidçilərin fikrincə kostyumlar həddindən artıq süni, qeyri-real tərtib olunmuşdu və aktyorların hərəkətinə ciddi maneçilik törədirdi.

Beləliklə, tamaşanın ilk nümayişi böyük narazılığa səbəb olmuşdu. Burada hətta Satinin musiqisi də tənqidçilərdən mənfi reaksiya almışdı. Çünki, Satinin kompozisiyasında musiqisiz səslərdən istifadə olunmuşdu. Jan Koktonun təkidi ilə Sati buraya çap maşınının səsini də əlavə etmişdi. İlk nümayişin uğursuzuluğuna baxmayaraq, 1919-cu ildə Londonda baş tutan ikinci nümayiş “Sergey Dyagilevin Rus Baleti” truppasının ən böyük uğuru kimi qiymətləndirilmişdi.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir