Ana səhifə » Kinoteatr+ » Kino » Ceyhun Mirzəli – Kinoda poetik realizm

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

Ceyhun Mirzəli – Kinoda poetik realizm

1927-ci ildə “Caz müğənnisi” filmi ilə dünya kinosuna “səs” gəldi. Səsin gəlişi kinoda inqilab yaratdı desək, yanılmarıq. Belə filmlərdə çəkilə bilməyən aktyorlar da oldu, Çarli Çaplin kimi səs gələndən sonra səssiz film çəkərək öz müqavimətini göstərən sənətkarlar da. Təsadüf elə gətirdi ki, bu yeniliyin gəlişindən qısa zaman sonra, 1929-cu ildə böhran başladı. Bununla, Qərb ölkələri böyük depresiyya dövrünə qədəm qoydular. 30-cu illərdə Almaniyada Hitlerin, İspaniyada Frankonun timsalında faşizm təhlükəsi qoca qitənin üstünü qara bulud, ətrafını duman kimi aldı.
Bu hadisələr kinoya da öz təsirini göstərdi. Fransada solçulardan ibarət Xalq Cəbhəsinin siyasi üstünlük qazanması toplumda müəyyən ümidlər yaratmağa başladı. Və bu proses kinoda poetik realizm cərəyanın yaranmasıyla nəticələndi.
Cəmi 29 il yaşayan və dörd film çəkən Jan Vüqonun “Atalanta’’ filmi poetik realizmin manifesti sayılır. Film gəmi buxarının göyə qalxması ilə başlayır (bu cür epizodlar poetik realizmin ruhunu göstərən əlamətdir). Yeni ailə həyatı qurmuş Jan (Jan Daste) və Jülyetta (Dita Parlo) Atalanta adlı kiçik gəmidə toy səyahətinə çıxırlar. Bu kiçik gəmi arzuların, xəyalların bir mərkəzi olaraq gözümüzün önündə canlanır. Ümumiyyətlə, həyatımızda elə anlar ola bilər ki, biz reallığı kənara qoyub öz xəyal aləmimizi önə çəkə bilərik. “Atalanta’’ filmi bu baxımdan alternativ, bir qədər xəyali həyat modelini qarşımıza çıxarır. Film boyu musiqidən kifayət qədər istifadə olunub. Bu da yuxarıda qeyd etdiyimiz səsə yeni keçidlə bağlıdır. Rejisor səssiz kinonun estetikasından istifadə edib. Janla Jülyen qulaqlarına sevgi dolu sözləri deyərkən sinxron olaraq duetin verilməsi bunun göstəricisidir.
Jan “suda öz sevdiyini görərsən’’ cümləsini reallıq kimi qəbul edib başını suya salır. Jülyetta isə buna dəlilik deyir. Bu da poeziyaya olan sevgidən irəli gələn məqamdır. Pyer Lüjsün gəmi göyərtəsi üzərində boksu göstərməsi də bu cəhətdən təqdirəlayiqdir. Belə ki, biz göyərtəni bu anda bir divar kimi görürük.
Filmdə hansısa bir şeir deyilməsə də qəhrəmanların bir-birinə münasibəti olduqca poetikdir. Burada realizm daha az görünür. Filmin digər personajı Piyer Lüjs (Mişel Simon) özünün aləmi olan bir şəxsdir. Zahirən eybəcər olan bu insan gəmidə işləməklə yanaşı, pişiklərə qarşı da diqqətlidir. Pyer Lüjs öz dostunu dənizdə itirən biridir, ona görə də insanlardan uzaqlaşmış kimi görünür.
Jülyetta gəmidə Paris radiosuna qulaq asır. Orada qadın paltarları və zinət əşyaları haqqında məlumat səslənir. Radiodakı bu məlumat Jülyeni şəhərə doğru istiqamətləndirir. Jülyen, nəhayət, gəmidən bezib, şəhərə qaçır. Ayrı bir yerə getmək üçün bilet alarkən pulqabısı oğurlanır. Bu, sanki, Jülyetta üçün bir xəbərdarlıq mahiyyəti daşıyır. Ümumiyyətlə, “Atalanta’’ filmində Parisə qarşı bir əks-mövqe görünür. Bunu, Pyer Lüjsün Paris barədə ifa etdiyi “Paris, ey rəzil, gözəl şəhər” mahnısından da anlamaq olar.
Jülyettanın itməsi Janda dərin psixoloji sarsıntıların yaranmasına səbəb olur. O, özünü dənizə ataraq sevdiyi Jülyettasını gözünün önünə gətirir. Yuxarıda qeyd etdiymiz poetiklik burada realizm üzərində qələbə çalır.
Nəhayət, Jan Pyer Lüjsdən kömək istəyir və P.Lüjs Jülyettanı tapır. Cütlük Le Havre limanında bir-birinə qovuşur. Film dəniz epizodu ilə bitir. Jülyetta və Jan Atalantada səadətlərini tapırlar.


Marsel Karnenin 1938-ci ildə ekranlaşdırığı ”Dumanlı sahil küçəsi’’ filmi də poetik realizmin nümunələrindəndir. Film psixoloji problemləri olan, müharibədən bezən, əsgərlikdən qaçan Janın (Jan Qaben) həyat hekayəsini tamaşaçının gözü önünə gətirir. Film başlayandan Hamletin məşhur “Olum ya ölüm’’ dilemması mərkəzə qoyulur. Filmin adından da bilindiyi kimi baş verən hadisələr dumanlı, buludlu havada baş verir. Hətta, işıqlı havada da aydınlıq tam görünmür. Jan yük maşını ilə gedərkən bir küçə itinin vurulmasının qarşısını alır. Özünün də dediyi kimi, Jan sahibsiz bir şəxsdir. Meyxanada intihar etmək istəyən rəssamın ”hər kəs ya balığa, ya müharibəyə, ya da intihara gedər’’ deməsi ölümün anlamını daha da dərinləşdirir. Rəssam xəyalında nəzərdə tutduğu ölüm tablosunu gerçəkləşdirir. Belə ki, o, təxəyyülündə suda üzürmüş kimi görünən, amma, əslində batan şəxsin özünün timsalında həyata keçirir. Rəssam göldə qara buludların altında intihar edir. Lakin, filmdə onun intihar etməsi göstərilmir.Biz burada poetik realizmin rəssamlıqla əlaqəsini də görə bilirik. Jan uzaqlara gedib özünə yeni bir həyat qurmaq istəyir. Bir gecəlik meyxanaya gəlməsi isə onun gələcəyini müəyyənləşdirir.
Çirkin işlərlə məşğul olan Zabelin (Mişel Simon) Mariusun yerini demədiyinə görə qanqster Lusin onu təqib etməyə başlayır. Zabelin meyxanada gizlənməsi Lusinin oranı atəşə tutmasına səbəb olur. Meyxana səhnəsi ”Dumanlı sahil küçəsi” filminin dramaturji gedişinə əhəmiyyətli təsir edir. Çünki, Jan burada Zabelin xaç qızı Nelli (Mişel Morqan) ilə tanış olur. Bu tanışlıq Lusinin atdığı güllələrin sədası altında baş verir. Atılan güllələrin nəticəsində butulka sınır və onun içindəki gəmi bir növ azad olur. Biz, “Atalanta” filmindəki romantikanın bu səhnədə sona çatdığını görürük. Janla Nellinin gəmi vasitəsi ilə xoşbəxtliyə çata bilməyəcəyi artıq aydın olur.
Jan müharibəyə, silaha nə qədər nifrət etsə də Nelliyə bəslədiyi məhəbbət sayəsində özü istəmədən cinayət toruna, Zabel və Lusindən ibarət qəribə bir üçbucağın əhatəsinə düşür. Tərəflərdən biri Nelli də onun kimi xoşbəxt, azad olmaq istəyir. Lakin, bucağın digər iki tərəfindəki insanlar bu xoşbəxtliyə mane olurlar.
Jan təsadüf nəticəsində Nelliyə hədiyyə almaq üçün Zabelin dükanına gəlir. Zabel bu zaman orada olan Nellini çağırır. Zabel Janı qonaq edir, lakin, öz çirkin niyyətini gizlədə bilmir və əsgər olduğundan Jandan Lusini öldürməyi xahiş edir. Bu zaman Jan bu kilsə ilahilərini dinləyərək özünü əsilzadə şəxs kimi ətrafa sırımaq istəyən şəxsi təhqir və ifşa edir. Onun kim olduğunu ortaya çıxarır.
İntihar edən rəssamın geyimi və saxta passportla Jan gəmi ilə Venesuellaya yola düşməyə çalışır. Lakin, Nelliyə olan sevgisi onu Zabelin dükanına yönləndirir. Zabel Nellini sıxaraq ona təzyiq edir. Amma, Nelli bu qocanın kim olduğunu yaxşı bilir. Bu zaman Jan Nellini Zabelinin əlindən qurtarmağı bacarır, onu nifrətlə öldürür. Çölə çıxarkən isə Jan Lusin tərəfindən qətlə yetirilir. Jan Nelli ilə qucaqlaşarkən alatoranlıqda həlak olur.
Beləliklə, poetik realizm janrı sonralar Avropa kinosunda yaranan “Neorealizm’’ və “Yeni Dalğa’’ cərəyanlarının yaranmasında mühüm rol oynamışdır.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir