Ana səhifə » Resenziya » Ceyhun Mirzəli – Hasarın o üzünə baxa bilirikmi?!

Son yazılar

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Xəbər
Aprel 21, 2019

“Narkomaniyanın faciələri” adlı tədbir keçiriləcək

Xəbər
Aprel 20, 2019

Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi qeyd olunub

Persona
Aprel 20, 2019

Əlisəfdər Hüseynov – Eldəniz Zeynalov paradoksu

Xəbər
Aprel 19, 2019

“Tuğanlıq – 2019” Festivalına həsr olunmuş mətbuat-konfransı keçirilib

Müsahibə
Aprel 19, 2019

Rövşən Almuradlının Ədil İsgəndərova olan əhd borcu – “Sənət əbədidir, ömür amanat…”

Xəbər
Aprel 19, 2019

Bakı Uşaq Teatrı qastrol səfərindədir

Xəbər
Aprel 19, 2019

Qabil Quliyev: “Özümü həmişə olduğu kimi hiss edirəm”

Xəbər
Aprel 19, 2019

Teatrda yeni təyinat

Xəbər
Aprel 19, 2019

Gənc Tamaşaçılar Teatrında “Möcüzəli pillələr” hazırlanır

Xəbər
Aprel 19, 2019

Qax Dövlət Kukla Teatrının direktoru: Prezidentimizin son Sərəncamı teatrların inkişafına güclü təkan verəcək.

Xəbər
Aprel 18, 2019

“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirələr davam etdirilir

Xəbər
Aprel 18, 2019

Adanada Gəncə Teatrının tamaşasını çox bəyəniblər

Mozaika
Aprel 18, 2019

Cövhər Xeyrullayeva – Sanduq əl-əcaibin Qax nağılları

Müsahibə
Aprel 18, 2019

Bəxtiyar Xanızadə – Peşəni öyrədərəm, amma heç kimə insanlığı öyrədə bilmərəm”

Mövqe
Aprel 18, 2019

Azərbaycan məktəbliləri Beynəlxalq Məktəblərarası Teatr festivalında iştirak edir

Afişa
Aprel 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (18 aprel – 24 aprel)

Resenziya
Aprel 18, 2019

Fəridə Cəlilova – TEATR ƏHLİNİN XUDPƏSƏND CAZİBƏSİ

Xəbər
Aprel 18, 2019

Tovuzda üçüncü respublika xalq teatrları festivalının növbəti seçim mərhələsi keçirilib

Xəbər
Aprel 18, 2019

İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

Xəbər
Aprel 17, 2019

YUĞ Teatrının kollektivi Prezidentin Sərəncamını sevinclə qarşılayıb

Sərəncam
Aprel 17, 2019

Prezident teatrlara bir milyon iki yüz min manat pul ayırdı

Xəbər
Aprel 17, 2019

Dağıstanda Beynəlxalq Milli Teatrlar Festivalı keçiriləcək

Müsahibə
Aprel 17, 2019

Gələcəyi əmin əllərdə olan ADMİU-nun SABAH-ı

Müsahibə
Aprel 17, 2019

Meral Konrat: “Azərbaycanda məni çox sevirlər”

Müsahibə
Aprel 16, 2019

Ziya Ağa: “Kino saçımı tumarlayır, teatr ruhuma sığal çəkir”

Xəbər
Aprel 16, 2019

Sənətçilərimiz Vyanada “Bulmuşam həqqi” deyiblər

Təhsil
Aprel 16, 2019

Məryəm Əlizadə – “Teatr dünyasına açılan pəncərə…”

Xəbər
Aprel 15, 2019

Akademik Milli Dram Teatrında “Dəli yığıncağı” qurulur

Mövqe
Aprel 15, 2019

Jan-Lui Barro – “Teatr haqqında düşüncələr”

Xəbər
Aprel 14, 2019

Sumqayıt teatrının aktyorunun vəziyyəti pisləşib

Ceyhun Mirzəli – Hasarın o üzünə baxa bilirikmi?!

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılan “Hasarın o üzü” tamaşası günümüzün aktual problemlərindən birinə toxunan əsər kimi bir neçə ildir repertuardan düşmür. Əli Əmirlinin “Hasarın o üzü” pyesi əsasında rejissor Bəhram Osmanovun quruluş verdiyi tamaşa günümüzün vacib problemlərindən birinə – din və onun insan həyatına təsirinə həsr edilib. Ailə-məişət mövzusunda olan bu səhnə əsəri insanı bir çox suallarla baş-başa buraxır.

Əvvəla, onu qeyd etmək yerinə düşər ki müəllifin bundan öncəki dramlarında da din motivinə yer verilib. Belə ki, dramaturqun H.Z.Tağıyevin həyatına həsr etdiyi “Mesenat” tamaşasında milyonçunun 1920-ci ilin təbədüllatlı prosesləri fonunda Allaha üz tutması göstərilir. Tağıyev ömrünün sonunda həyat, tale, ölüm barədə ibrətamiz kəlamlar söyləyir. Müəllifin “Hasarın o üzü” əsərində isə bu motiv genişlənərək dramın mövzusuna çevrilmişdir.

Dramın baş qəhrəmanlarından olan Qərib (Nurəddin Mehdixanlı) həkim-onkoloqdur, dinə münasibəti mənfidir. Bu, Qərib həkimin dinlə bağlı təsəvvürlərinin yanlış olması ilə bağlıdır. O, həyat yoldaşı Humayı (Həmidə Ömərova) namaz üstə görərkən evini məscidə bənzədir. Qərib, həkim olaraq, gördüklərinə və tibb elminin uğurlarına inanır. Onun sonda imana gəlməsi isə bir qədər alınmayıb, çünki əsərdə Qəribin imana gedən yolunun dinamikası göstərilmir.

Humay isə dindar bir xanımdır. Keçmişdə onun da səhvləri olub. Həyatında boşluq hiss etdikdə ibadət etməyə başlayıb, indi daim Allahın adını zikr edir. Onun ibadətinin həm müsbət, qismən də mənfi tərəfləri var. Humay ətrafındakı çarə axtaran insanlara həddən artıq həsas yanaşır. Buna görə də ailəsindən bir qədər uzaq düşür. Amma bu uzaqlaşmağa səbəbkar yalnız o deyil: həyat yoldaşı və qızı da onu anlamır.Lakin Qərib onun baxışlarını qəbul etməsə də, Humayla onu birləşdirən bir dəyər var: onların hər ikisi mərhəmətlidir. Onların qızları Zərif ailənin tək övladıdır. Bu personaj müasir Azərbaycan gəncinin faciəvi tipidir. Bu gənc xanım müasir həyata sıx bağlıdır, 21-ci əsrin qanunlarını özü üçün ən əsas meyar sayır. Daş ürəkli görünsə də, qəlbində özünəməxsus zərif hissləri var. Əsər boyu mənəvi iztirab çəkir. Atasına bənzəyir. Anası ilə mübahisələrində dindən qorxduğunu deyir. Nigahdan kənar hamilə qalır. Bu hadisə ailəsində qeyi-müəyyən durum yaradır. Humay bu xəbəri Qəribə deyəndə onun qol-qanadı sınır, xərçəng xəstəliyinə tutulur.

Çiçək beyin xərçənginə tutulan dindar qızdır. Valideyn himayəsindən məhrum olan zavallı qız Qərib həkimlə qarşılaşır. Başqa həkimlər ondan qaçdıqları halda, Qərib Çiçəyi pulsuz müayinə edir. Çiçəyin, ailə üzvləri ayrı-ayrı qütblərdə dayanan bu evə gəlişi əsərdəki konfiliktə yeni çalar qatır. Çiçək Humay xanımla birgə namaz qılır. Həm də Humay xanım Çiçəyi özünə həmdəm bilir.Gördüyümüz kimi, bu teatr tamaşasında üç problem qoyulur – dinin insan həyatına təsiri, xərçəng, abort. Hər problem özlüyündə ayrı bir cığırla gedir. İmansız Qərib həkimin imanlı Çiçəyi şiş xəstəliyindən xilas etməyə çalışarkən özünün bu bəlaya düçar olması düşündürücü dramatik gedişdir. Gənclik xətası nəticəsində erkən hamilə qalıb uçuruma doğru gedən Zərifin mentaliteti qırxüzlü adlandırması onu bir qədər Cabbarlının faciəvi qəhrəmanlarına bənzədir. Humay xanımın bütün xüsusiyyətləri ilə birgə imanına sadiq qalması insanı düşündürməyə vadar edir.  Buradakı personajların hər biri, haradasa, yarımçıq şəxslərdir. Hər kəs, hətta ən çətin anda belə özünə bəraət qazandırmağa çalışır.

Səhnədə ev əşyalarının qarışıq olması diqqət çəkir, bu, ailədə vəhdətin olmamasına işarədir. Bu, eyni zamanda çağdaş zamanın proplemlərinə tutulmuş güzgüdür. Pyesdə mübahisələr zamanı cənnət hazırlığından çox danışılır. Humayı əri və qızı cənnətə hazırlaşmaqda qınayırlar. Bu yerdə Həzrət Əlinin kəlamı yada düşür , “Ya Rəbb, sənə səcdə edirəm, sənə səcdə etmirəm ki, sənin cəhənnəmindən qorxuram, sənə səcdə etmirəm ki, sənin cənnətində gözüm var. Mən sənə ona görə səcdə edirəm ki, sən səcdəyə layiqsən”.

 

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir