Ana səhifə » Mövqe » BU DƏFƏ AKTYORLAR SƏHNƏDƏ OYNAMIR VƏ YA 2019-CU İLİN İLK TEATR QALMAQALLARI – KİM HAQLIDIR?

Son yazılar

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Xəbər
Aprel 25, 2019

İranlı rejissor Lənkəran Dövlət Dram Teatrında “Sinemarın qətli” tamaşasını hazırlayır

Xəbər
Aprel 25, 2019

Qax Dövlət Kukla Teatrı Balakən rayonunda qastrol səfərindədir

Xəbər
Aprel 25, 2019

ƏSA Teatrında yeni tamaşa – “Adamlar və siçanlar-2. Fermadan qaçış”

Xəbər
Aprel 21, 2019

“Narkomaniyanın faciələri” adlı tədbir keçiriləcək

Xəbər
Aprel 20, 2019

Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi qeyd olunub

Persona
Aprel 20, 2019

Əlisəfdər Hüseynov – Eldəniz Zeynalov paradoksu

Xəbər
Aprel 19, 2019

“Tuğanlıq – 2019” Festivalına həsr olunmuş mətbuat-konfransı keçirilib

Müsahibə
Aprel 19, 2019

Rövşən Almuradlının Ədil İsgəndərova olan əhd borcu – “Sənət əbədidir, ömür amanat…”

Xəbər
Aprel 19, 2019

Bakı Uşaq Teatrı qastrol səfərindədir

Xəbər
Aprel 19, 2019

Qabil Quliyev: “Özümü həmişə olduğu kimi hiss edirəm”

Xəbər
Aprel 19, 2019

Teatrda yeni təyinat

Xəbər
Aprel 19, 2019

Gənc Tamaşaçılar Teatrında “Möcüzəli pillələr” hazırlanır

Xəbər
Aprel 19, 2019

Qax Dövlət Kukla Teatrının direktoru: Prezidentimizin son Sərəncamı teatrların inkişafına güclü təkan verəcək.

Xəbər
Aprel 18, 2019

“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirələr davam etdirilir

Xəbər
Aprel 18, 2019

Adanada Gəncə Teatrının tamaşasını çox bəyəniblər

Mozaika
Aprel 18, 2019

Cövhər Xeyrullayeva – Sanduq əl-əcaibin Qax nağılları

Müsahibə
Aprel 18, 2019

Bəxtiyar Xanızadə – Peşəni öyrədərəm, amma heç kimə insanlığı öyrədə bilmərəm”

Mövqe
Aprel 18, 2019

Azərbaycan məktəbliləri Beynəlxalq Məktəblərarası Teatr festivalında iştirak edir

Afişa
Aprel 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (18 aprel – 24 aprel)

Resenziya
Aprel 18, 2019

Fəridə Cəlilova – TEATR ƏHLİNİN XUDPƏSƏND CAZİBƏSİ

Xəbər
Aprel 18, 2019

Tovuzda üçüncü respublika xalq teatrları festivalının növbəti seçim mərhələsi keçirilib

Xəbər
Aprel 18, 2019

İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

Xəbər
Aprel 17, 2019

YUĞ Teatrının kollektivi Prezidentin Sərəncamını sevinclə qarşılayıb

Sərəncam
Aprel 17, 2019

Prezident teatrlara bir milyon iki yüz min manat pul ayırdı

Xəbər
Aprel 17, 2019

Dağıstanda Beynəlxalq Milli Teatrlar Festivalı keçiriləcək

Müsahibə
Aprel 17, 2019

Gələcəyi əmin əllərdə olan ADMİU-nun SABAH-ı

Müsahibə
Aprel 17, 2019

Meral Konrat: “Azərbaycanda məni çox sevirlər”

Müsahibə
Aprel 16, 2019

Ziya Ağa: “Kino saçımı tumarlayır, teatr ruhuma sığal çəkir”

Xəbər
Aprel 16, 2019

Sənətçilərimiz Vyanada “Bulmuşam həqqi” deyiblər

Təhsil
Aprel 16, 2019

Məryəm Əlizadə – “Teatr dünyasına açılan pəncərə…”

BU DƏFƏ AKTYORLAR SƏHNƏDƏ OYNAMIR VƏ YA 2019-CU İLİN İLK TEATR QALMAQALLARI – KİM HAQLIDIR?

2019-cu ilin ilk ayını yaşayırıq. Yanvarın ilk teatr qalmaqalı aktyorların işdən çıxarılması oldu. Hər il yaşlı aktyorlar işdən çıxarılanda, bu, mətbuatın gündəminə çevrilir. Teatrdan çıxarılan, müqavilə ilə çalışan aktyorlar müsahibələr verirlər ki, bu da məsələni ağırlaşdırır. Xatırladaq ki, 65 yaşını adlayan aktyorlar təqaüdə göndərilir və lazımdırsa, bəziləri ilə müqavilə bağlanılır. Fəxri adları olanlara isə səhnəni 70 yaşında tərk etmək güzəşti edilir.
Bu dəfə də bənzər hadisə ilə rastlaşdıq. Amma fərqli formada. Eyni gündə iki fərqli teatrın əməkdaşları işdən uzaqlaşdırıldı. Bu xəbərlərdən birincisi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinin qərarı ilə Xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, Lətifə Əliyeva, Əməkdar artistlər Atabala Səfərov və Rahib Əliyevin işdən çıxarılması oldu. Aktyorlar işdən çıxarılmalarına etiraz edirlər.
“Tamaşalar bitdikdən sonra bizim də teatrla işimiz bitmiş olacaq”

Teatrın aktyoru, Əməkdar artist Rahib Əliyev mətbuata açıqlamasında teatr rəhbərliyinin qərarı ilə razılaşmadığını və işdən çıxmaq istəmədiyini bildirib. Onun fikrincə, mədəniyyət ocağından uzaqlaşdırılması qanunsuzdur: “Niyə çıxım, axı? 50 ildən çoxdur işləyirəm. Bunu şikayət kimi demirəm. Deyirlər, işdən çıxacaqsan, amma Əməkdar artist olduğun üçün hər tamaşaya 44 manat verəcəyik. Bu, qanunsuzdur, başqa teatrlarda belə hal yoxdur. Əvvəl maaşımızı kəsib 50 faiz etdilər. İndi 148 manat maaş alıram. Elə aktyorlar var məndən də az əməkhaqqı alır. İndi də deyirlər təqaüdçüsünüz, gedin. Direktor yeni gəlib, niyə belə edir, bilmirəm. Dünən teatrdan məni çağırıb dedilər ki, indi imkan yoxdur, amma yaxşı olacaq və sair. Sonra getdim kadrlar şöbəsinə, dedilər ki, əmək kitabçasını qaytaracağıq özünüzə, hər tamaşaya da 44 manat verəcəyik. Bu ay bir tamaşam var. Tamaşalar bitdikdən sonra bizim də teatrla işimiz bitmiş olacaq”.Xalq artisti Yasin Qarayev bizimlə söhbətində dedi ki, teatrdan kənarlaşmaq niyyətində deyil: “Mənə teatrdan bildirdilər ki, ərizə yazmalısan, etiraz etdim. Aktyorun 65 yaşından sonra müəssisənin direktoru onunla 70 yaşına qədər 5 il ərzində 1 illik müqavilələr bağlaya bilər. Bir ildən sonra istəsə, bağlamaz. Bu da işçilərin sayının 2 faizi qədər hesablanır. Mən belə düşünürəm ki, bu, teatrlara aid deyil, dövlət qulluqçularına aiddir. Müqavilə artıq bağlana bilməz. Çünki məsələn, Ağaxan Salmanlının 77 yaşı var. Ərizədə işdən çıxarıldığı qeyd olunur, ancaq onu Xalq artisti kimi oynadığı tamaşalara görə dəvət edir və hər tamaşasına təxminən 40 manat verirlər. Yeni tamaşalarda isə rol verilmir”.

Məsələ ilə bağlı Teatrın mətbuat xidməti ilə əlaqə saxladıq. Teatrın sözçüsü bu haqda suala cavab verə bilməyəcəyini, mövzu ilə bağlı teatrın baş rejissoruna müraciət edə biləcəyimizi bildirdi.

Günün ikinci qalmaqallı məsələsi isə YUĞ Dövlət Teatrının rejissoru Sahib Ağayevin (Mir Sahib Ağazadə) işdən azad edilməsi oldu.Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə mətbuata açıqlamasında xəbəri təsdiqlədi: “Bu barədə mən heç bir şey deyə bilmərəm. Ancaq xəbəri təsdiqləyirəm. Qərarı teatr verməyib, Mədəniyyət Nazirliyi rəsmi məktubla göndərib. Ona görə də təfərrüatları nazirliyin kadrlar şöbəsinə zəng vurub öyrənin”.“Aktyoru Mədəniyyət Nazirliyi işə götürmür”

Mədəniyyət Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətovla əlaqə saxladıq. Məsələ ilə bağlı danışan İ.Hümbətov da öz növbəsində bildirdi ki, məsələnin təfərrüatını məhz teatrların mətbuat xidmətindən öyrənmək mümkündür: “Teatrların hər ikisinin mətbuat xidməti var. Mövzu ilə bağlı onlara müraciət etsəniz, daha yaxşı olar. Aktyoru Mədəniyyət Nazirliyi işə götürmür. Onları teatrların direktorları işə götürür. Hər aktyorun işdən çıxarılmasının öz səbəbləri var. Gənc Tamaşaçılar Teatrının bir başqa, YUĞ Teatrının isə tamam başqa səbəbləri var. Aktyorun işə götürülməsi və çıxarılması teatrın direktorunun səlahiyyətində olan məsələdir. Qeyd edim ki, YUĞ Teatrında daha ciddi məsələ var”.“Bu maddələrə görə biz onu işdə saxlaya bilməzdik”

YUĞ Dövlət Teatrının direktoru İslam Həsənov bizimlə söhbətində Sahib Ağayevin işdən çıxarılmasının öz səbəbləri olduğunu vurğuladı: “Sahib Ağayevi Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişik. Belə ki, Sahib avtomobil qəzası törədib, bir nəfəri ağır, ölümcül şəkildə yaralayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.01.2018-ci tarixli, 1101274 saylı hökmü ilə Cinayət Məcəlləsinin 263-cü maddəsinə əsasən 3 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan və 5 il müddətinə azadlıqdan məhrum edilib. Sahib 13 saylı cəzaçəkmə müəssisəsində qeydiyyata alınıb. Hal-hazırda o, azadlıqdan qismən məhrumedilmə maddəsi ilə həmin müəssisədə qeydiyyatdadır. Həyatdır, bu iş hər kəsin başına gələ bilər. Biz də məsələ ilə bağlı cəzaçəkmə müəssisəsinə müraciət etdik ki, belə bir insan bizdə işləyə bilərmi? Bizə bildirdilər ki, bu maddə ilə işləməyi mümkün deyil. Biz də bunun əsasında onu işdən azad etmişik. Bu maddələrə görə biz onu işdə saxlaya bilməzdik. O, işdən azad olunmalı idi”.
İslam Həsənovdan işdən çıxarılan rejissorun yaradıcılığı ilə bağlı da hər hansı narazılığın olub-olmamasını xəbər aldıq, İslam müəllim: “O, teatrda rejissor olaraq tamaşa hazırlayıb və onu bərpa edib. Mən bura təyin olunduqdan sonra onun “Fəna” adlı bir tamaşasını görmüşəm”, – dedi.“74-cü maddənin  “ç” bəndi mənə şamil oluna bilməz”

İşdən çıxarılan rejissor Sahib Ağayev bizimlə söhbətində bu hökmün ona Kukla Teatrının direktoru Rəşad Əhmədzadə YUĞ Teatrına rəhbərlik etdiyi zaman – 2018-ci il yanvarın 29-da oxunduğunu bildirdi: “Ötən il mənə bu məsələ ilə bağlı şərti cəza kəsildi. Nazirliyin də hadisə ilə bağlı məlumatı var idi. Hüquqşünaslarla dəqiqləşdirildikdən sonra bəlli oldu ki, hüquqi baxımdan teatrda fəaliyyət göstərməyimə heç bir maneə yoxdur. Bu hadisədən sonra işləməyə davam etdim. Yay aylarında İslam Həsənov teatrımıza direktor təyin olunanda bu məsələ bəlli idi. Nə üçün bu məsələ məhz indi gündəmə gəldi? Çünki teatrımızda olan müəyyən çatışmazlıqlarla, əsas da, YUĞ-un simasının dəyişdirilməsi ilə bağlı mətbuatda çıxış etdim. Ondan sonra direktorumuzun və baş rejissorumuzun mənimlə şəxsi-qərəzliyi başladı. Mənə qarşı olan qərəzlərinə başqa don geyindirə bilməyəndə, bu məsələni ortaya çıxardılar. Sözügedən məsələni bəhanə gətirmələri isə qanunsuzdur. 74-cü maddənin “ç” bəndi mənə şamil oluna bilməz. Qeydiyyatda olduğum cəzaçəkmə müəssisəsinin rəhbəri mənə arayış verdi. Bu arayışı direktorumuza da, nazirliyin incəsənət şöbəsinin müdiri İsmayıl müəllimə də təqdim etmişəm. Orda göstərilir ki, cəzaların icrası ilə bağlı 119.3-cü bəndə əsasən bu tipli cəza çəkən insanların iş fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. Məntəqənin rəisi tərəfindən icazə verilir. Həmin şəxs ölkə ərazisini tərk etmədən fəaliyyət göstərə bilər”.

Rejissor qeyd edir ki, teatrın direktoru nazirliyin məktubuna əsasən belə qərar qəbul edib: “Nazirliyin göndərdiyi məktubda deyilir ki, biz məsuliyyət daşımırıq, teatra direktor və baş rejissor təyin etmişik. Qalan məsuliyyət teatr rəhbərliyinin öz üzərinə düşür. Teatrın baş rejissoru Mehriban Ələkbərzadə mənim barəmdə nazirliyə şikayət etdi. Mən də nazirliyə getdim, ancaq İsmayıl müəllim tam olaraq məni dinləmədi. Onlar məsələni birtərəfli dinlədikləri üçün məhz belə mövqe sərgiləyiblər. Bu ədalətsizlikdir. Bizim məsələmiz nazirlik səviyyəsinə qalxmamalı idi. Direktor və baş rejissorun arasında müzakirə olunası məsələ idi. Avtoqəza hamının başına gələ bilən hadisədir. Bizim qanunvericiliyimizdə sürücünün məsuliyyəti çoxdur. İstənilən halda sürücü günahkar sayılır…”
Sahib Ağzadə işdən çıxarılmasını ona mesaj vasitəsi ilə çatdırdıqlarını və prosedurun bu şəkildə aparılmamalı olduğunu da bildirdi.

Bu məsələ ilə bağlı YUĞ Teatrının əməkdaşları da öz münasibətlərini bildiriblər:YUĞ Teatrının aktyoru, Xalq artisti Məmmədsəfa Qasımov:

“Bu gün YUĞ teatrında baş vermiş bu hadisəyə mən münasibət bildirməyə bilmərəm. Ona görə ki, YUĞ yaranandan bu günə qədər mən bu teatrda çalışmışam. Burada 30 ilə yaxın bizim acılı-şirinli günlərimiz olub. Burada baş verənlər də istər xoş, istərsə də ağrılı hadisələr olsun, mənim gözlərimin qarşısında baş verib. Çətin günlərimiz olub, hətta çox çətin günlərimiz olub. Amma heç vaxt bir-birimizə qarşı bu günkü qədər belə amansız olmamışıq. Mir Sahib Ağazadə ilə bağlı baş verənləri də mən bu amansızlığın davamlı nəticəsi hesab edirəm.
Mən Sahibi tələbə vaxtdan tanıyıram, universitetdə Vaqif İbrahimoğlu ilə birlikdə bu kursa dərs demişəm. Mən Sahibin istedadına, mədəniyyətinə, təəssübkeşliyinə, qabiliyyətinə, yaxşı mənada, həmişə həsəd aparmışam. Hər halda bu və buna bənzər hadisələr heç bir teatra xeyir gətirməyib və gətirməyəcək də. Mən çox istərdim ki, hər birimiz bu barədə ciddi düşünək”.YUĞ Teatrının aktyoru Əbdülqəni Əliyev bizimlə söhbətində məsələni yeni eşitdiyini bildirdi: “Çox heyfsilənirəm ki, belə bir hadisə olub. Sahibin xətrini, həqiqətən, çox istəyirəm. O, gözəl sənətkardır. Ancaq Sahibin nə üçün və hansı səbəbdən işdən çıxarılmasını bilmirəm. Teatra yeni gəlmişəm və indi xəbər tutmuşam. Vaxt tapıb məsələ ilə maraqlana bilməmişəm. Mən belə hadisələrdən ən sonda xəbər tuturam”.YUĞ Teatrının aktyoru Qasım Nağı:

“1994-cü ildən “YUĞ” Dövlət Teatrında çalışıram. Sənət yolumda ustadım VAQİF İBRAHİMOĞLUNU və müəllimim Xalq artisti Məmmədsəfa Qasımovu hər zaman özümə örnək bilmişəm.
Mirsahib Ağazadəni 2000-ci ildən, V.İbrahimoğlunun əqidəli, ləyaqətli, əxlaqlı və çox istedadlı tələbələrindən biri kimi tanımışam. Mirsahib bəy “YUĞ”un o rejissorudur ki, hələ 2007-ci ildə “MƏN, MƏHƏMMƏD FİZULİ…” səhnə divanı layihəsində hazırladığı “YA RƏBB” tamaşasını Vaqif müəllim heç bir düzəliş etmədən ilkin baxışda qəbul etmişdi.
2009-cu ildə Misirdə keçirilən “Avanqard-Eksperimental Teatrlar Festivalı”nda iştirak etdiyim monotamaşanın rejissoru Mirsahib Ağazadə olub. 2010-cu il Türkiyənin Konya şəhərində “MİN NƏFƏS – BİR SƏS” Türkdilli Teatrların Festivalında iştirak etdiyim tamaşanın da rejissoru Mirsahib bəy olub.
2015-ci ildə Bakılı Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən “HUMAY” Mükafatı ilə təltif olunduğum “FƏNA” tamaşasının rejissoru yenə Mirsahib Ağazadə olub.
M.Ələkbərzadə teatra baş rejissor təyin olunanda repertuarda olan bütün tamaşaları izləyəndən sonra “FƏNA” tamaşası haqqında dəyərli fikirlər bildirmiş və rejissor işini yüksək qiymətləndirmişdir.
2018-ci ilin oktyabr ayında Mirsahib bəyin verdiyi müsahibədən sonra rəhbərliklə onun arasındakı münasibətlərdə “şəxsi-qərəz müstəvisi” bərqərar olundu və hətta 2019-cu ildə TXİ-nın V.İbrahimoğlunun xatirəsinə ithafən keçirəcəyi “BOŞ MƏKANIN DOLĞUNLUĞU” adlı festivalda “FƏNA” tamaşasının iştirakının qarşısı alındı və s. və i…
28 illik yaradıcı fəaliyyətimin 25 ili “YUĞ” teatrının payına düşür, belə  münasibətlə birinci dəfədir rastlaşıram və “YUĞ”un qarşılaşdığı ciddi təhlükənin fərqindəyəm…
Ona görə də rica edirəm, Mədəniyyət Nazirliyinə bildirilsin ki,”quyruğumu əzənin başını əzərəm” deyib və “səndən xoşum gəlmir” prinsipi ilə teatrı idarə edənləri anlatsın. Anlatsın ki, bəs, bura “YUĞ” Dövlət Teatrıdır! Kiminsə özəl özfəaliyyət dərnəyi deyil!!!
Mirsahib Ağazadənin işdən uzaqlaşdırılmasını qələbə kimi qeyd edənləri təbrik etmirəm və Mirsahib bəyə can sağlığı, bütün işlərində uğurlar arzu edirəm.
Bütün haqsızlıqları qoy Tanrı özü cavablandırsın!
Mən  “YUĞ”u sevirəm və Tanrıya inanıram!!!
Ruhun şad olsun Ustad… Buyur, gəl gör, cənnətinin nə cah-cəlalı var…”

“O, YUĞ Teatrına lazımlı sənətçidir”

Məsələ ilə bağlı rejissorlar, aktyorlar və teatrşünaslar sosial şəbəkədə öz münasibətlərini bildiriblər.YUĞ Teatrının rejissoru Gümrah Ömər facebook hesabında yazıb: “Əziz Yuğçular işləmək lazımdır!.. Özü də çox işləmək!.. Başqa heç nə. Rəhbərliyin kollektivə diqqət və sayğısını isə mütləq qiymətləndirmək lazımdır. Vicdanlı və peşəkar direktor və baş rejissorumuz var. Onlarla əl-ələ verib çalışmaq lazımdır. Yuğ naminə, Ustadımız naminə. Rəhbərliyin istəyi də sağlam mühit formalaşdırıb, səmərəli yaradıcı şərait yaratmaqdır. Kimin əlinə-qoluna vururlar, axı. Nə qədər gec deyil ucuz populizmdən qaçın. Vaqif İbrahimoğlundan da əl çəkin! Özünüzün kim olduğunuzu və bacarığınızın nə olduğunu ortaya qoyun. Vəssalam. Bacarıqlı və istedadlı adama isə həmişə və hər yerdə iş tapılar. Bunu öz təcrübəmdən deyə bilərəm. Bu hay-küy kimə lazımdır? Hay-küy zamanı çoxdan keçib. Yaradıcılığla məşğul olun, dostlar!”Teatrşünas, YUĞ Teatrının ədəbi hissə müdiri Elçin Cəfərov da “Facebook” hesabında heç vaxt heç bir kampaniyaya qoşulmadığını, ancaq bu məsələ ilə bağlı etiraz etdiyini bildirib: “Teatr sənəti ilə bağlı hər hansı bir qalmaqallı olaya qoşulmağı, yaxud münasibət bildirməyi adıma və peşəmə yaraşdırmamışam. Ancaq bu həna o hənadan deyil. Son zamanlar YUĞ Teatrı ilə bağlı yaşanan olaylar məni narahat edir. Vaqif İbrahimoğlunun vəfatından sonra teatrda baş verənlər, “YUĞ Teatrının Yox Teatrı olmağı”na doğru aparan irili-xırdalı hadisələr məni çox üzür. Həmişə YUĞ Teatrında çalışmağıma, YUĞ ailəsinin üzvü olduğuma görə, ustadım Vaqif İbrahimoğlunun əlindən su içdiyimə görə qürur duymuşam. 3-cü kursda oxuduğum vaxtdan müəllimin dəvəti ilə YUĞ Teatrının ədəbi hissə müdiri vəzifəsində işləyirəm. Vaqif İbrahimoğlunun rejissurası haqqında fəlsəfə doktoru dissertasiyası müdafiə etmişəm. Deməyim o ki, YUĞ haqqında söz deməyə mənəvi haqqım da, bilgim də yetir. Son zamanlar YUĞ-da yaşanan arzuolunmaz hallar məni olduqca narahat edir. YUĞ Teatrının sənətçilərinin teatrdan ayrılması bu teatra zərbədir. Bu teatr say-seçmə sənətçilərdən ibarətdir. Bu sənətçilərin hər biri elə YUĞ-dur, teatrdır. Burada artıq adam yoxdur. Mir Sahib Ağazadə YUĞ-un istedadlı və ləyaqətli sənətçilərindəndir. Azərbaycan teatr məkanında barmaqla sayıla biləcək 5-6 istedadlı rejissordan biridir. Belə bir sənətçinin teatrdan ayrılması üzücüdür. Hər insanın səhvi ola bilər, ancaq bu, hər hansı sənətçini teatrdan uzaqlaşdırmağa əsas vermir. Teatr hamımızdan böyükdür, məndən, səndən, ondan – hər kəsdən!!! YUĞ ideyasının daşıyıcısı olan Mir Sahib Ağazadə bu gün YUĞ Teatrına lazımlı sənətçidir”.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir