Ana səhifə » Xəbər » ”Boş məkanın dolğunluğu-2” festivalının ilk üç günü arxada qaldı

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

”Boş məkanın dolğunluğu-2” festivalının ilk üç günü arxada qaldı

1 mart 2019cu il tarixində start götürən ”Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalının ilk 3 günü arxada qaldı. Azərbaycan Teatr Xadimləri İttifaqının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi görkəmli rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş festivalın açılışı və ilk tamaşası YUĞ Teatrının səhnəsində baş tutdu. Açılış mərasimi Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətin giriş sözü ilə başladı. YUĞ Teatrının direktoru İslah Həsənov və baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə qonaqları salamlayaraq, festivalın işinə uğurlar arzuladı.

Daha sonra A.B.Kasaresin əsəri əsasında hazırlanmış “Qəbir qazma üsulu” tamaşası nümayiş olundu. Növbəti tamaşa S.Haqverdiyevanın hekayələri əsasında səhnələşdirilmiş “Metamorfoza” tamaşası oldu.

Tamaşaçılar festivalın ikinci günündə də YUĞ Teatrının tamaşalarını izlədilər. Əvvəlcə V.Klimin pyesi əsasında hazırlanmış “Medeya.Sekvensiya-01” tamaşası, sonra isə T.Vahidin hekayələri əsasında səhnələşdirilmiş “Quş dili” tamaşası göstərildi.

Festivalın üçüncü gününün tamaşaları AzTXİ-nin böyük səhnəsində nümayiş olundu. S.Mrojekin pyesi əsasında İsa Əsədovun quruluş verdiyi “Açıq dənizdə” tamaşasında rolları Əməkdar artist Qurban Məsimov, Anar Seyfullayev, Manaf Dadaşov, Müşfiq Əliyev, Rahib Axundov ifa edirdi. Üçüncü günün sonuncu tamaşası “Human” müstəqil teatrının Sergey Yeseninin əsərləri əsasında səhnələşdirilmiş “Qara adam” monotamaşası oldu. Tamaşanın rejissoru və ifaçısı Şamil İbrahimov idi.

Tamaşadan sonra festivalın teatrşünaslardan və mədəniyyət yazarlarından ibarət ekspert qrupunun və tamaşaların yaradıcı heyətlərinin iştirakı ilə müzakirə keçirildi.

“TeatrO.az” sənət portalı

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir