Ana səhifə » Xəbər » “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalı başa çatıb

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Afişa
May 23, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (23 may – 29 may)

Xəbər
May 23, 2019

Ən məhsuldar teatrşünas

Persona
May 23, 2019

İsrafil İsrafilov – Məmməd Cəfərin teatr düşüncələri

Xəbər
May 23, 2019

YUĞ Teatrında Orxan Pamukun romanı səhnələşdirilib

Xəbər
May 23, 2019

ADMİU-da Nazim Hikmətin əsəri tamaşaya qoyulub

Xəbər
May 23, 2019

“dOM” Teatrı Beynəlxalq Festivalda iştirak edəcək

Mozaika
May 23, 2019

Fuad Poladovun 14 il əvvəl çəkildiyi filmindən nadir fotolar…

Xəbər
May 22, 2019

Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir

Xəbər
May 20, 2019

Akademik Milli Dram Teatrında Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək

Mövqe
May 20, 2019

Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə açıq məktub!

Xəbər
May 20, 2019

“Aləmin Nəfəsi: Nəsimi” tamaşası 3 böyük müfakata layiq görüldü

Mövqe
May 20, 2019

Xəyalə Rəis – 25 il gözləməyə dəyərdi…

Xəbər
May 18, 2019

Afaq Bəşirqızıdan məmurlara sərt çağırış – “Cənab məmurlar, siz də ayılın”

Afişa
May 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (16 may – 22 may)

Persona
May 18, 2019

Teatr direktorları “Kaspi” qəzetinin “Teatr” əlavəsini təbrik etdi

Müsahibə
May 17, 2019

Nigar Pirimova – Teatrlarımızın son beş ili

Müsahibə
May 17, 2019

ADMİU-dan reportaj: “Biz “Stanislavski sistemi”ni bilmirik!”

Xəbər
May 16, 2019

“Yarımçıq qalmış” Caspian Awards mükafatına layiq görüldü

Xəbər
May 15, 2019

ADMİU-da Əlisəfdər Hüseynovun “Kinonun fəlsəfəsi” kitabının təqdimatı keçiriləcək

Xəbər
May 15, 2019

Lənkəran Teatrında “Senemar” faciəsinin premyerası olub

Xəbər
May 15, 2019

Teatr Xadimləri İttifaqında “Ezop-Əzab”

Xəbər
May 14, 2019

ADMİU Beynəlxalq Elmi Konfransa dəvət edir

Xəbər
May 10, 2019

Prezident mükafatçıları məlum oldu

Xəbər
May 10, 2019

Prezident fərdi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb

Xəbər
May 10, 2019

“Ey Azərbaycanım”

Xəbər
May 10, 2019

“Danabaşlar” tamaşası nümayiş olunub

Afişa
May 10, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (9 may – 15 may)

Xəbər
May 10, 2019

Rəhman Rəhmanovun səhhəti pisləşib

Mozaika
May 9, 2019

“Kaspi”nin 8 yaşlı “Teatr əlavəsi”

“Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalı başa çatıb

Azərbaycan Teatr Xadimləri İttifaqının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş “Boş məkanın dolğunluğu” II Eksperimental tamaşalar festivalı başa çatıb.  1-9 mart 2019–cu il tarixlərində baş tutan festival çərçivəsində 9 gün ərzində ölkəmizin 7 müxtəlif dövlət, bələdiyyə, müstəqil teatrı, həmçinin ADMİU-nun müəllim-tələbə heyəti və bir Gürcüstan teatrı tərəfindən ümumilikdə 18 tamaşa təqdim olunub. İTV şirkətinin və Teatro.az sənət portalının informasiya dəstəyi ilə həyata keçirilən festival müddətində teatrşünaslardan və teatr yazarlarından ibarət ekspertlər qrupunun iştirakı ilə tamaşaların müzakirəsi baş tutub.

Festivalın mükafatlandırma mərasimi martın 10-u, Milli Teatr Günündə Teatr Xadimləri İttifaqında keçirilib.

Əvvəlcə 10 Mart Milli Teatr Günü münasibəti ilə Xalq artisti Məmmədəli Balayev (Gəncə Dövlət Dram Teatrının aktyoru), Əməkdar artistlər Loğman Kərimov (Şuşa Dövlət Musiqili Dram Teatrının), Azad Şükürov (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti), Aslan Şirinov (Akademik Milli Dram Teatrının aktyoru), Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova (Teatr muzeyinin direktoru), Əməkdar incəsənət xadimi Tariyel Məmmədov (“Musiqi dünyası” jurnalının baş redaktoru), Dilbər İsmayılova (Akademik Milli Dram Teatrı, rejissor assisenti) Teatr Xadimləri İttifaqının fəxri fərmanı ilə təltif olunublar.

Xalq artistləri Firəngiz Mütəllimova, Qabil Quliyev, Valeh Kərimov, Əməkdar artist İntiqam Soltan, bəstəkar Azər Rzayev AzTXİ-nin təsis etdiyi “Sənətkar” medalına layiq görülüb.

Sonra “Boş məkanın dolğunluğu-2” eskperimental tamaşalar festivalının nəticələri elan olunub. Festivalda iştirak edən tamaşaların yaradıcı heyətinə iştiraka görə diplomlar təqdim edilib.

Daha sonra festivalın TXİ-nin yaradıclıq laboratoriyalarının rəhbəri Xalq artisti, kinodramaturq Ramiz Fətəliyev, TXİ-nin Sədr müavini, Xalq artisti, Rafiq Əliyev, Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, rejissor Tərlan Rəsulov və teatrşünas Dağlar Yusifdən ibarət münsiflər heyətinin seçiminə əsasən, qaliblərə mükafatlar təqdim olunub.

“Ən yaxşı tamaşa” nominasiyası üzrə birinci mükafatı Akademik Milli Dram Teatrının A.M.Şərifzadə adına kiçik səhnəsində hazırlanmış “Bir-iki bizimki…” tamaşası (rej. Əlif Cahangir) qazanıb.

Eyni nominasiyada ikinci yeri S.Mrojekin əsəri əsasında hazırlanmış “Açıq dənizdə” tamaşası qazanıb. Müstəqil layihə kimi təqdim olunan tamaşanın quruluşçu rejissoru İsa Əsədovdur.

ADMİU-nun tələbələrinin müasir Rusiya dramaturqları A.Şipanov və A.Abrosimovun “Səmavi və ya onun həyatından dörd saat” pyesi əsasında hazırladığı “Səmavi” tamaşası (rej. Raulya Türkkan) və Human teatrının rus şairi Sergey Yeseninin əsərləri əsasında hazırladığı “Qara adam” tamaşası (rej. Şamil İbrahimov) üçüncü yeri paylaşıblar.

Azərbaycan Respublikasının Xalq artistləri Məbud Məhərrəmov, Lyudmila Duxovnaya və Əməkdar artist Gülşad Baxşıyeva festivalın fəxri iştirakçıları seçilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin Ə.Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesi əsasında hazırladıqları “Qara oyun” (kurs rəhbəri Məmməd Səfa) tamaşası festivalın “Ən yaxşı tələbə tamaşası” nominasiya üzrə qalib olub.

Aktrisa Mehriban Xanlarova “Manqurt” tamaşasındakı “Nayman” ana roluna görə “Qadın rolunun ən yaxşı ifası” nominasiyası üzrə qalib olub.

YUĞ teatrının aktyoru Qasım Nağı “Quş dili” tamaşasındakı Bağban roluna görə “Ən yaxşı kişi rolu” nominasiyasında mükafatlandırılıb.

Eyni nominasiyanın daha bir qalibi aktyor, rejissor Qurban Məsimov olub. O, bu mükafata Müstəqil teatrın “Açıq dənizdə” tamaşasındakı Gonbul roluna görə layiq görülüb.

Teatr sənəti fakültəsinin 3-cü kurs tələbəsi Rəhimə Abdinova isə Kamal Abdullanın eyniadlı əsəri əsasında Əməkdar artist Yaqut Paşazadənin quruluşunda hazırlanan “Unutmağa kimsə yox” tamaşasında ifa etdiyi Əntər obrazına görə festivalın “Tələbə tamaşasında ən yaxşı aktyor ifası” nominasiyası üzrə mükafat qazanıb.

SAFAT Teatrının “Məna axtarışında” tamaşasında çıxış edən Azər Aydəmir “Boş məkanın dolğunluğu” teatr festivalının “Debüt” nominasiyasının qalibi olb.

“Boş məkanın dolğunluğu” festivalında afişa və plakat müsabiqəsində iştirakçılar diplomlarla təltif olunub. Müsabiqədə iştirak edən 13 əsərin müəllifi arasından 1-ci yeri Reyhan Aslanova, 2-ci yeri Elvin Şirinov, 3-cü yeri isə Rizvan Ələsgərov qazanıb.

 

 

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir